Sms Blucher - Wikipedia
SMS Blücher ([qeyd 1] tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə rəhbərlik edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı.[1]
SMS Blücher | |
---|---|
| |
Ölkə | Almaniya |
Təşkilat | Almaniya HDQ |
Dövrü | XX əsr |
Salınma tarixi | 11 aprel 1908 |
Batma tarixi | 24 yanvar 1915 |
İstehsalçı |
Kaiserliche Werft Kil |
İstehsal yeri | Kil |
Tipi | Zirehli kreyser |
Sinifi | Buxarlı |
İştirak etdiyi döyüşlər | Doqqer Bank döyüşü |
Top |
|
Heyət |
|
Sürəti | 25,4 |
Uzunluğu | 161,8 |
Eni | 24,5 m |
Su sıxışdırması | 8,84 m |
Tərsanə nömrəsi | 33 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel (azərb. Kil İmperatorluq Tərsanəsi) limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya Müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir.
24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi. Bir alman zeplininin batmaqda olan Blücher-i Britaniya donanmasına aid olan bir döyüş kreyseri zənn edərək səhvən bombalaması səbəbiylə Britaniya əsgərləri məcbur olaraq geri çəkildilər. Verilən itkilərin sayı qəti olaraq bilinmir, amma təxmin edilir ki, 747–1.000 arasındadır.
Dizaynı
redaktəAlman zirehli kreyseri "Große Kreuzer" (azərb. Böyük Kreyser) olaraq adlandırılırdı və bir çox vəzifəni yerinə yetirə bilmək üçün inşa edilirdi. Gəmilər, düşmən donanmalarının kəşfiyyat hərəkətlərinə maneə törətməklə birlikdə, düşmən gəmiləri ilə döyüşə bilmək üçün dizayn edilmişdi.[2] Ən köhnə zirehli kreyser olan "Fürst Bismarck" (azərb. Hökmdar Bismark), 1900-cü ildə Çində çıxan Bokser qiyamını basdıra bilmək üçün dərhal Çinə gətirilmişdi. Sonrakı zirehli kreyserlər (Scharnhorst sinfi zirehli kreyserlər xaric) kəşfiyyat vəzifəsini yerinə gətirmək üçün donanmaya xidmət etdilər.[3]
1906-cı ilin may ayının 26-da Reyxştaq, Blücher ilə birlikdə Nassau sinfi zirehli döyüş gəmiləri üçün lazımlı fondu təmin etdi. Gəmi, əvvəlki zirehli kreyserlərdən daha böyük və daha güclü olacaqdı, Blücher daha güclü quruluşdakı dizaynını gizli bir cəhd olaraq qorudu.[4] Gəmi, "E" müvəqqəti adı ilə sifariş edildi. O dövrdə rəqib olan Britaniya donanmasının zirehli kreyseri, Blücher-in dizaynında təsirli oldu. Almanlar, yeni Britaniya gəmilərinin altı və ya səkkiz ədəd 23 sm-lik top daşıyacağını düşünürdü[5]. Buna reaksiya olaraq, Blücher-in dizaynında on iki ədəd 21 sm-lik ana batareyanın qoyulmasına icazə verildi, bu toplar altı ədəd əkiz turretlərində iki sıra olaraq quraşdırılacaqdı. Bu, Blücher-in səkkiz ədəd 21 sm-lik top daşıyan Sharnhorst sinfi kreyserlərdən daha güclü atəş gücünə sahib olacağını göstərirdi.[6]
Son qərardan bir həftə sonra Blücher-in istehsalına icazə verildi. Digər tərəfdən Almaniya hərbi attaşesi Britaniyanın Invincible sinfi kreyserlərin əsl xüsusiyyətlərini əldə etmişdi. Əslində HMS Invincible, zirehlilərdəki ilə eyni olan səkkiz dənə 30,5 sm-lik top daşıyırdı. Çox vaxt keçmədən, bu gəmilərin döyüş kreyseri adında yeni bir döyüş gəmisi sinfinin xəbərçisi olduğu müəyyən olacaqdı. Invincible sinfinin detalları gün işığına çıxdığında, Blücher-in dizaynını dəyişmək üçün artıq gec idi. İşin içinə yeni bir dizayn üçün lazımlı fondun olmaması da daxil olduğunda, gəmi üçün edilən işlər plana görə davam etdi.