Sars Cov 2 - Wikipedia
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir.
Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı.
CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur.[1]
2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var.
Yeni koronavirus SARS-CoV-2 | |
---|---|
Virusun xüsusiyyətləri | |
SARS-CoV-2'nin daşıyıcıları | İnsanlar və Heyvanlar |
Sinifləndirmə | |
BVTK sinifləndirməsi | |
Dəstə | Nidovirales |
Fəsilə | Coronaviridae |
Virus | 2019-nCoV |
Simptomlar
redaktə"COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər.[2] İshal və yuxarı tənəffüs yolları simptomları (asqırmaq, "burun axması", boğaz ağrısı) daha az rast gəlinən əlamətlər arasındadır. Bildirilən simptomlara xəstələrin 90% -də qızdırma, 80% -də yorğunluq və quru öskürək, 20% -də nəfəs darlığı və 15% -də tənəffüs çətinliyi aiddir. Xəstəlik pnevmoniya, multi-orqan çatışmazlığı və ölümə qədər irəliləyə bilir.[3]
İybilmə və dadbilmə hissiyatının itirilməsi koronavirusun başlıca simptomlarıdır. Bu simptomlar müşahidə olunan şəxslərin 59 faizində koronavirus testi pozitiv çıxıb. Üstəlik, koronavirusun təyin edilməsi üçün bu simptomlar qızdırmadan daha dəqiq göstərici olub. Alimlər iybilmə və dadbilmə hissiyatının itirilməsinin koronavirusa yoluxma ehtimalını 3 dəfə artırdığını bildiriblər və belə əlamətlər müşahidə olunarsa, insanların özlərini 7 gün təcrid etmələrini məsləhət görüblər.[4]
COVID-19 virusu necə yayılır
redaktəBu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqıraq nəticəsində yaranan)ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVİD-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.
Qorunma
redaktəCOVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.[5]
Uhan Koronavirus Epidemiyası | |
---|---|
Virusun digər adları | Uhan koronavirusu Uhan pnevmoniyası |
Virusun yayılma tarixi | 2019 - |
Virusun ortaya çıxdığı ərazilər | Uhan, Hubey, Çin |
Xüsusiyyətləri
redaktəHonq Konq Universitetinin alimlərinin araşdırmalarının nəticələrinə əsasən, yeni tipli koronavirus uzun müddət 4 °C temperaturunda sabit qalır. Otaq temperaturunda virus bir həftə ərzində aktiv qalır və iki həftə sonra onun izləri aşkar edilmir.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dr. Surəddin İsmayıl: Covid19 haqqında, masimovasif.net". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
- ↑ "Arxivlənmiş surət". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-24.
- ↑ "Arxivlənmiş surət". 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-24.
- ↑ "Mütəxəssislər koronavirusun yeni simptomlarını elan etdilər". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
- ↑ https://aznewsy.blogspot.com/2020/04/koronavirus-semptomlar-nelerdir.html?m=1[ölü keçid]
- ↑ "Alimlər koronavirusun aktivlik temperaturu təyin ediblər". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.