Seyavus Huseynli - Wikipedia
Hüseynli Səyavuş Kərim oğlu (2 sentyabr 1971, Kirovabad) — Azərbaycan aktyoru, teleaparıcısı, rejissoru; "SOY production"nın bədii rəhbəri və həmtəsisçisi. "BİZ+" jurnalının baş redaktoru (2007–2011).
Səyavuş Hüseynli | |
---|---|
Doğum tarixi | 2 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSəyavuş Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib.
1993–1996-cı illərdə hərbi xidmətdə olub.
Ailəsi
redaktəAiləlidir. 2 övladı var.
Yaradıcılığı
redaktəİlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.
1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb (1989–1992). Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb.
1993–1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub. Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlıq universitet illərindən başlayıb.
1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.
1996-cı ildə istehsal olunan, A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısıdır.
1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.
1998-ci il noyabrın 3-ü yaranan "SOY production" şirkətinin təsisçilərindən biri və bədii rəhbəridir. SOY şirkətini ilk layihəsi olan "Həftə Çal-çağırı" əyəncəli-informasiya proqramının aparıcısı və müəllifidir.
Səyavuş Hüseynli bir çox reklam çarxlarının, irimiqyaslı tədbirlərin, yubileylərin rejissorudur.
Təltif və mükafatları
redaktə- "Humay"
- "Qrand"
- "Qızıl Pəri"
Filmoqrafiya
redaktə- Kiçik leytenant (film, 1996) — ssenari müllifi və baş rolun ifaçısı
- Qırmızı xətt (film, 2001) — rejissor
- Sirr (teleserial, 2012) — kreativ prodüser
- 3 bacı (teleserial, 2012) — rejissor[1]
- 3 bacı. Film haqqında film (film, 2014) — quruluşçu rejissor[2]
- Qaynanamız (teleserial, 2015) — quruluşçu rejissor
- Bakı binaları" (sənədli televiziya filmi 2001) — Rejissor
- Neft daşları" (sənədli televiziya filmi 2001) — Rejissor
- Təhlükəli nikah" (sənədli televiziya filmi 2001) — Rejissor
- Təriqət toru" (sənədli televiziya filmi 2001) — Rejissor
- Narkomaniya" (sənədli televiziya filmi 2001) — Rejissor
- Kəhrizlər" (sənədli televiziya filmi 2000) — Rejissor
- Miras" (komediya serialı 2014–2015 ATV) — Rejissor və ideya müəllifi
Televiziya fəaliyyəti
redaktəQuruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri:
- "Həftə Çal-çağırı" — Space 1998
- "İşdən sonra" — Space 1999
- "Həftə Çal-Çağırı" — ANS 2000
- "Qırmızı xətt" — ABA 2001
- "Zarafatyana" — ANS 2001
- "Çal-Çağır" — ATV 2001
- "Çal-Çağır şou" — ATV 2005
- "Yeni ulduz" — ATV 2004
- "Xalq ulduzu" — ATV 2008
- "Burda və indi" — ATV 2008
- "Zəhmətkeş ulduzlar" — Space 2010
- "Kim Kimdir?" — ATV 2012
- "Gülmək qadağandır" — ATV 2013
- "Qorxma, mən səninləyəm!" ATV 2014
- "Yalan-Doğru" — Space 2013
- "Söz oyunu" — ATV 2015
- "Cehiz" — ATV 2015
- "Şou +" — Space 2014
- "Səs verməyin! " — ATV 2014
- "Tamamla" — ATV 2016
- "Belə yaxşıdır" — ATV 2015
- "Zarafat-Zarafat" — ATV 2016
- "5 Gəlin" — ATV 2016
- "Hüseynova bacıları" — ARB 2018
- * "Axşamın oyunu" — ATV 2018
- "Ən yaxşısı…" — ATV 2018
İstinadlar
redaktə- ↑ Jalə. "Yeni serial gəlir" (az.). lent.az. 2012-10-23. 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-05.
- ↑ "'Üç bacı' gəlir - TEZLİKLƏ" (az.). Azxeber.com. 23 oktyabr 2012. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.