[7] Beləliklə Blücher, daha inşası başlamadan köhnəlmiş bir gəmi halına gəldi. Blücher, ilki 1907-ci ildə sifariş (SMS Von der Tann) olunan yeni kreyserlərdən belə keyfiyyətcə geridə qaldı.[8] Buna baxmayaraq Blücher, Almaniyanın döyüş kreyseri flotundakı yerini qorudu.[5][qeyd 2] Nəticədə Blücher-in Alman hökumətinəümumi xərci 28.532.000 Qızıl marka olmuşdur.[9]
Ümumi xüsusiyyətləri
redaktəBlücher-in su xətti uzunluğu 161.1 metr, tam uzunluğu isə 161.8 metr idi. Gəminin genişliyi 24.5 metr idi, amma yan tərəflərdə yerləşən torpedo balonları da sayılsa bu genişlik 25.62 metr olar. Blücher-in ön su cizgisi 8.84 metr, ayaq su cizgisi isə bir az daha kiçik (8.56 metr) idi. Gəminin təməli inşa edildiyində 15.842 ton idi ancaq bu ədəd 17.500 tona qədər arta bilərdi. Blücher-in gövdəsi eninə və boyuna polad skeletə sahib idi. Gəmidə yerləşən 13 ədəd su keçirməz bölmə və cüt qatlı gəmi bazası, gövdə uzunluğunun təxminən %65-lik hissəsində yerləşirdi.[9]
Almaniya donanma arxivlərindəki sənədlərə görə Blücher-in yüngül mailliyi və dənizdəki nazik manevrləri məmnuniyyət verici idi.[9] Lakin gəmi prokat oxunda tez-tez tarazlığını itirir və tam sükan 10°-ə qədər yana yataraq sürətinin %55-i itirirdi. Blücher-in metasentrik yüksəkliyi 1.63 m idi. Flotun bayraq gəmisidə olanda, əlavə edilən 14 zabit və 62 dənizçiylə birlikdə gəmidə 41 ədəd zabit və 812 ər var idi. Blücher həmçinin bir çox kiçik vasitə də daşıyırdı. Bunların arasında iki polis bölməsi gəmisi, üç mavna, iki döyüş avarlı qayığı, iki yelkənli və bir qayıq var idi.[9]
Mühərrik
redaktəBlücher, üç dənə şaquli 4-silindrli üçlü genişləndirici buxar maşını ilə təchiz olunmuşdu. Hər maşın bir pərvanəni döndürürdü. Ortadakı pərvanənin diametri 5,3 metr, yan tərəfdə yerləşən pərvanələrin diametrləri isə bir az daha böyük idilər (5,6 metr). Gəmi kiçik bir sükana sahib idi. Pərvanələrə nəzarət edən üç maşının hər birinin özünə xas maşın dairəsi var idi. Hər maşın dairəsində altı ədəd dəniz tipi buxar qazanı var idi. Gəminin kömürlə işləyən cəmi 18 ədəd buxar qazanı var idi. Gəmi, maksimum 24,5 düyün (45,4 km/s) ilə getmək üçün hazırlanmışdı, lakin sınaqlarda maksimum sürət 25,4 düyünə (47 km/s) çatmışdır. 12 düyün (22 km/s) seyr sürəti ilə Blücher 6.600 dəniz mili (12.200 km) uzağa gedə bilirdi. Seyr sürəti 18 düyün (33 km/s) olduğunda isə mənzili 3.250 dəniz milinə (6.020 km) düşürdü. Gəmi 900 ton kömür daşıya biləcək şəkildə hazırlanmışdır, ancaq göyərtədəki boşluqların da doldurulması ilə yanacaq tutumu 2.510 tona çıxmışdır. Gəminin elektrik ehtiyacı isə 225 voltda, 1.000 kilovatta qədər elektrik təmin edə bilən altı ədəd turbo-generator tərəfindən qarşılanırdı.[9] Digər tərəfdən Blücher, dövr etibarilə ikitaktlı mühərrikdən istifadə edən döyüş gəmilərinin tarixdə görmüş olduğu ən yüksək gücü 43.886 at gücü (32.726 kV) ilə 1909-cu ildəki sınaqlarında tutmuşdu.[10]
Silahlar
redaktəBlücher, on iki ədəd 21 sm-lik (8,27 düyüm) SK L/45[qeyd 3] topla təchiz edilmişdi. Bir cüt qabağa, bir cüt arxaya və digər iki cütlükləri də gəmi üst quruluşunun yanlarına olmaqla altı ədəd əkiz tarətə bu toplar yerləşdirilmişdi. Silah başına 85 mərmi olmaq üzrə cəmdə 1.020 mərmi tədarük edilə bilirdi.[9] Hər mərmi 108 kq ağırlığında və 61 sm boyunda idi[11]. Silahlar −5 dərəcəyə qədər endirilə və ya 30 dərəcəyə qədər yüksəldilə bilirdi. Maksimum mənzili 19.100 metr idi və dəqiqədə 4–5 mərmi ata bilirdi.[9][11][12]
MPL C/06 qazamatlara quraşdırılmış səkkiz ədəd 15 sm-lik (5,91 düym) SK L/45[qeyd 3] top isə gəminin ikinci silahları idi[11][13] və bunlar gəminin hər iki yanında dördlü olmaqla gəmiyə ortalanaraq yerləşdirilmişdi.[9] Bu silahlar, 13.500 metr uzaqlıqdan hədəfi vura bilirdi.[12] Silah başına 165 mərmi olmaq üzrə cəmi 1320 mərmi tədarük edilməkdə və dəqiqədə 5–7 mərmi ata bilirdi.[11] Mis patron içində 13,7 kq ağırlığındakı RPC/12 sövq yanacağıyla birlikdə mərmilər 45,3 kq ağırlığında idi.[10][13] Mərminin lülə çıxış sürəti 835 m/dq idi[12] və təxminən 1400 atışa qədər lülələr hissə dəyişdirilməyə ehtiyac duymayacağı gözlənilirdi.[11]
Blücher həm qazamatlara, həm də hərəkli qaidələrə quraşdırılmış səkkiz dənə 8.8 sm-lik SK L/45 topları ilə təchiz edilmişdi, bu həm cığırlarda, həm də daşınar bazalarda quraşdırıla bilər. Bu silahlardan dördü, körpünün yaxınlığındakı qazamatlara, dördü gəminin burnundakı qazamatlara, dördü gəminin arxasındakı qazamatlara və qalan dördü isə gəminin üst quruluşunun arxa hissəsindəki hərəkətli qaidələrə quraşdırılmışdı. Toplar silah başına 200 mərmi olmaq üzrə cəmi 3.200 mərmi ilə tədarük edilmişdilər və dəqiqədə 15 mərmi ata bilirdilər.[9] Böyük patlayıcı mərmilər, 3 kq ağırlığındakı itələyici yüklə birlikdə 10 kq ağırlığında idi. Bu silahların istifadəsinin gözlənilən müddəti 7.000 atəş idi.[14] 8.8 sm-lik silahların maksimal mənzili 10.700 metr idi.[13]
Blücher həmçinin dörd ədəd 45 sm-lik (18 düyüm) torpedo balonu ilə də təchiz edilmişdi. Torpedo balonlarının hamısı su altında olmaqla biri gəminin burnunda, biri ayağında, digər ikisi də gəminin bayraq və körpü hissələrində idi. Gəmi cəmi 11 ədəd torpedo balonu daşıyırdı.[9] Torpedolar 110 kq ağırlığında döyüş başlığı daşıyırdı və mənzili təyin üçün iki ədəd sürət tənzimləmələri var idi. 32 düyün (59 km/sa) sürət ilə torpedoların mənzili 2000 metr idi və sürət 36 düyün (67 km/sa) olduğunda isə mənzil 1500 metrə düşürdü.[13]
Zireh
redaktəDövrün digər alman əsas döyüş gəmilərində olduğu kimi, Blücher də Sementlənmiş Krupp Zirehi ilə təchiz edilmişdi. Zirehləndirilmiş göyərtədə qalınlığı 5–7 sm idi. Gəminin əhəmiyyətsiz hissələrində daha incə, gəminin əhəmiyyətli hissələrində isə daha qalın bir zirehdən istifadə edilmişdi.[9] Mexanika dairələrinin, sursatlıqların və digər həyati ünsürlərin iştirak etdiyi orta hissədə kəmər zirehinin qalınlığı 18 sm idi. Gəminin daha az əhəmiyyətə sahib hissələrə doğru gövdə zirehinin qalınlığı 8 sm-ə qədər incəlirdi. Gəminin hər iki ucunda kəmər zirehi sıfıra qədər enirdi. Bütün kəmər zirehinin arxasında əlavə olaraq 3 sm-lik tik odunundan bir lay var idi. Zirehləndirilmiş kəmər, yalnız ön və arxa Taret arasında uzanan 3,5 sm-lik torpedo hissəsi ilə möhkəmləndirilmişdi.[9][15]
Gəminin ən ağır zirehləndirilmiş hissəsi isə ön komanda qulləsi idi. Yan tərəfləri 25 sm, damı isə 8 sm qalınlığında bir zireh ilə qorunmaqda idi. Damı 3 sm, yanları isə yalnız 14 sm olmaqla arxa komanda qülləsi daha yüngül şəkildə zirehləndirilmişdi. Gəminin mərkəzi qalası isə 16 sm qalınlığındakı bir zireh ilə qorunurdu. Zireh əsas batareyaların damında 8 sm, yanlarında isə 18 sm idi. 15 sm-lik silahları saxlayan qazamatları 14 sm-lik bir zireh qoruyurdu.[9]
Xidmət tarixçəsi
redaktə11 aprel, 1908 tarixində dənizə endirilən Blücher, 1 oktyabr 1909 tarixində donanmaya qatılmışdır. 1911-ci ildə donanma topçuları üçün təlim gəmisi olaraq istifadə edilməyə başlandı. Von der Tann, Moltke və bayraq gəmisi Seydlitz kimi yeni döyüş kreyserləri ilə birlikdə 1914-cü ildə I Kəşfiyyat Qrupuna qatılmışdır.[9]
Baltik dənizindəki fəaliyyətləri
redaktəBlücher-in iştirak etdiyi ilk əməliyyat, Baltik dənizində Rusiya dəniz qüvvələrinə qarşı edilən və nəticəsiz qalan təmizlik hərəkatı idi. 1914-cü ilin sentyabr ayının 3-də Blücher, IV Flota bağlı yeddi Drednout əvvəli döyüş gəmisi, beş kreyser və iyirmi dörd dağıdıcı gəmi ilə birlikdə Baltik dənizindəki Rusiya donanmasının bir qismini üzərilərinə çəkib məhv etmək üçün dənizə açıldı. Augsburg yüngül kreyseri, hal-hazırda Hiyumаа olaraq bilinən Daqö adasının şimalında Pallada və Qadın Rusiya zirehli kreyserləri ilə qarşılaşdı. Rus gəmilərinin Blücher-in arxasına keçmələri və beləcə məhv edilmələri üçün Almaniya kreyseri Rusiya gəmilərinə tələ qurdu, Ancaq ruslar bu tələyə düşmədi və Fin körfəzinə geri çəkilməyi üstün tutdular. İki donanma arasında böyük bir qarşıdurma yaşanmadan 9 sentyabrda hərəkat sonlandırıldı.[16]
Yarmot bombardmanı
redaktə1914-cü ilin noyabr ayının 2-də Blücher, Moltke, Von der Tann və Seydlitz döyüş kreyserləri ilə dörd yüngül kreyser ilə Britaniya sahillərinə doğru yol almaq üçün Ceyd körfəzindən ayrıldı. Şəfəqlə birlikdə flot Böyük Yarmot açıqlarına çatdı və liman bombalandı. Eyni zamanda Stralsund yüngül kreyseri dənizə mina buraxırdı. Britaniya D5 sualtı qayığı bombardmana cavab vermişsə də Stralsund-un buraxdığı minalardan birinə çarparaq batmışdır. Qısa müddət sonra Hipper, gəmilərin Almaniya dəniz sərhədinə geri qayıtmasını əmr etdi. Yoldaykən Heliqolend körfəzini sıx bir sisin örtdüyü görüldü. Görünürlük artana qədər gözlənilməsi və bu sayədə Almaniya minalarınından etibarlı bir şəkildə keçilməsi qərarlaşdırıldı, lakin York zirehli kreyseri naviqasiya səhvi etdi və minalanmış sahəyə girdi. İkii minaya dəydikdən sonra, sürətlə batan gəmidə olan 629 dənizçinin yalnız 127-i qurtarıla bilindi.[17]
Skarborou, Hertlepol və Vitbi bombardmanları
redaktəAlmaniya Açıq Dəniz Flotunun komandiri Admiral Fredrik von İnqenohl, Britaniya sahillərinə başqa bir basqının təşkil edilməsinə qərar verdi. Admiral Krallıq Donanmasının bir hissəsini öz özlərinə çəkərək məhv etməyi planlaşdırırdı.[17] 15 dekabr 1914 tarixində saat 03:20-də[qeyd 4], Blücher, Moltke, Von der Tann, Seydlitz, yeni döyüş kreyseri Derfflinger; Kolberg, Starssburg, Stralsund, Graudenz yüngül kreyserləri və iki torpedo botundan ibarət flot ilə flotuyla Jade haliçindən ayrıldı.[18] Gəmi şimala açılaraq Helqolend adasını keçdi, "Boynuzlar Rifi" (ing. Horns Reef) adlı bir dəniz fənərinə çatıb Skarborouya doğru, qərbə tərəf getdi. 14 dretnout döyüş gəmisi, 8 dretnout əvvəli döyüş gəmisi, 2 zirehli kreyserlik bir yoxlama-qüvvəsi, 7 yüngül kreyser və 54 torpedo botundan ibarət Açıq Dəniz Flotu, bombardman gücününün gerisini qorumaq üzrə on iki saat sonra Hipperin əmrində Ceyddən ayrılmışdı.[18]
26 avqust 1914 tarixində Almaniyanın yüngül kreyseri Magdeburg, Fin körfəzində quruya oturdu. Gəminin dağıntıları Rusiya donanması tərəfindən ələ keçirilmişdi. Gəminin dağıntılarının aralarında Şimal dənizi üçün naviqasiya xəritələrinin də olduğu Almaniya İmperatorluq Donanmasının şifrə kataloqları rusların əlinə keçmişdi. Bu sənədlər daha sonra Britaniya Krallıq Donanmasına çatdırıldı. Britaniya Room 40 (azərb. Otaq 40), şifrəli alman siqnallarını həll etməyə bacardı və Skarborou bombardman planını ehtiva edən mesajlar 14 dekabrda Britaniyanın əlinə keçdi.[18] Planın qəti detalları bilinmirdi, buna görə Açıq Dəniz Flotunu əvvəlki bombardmanda olduğu kimi etibarla limanda qala biləcəyini fərz edilirdi. 3-cü kreyser və 1-ci Yüngül kreyser flotunun dəstəyi vitze-admiral Deyvid Bittinin dörd döyüş kreyseri və 2-ci döyüş flotuna bağlı altı dretnout, Hipperin döyüş kreyserlərinə pusqu qurmuşdu.[19]
Dekabrın 15-dən 16-a keçən gecədə Açıq Dəniz Flotunun əsas dəniz donanması Britaniya dağıdıcı gəmiləri ilə qarşılaşmışdır. Gecə vaxtı torpedo hücumunun baş verməsindən qorxan Admiral İnqenohl gəmilərinə geri çəkilmə əmrini verdi.[19] Admiral Hipper İnqenohlın çəkilməsindən xəbərsiz bombardmana davam etdi. Britaniya sahillərinə çatanda Hipperin döyüş kreyserlərini iki qrupa bölündü. Seydlitz, Moltke və Blücher, Hertlepolu bombalamaq üçün şimala, Von der Tann və Derfflinger isə Skarborou və Vitbini bombalamaq üçün cənuba getdi. Bombalanacaq qəsəbələrin yalnız üçü Hertlepol sahil müdafiə batareyaları tərəfindən müdafiə edildi.[20] Seydlitz, Hertlepol bombardman altında ikən Seydlitz üç Blücher isə altı dəfə zərbə aldı. Blücher az zərər görmüşdü, ancaq 9 ekipaj üzvü öldürülmüş, 3 ekipaj üzvü isə yaralanmışdı.[20] Dekabrın 16-da səhər saat 9:45-də[qeyd 4] iki qrup birləşərək şərqə doğru gedərək, geri çəkildilər.[21]
O vaxta qədər Bittinin döyüş kreyserləri, Hipperin seçtiyi çıxış yolunun qarşısını alacaq bir mövqedə hərəkət etdi, digər qüvvələr isə dairəni tamamlamaq üçün yola çıxdılar. 12:25-də II Kəşfiyyat Qrupunun yüngül kreyserləri, Hipperi axtaran Britaniya qüvvələrini sovuşdurmağa başladı.[22] Britaniyanın II Yüngül Kreyser Flotunun (ing. 2nd Light Cruiser Squadron) kreyserlərindən biri, Stralsund-un mövqeyini təyin etdi və vəziyyəti Bittiyə bildirdi. Saat 12:30-da[qeyd 4] Bitti, müharibə kreyserlərini alman döyüş gəmilərinə yönləndirdi. Bitti, bu alman kreyserlərini Hipperin döyüş gəmilərinin ilk vahidi kimi proqnozlaşdırmışdı, halbuki döyüş kreyserləri yalnız 50 km uzaqlıqda idi.[22] Yoxlama edən II Yüngül Kreyser Flotu alman kreyserlərini təqib etməklə vəzifələndirildi, ancaq Britaniyanın döyüş kreyserlərindən gələn siqnalların səhv başa düşülməsi nəticəsində köhnə mövqelərinə geri qayıtdılar.[qeyd 5] Bu qarışıqlıq sayəsində alman kreyserlərinə qaçmaq fürsəti yarandı və Britaniya döyüş kreyserlərinin mövqeyi haqqında Admiral Hipperə xəbərdarlıq verildi. Alman döyüş kreyserləri, Britaniya qüvvələrinin şimal-şərqinə irəlilədi, kreyserlərin geri çəkilmə xətti isə kəsildi.[22]
Həm alman, həm də britaniyalılar öz rəqiblərinə təsirli bir hücum edə bilmədiklərinə görə, məyyus oldular. Bu utanclıq nəticəsində, Admiral İnqenohlun şöhrəti çox zərər gördü. Çox qəzəbli olan Moltke-nin admiralı, İnqenohla istiqamətli olaraq: "Çünki məhv edilə biləcək on bir Britaniya dağıdıcı gəmisindən qorxdu… Biz indiki rəhbərlik altında heç bir şeyi yerinə yetirə bilməyəcəyik." demişdir.[23] Rəsmi alman tarixi isə İnqenohlu İngilis donanmasının ölçüsünü təyin etmək üçün "Tədbirli düşünərək, Britaniya sahillərinə gedən qüvvətlərini ciddi bir təhlükəyə atmadı; fəqət bununla birlikdə O, Alman filosunu da müəyyən bir qələbədən məhrum etdi" ifadələrindən istifadə edərək, Britaniya donanmasının ölçüsünü təyin etmək üçün yüngül qüvvələrini istifadə etməkdə müvəffəqiyyətsiz olmasını tənqid edir.[23]
Qeydlər
redaktə- ↑ "SMS" (Abreviaturanın açılışı "Seiner Majestät Schiff"), Alman dilindən tərcümədə "Əlahəzrətin Gəmisi" deməkdir.
- ↑ Müasir alman dəniz doktrinası, bir kəşf qrupunun ən az dörd böyük gəmi və ya yarım heyət ilə meydana gəlməsi üçün çağırış etmişdi. Bax. Filbin, s. 119, Şe\er, s. 13. flotdakı ən böyük qeyri-döyüş gəmisi olan Blücher sıxlıqla dördüncü olaraq işlədilirdi.
- ↑ 1 2 Alman İmperatorluq Donanması ədəbiyyatında "K" hərfi Kanone (azərb. Top) deməkdir, L/40 isə top lüləsinin uzunluğunu bildirir. SK (abr. Schnelladekanone) isə topun sürətli doldurula bilən bir top olduğunu bildirir. Bu nümunədə, topun lüləsi 40 kalibrli uzunluğundadır, yəni top lüləsinin uzunluğu topun lüləsinin daxili diametrindən 40 dəfə böyükdür.
- ↑ 1 2 3 UTC+01:00 saat qurşağı ilə
- ↑ Bitti, Uilyam Qudinafın donanmasını arxada iki yüngül kreyserin arxasında durmaq əmrini verdi, Ancaq HMS Nottinqham-ın siqnalcısı göndərilən siqnalı yanlış anladı və əmrin bütün donanma üçün olduğunu düşündü. Mesajın səhv bir şəkildə ötürülməsindən sonra, Uilyam Qudinaf gəmilərə döyüş kreyserlərinin qarşısında olmaq üçün, yoxlama mövqeyinə geri çəkilmək əmrini verdi.
İstinadlar
redaktə- ↑ Rüqer, s. 60
- ↑ Steff, s. 3
- ↑ Qardayner & Qrey, s. 142
- ↑ Qardayner & Qrey, s. 134
- ↑ 1 2 Herviq, s. 45
- ↑ Qröner, s. 52
- ↑ Steff, s. 3–4
- ↑ Steff, s. 4
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Qröner, s. 53
- ↑ 1 2 Fridmen, s. 91
- ↑ 1 2 3 4 5 NavWeaps (21 sm/45).
- ↑ 1 2 3 Qardayner & Qrey, s. 140
- ↑ 1 2 3 4 Steff, s. 6
- ↑ NavWeaps (8,8 cm/45)
- ↑ Qardayner & Qrey, s. 151
- ↑ Halpern, s. 185
- ↑ 1 2 Tarrant, s. 30
- ↑ 1 2 3 Tarrant, s. 31
- ↑ 1 2 Tarrant, s. 32
- ↑ 1 2 Tarrant, s. 33
- ↑ Şeer, s. 70
- ↑ 1 2 3 Tarrant, s. 34
- ↑ 1 2 Tarrant, s. 35
Ədəbiyyat
redaktə- Norman Fridmen, Battleship Design and Development, 1905–1945 (azərb. Döyüş Gəmisi Dizaynı və İnkişafı, 1905–1945) (1978). Nyu-York şəhəri: Mayflower Books. ISBN 978-0-8317-0700-2.
- Robert Qardayner & Randal Qrey, Conway's All the World's Fighting Ships: 1906–1921 (azərb. Konvey-in Bütün Dünyanın Döyüş Gəmiləri: 1906–1921) (1985). Annapolis: Naval Institute Press. ISBN 978-0-87021-907-8.
- Ceyms Qoldrik, The King's Ships Were at Sea: The War in the North Sea, August 1914 – February 1915 (azərb. Kralın Gəmiləri Dənizdə İdi: Şimal Dənizdəki Müharibə, Avqust 1914 – Fevral 1915) (1984). Annapolis: Naval Institute Press. ISBN 978-0-87021-334-2. OCLC 10323116.
- Aksel Qrişmer, Die Linienschiffe der Kaiserlichen Marine (azərb. İmperatorluq Donanmasının gəmi xətti) (1999), Bonn: Bernard & Qraefa Verlaq. ISBN 978-3-7637-5985-9.
- Erix Qröner, German Warships: 1815–1945 (azərb. Alman Döyüş Gəmiləri: 1815–1945) (1990). Annapolis: Naval Institute Press. ISBN 978-0-87021-790-6. OCLC 22101769.
- Paul Q. Halpern, A Naval History of World War I (azərb. Birinci Dünya Müharibəsinin Dəniz Tarixi) (1995). Annapolis: Naval Institute Press. ISBN 978-1-55750-352-7. OCLC 57447525.
- Holqer Herviq, "Luxury" Fleet: The Imperial German Navy 1888–1918 (azərb. "Lüks" Donanma: Almaniya İmperatorluq Donanması 1888-1918) (1998). Amherst, Nyu-York: Humanity Books. ISBN 978-1-57392-286-9. OCLC 57239454.
- Tobayas R. III Filbin, Admiral Hipper: The Inconvenient Hero (azərb. Admiral Hipper: Qeyri-qənaətbəxş Qəhrəman) (1982). John Benjamins Publishing Company. ISBN 978-90-6032-200-0.
- Yan Rüqer, The Great Naval Game: Britain and Germany in the Age of Empire (azərb. Böyük Dəniz Oyunu: Böyük Britaniya və Almaniya İmperiya dövründə) (2007). Kembric: Cambridge University Press. ISBN 978-0-521-87576-9. OCLC 124025616.
- Paul Şmalenbax, "SMS Blücher" Warship International (azərb. "SMS Blücher" Beynəlxalq Döyüş Gəmisi) (1971). (Toledo, Ohayo: Naval Records Club) VIII (2): 171–181.
- Reynhard Şeer, Germany's High Seas Fleet in the World War (azərb. Dünya Müharibəsində Almaniyanın Yüksək Dəniz Donanması) (1920). London, Nyu-York, və s.: Cassell and Company. OCLC 2765294.
- Qeri Steff, German Battlecruisers: 1914–1918 (azərb. Alman Döyüş Kreyserləri: 1914–1918) (2006). Oksford: Osprey Books. ISBN 978-1-84603-009-3. OCLC 64555761.
- V. E. Tarrant, Jutland: The German Perspective (azərb. Yutlandiya: Alman Perspektivi) (1995). London: Cassell Military Paperbacks. ISBN 978-0-304-35848-9. OCLC 48131785.
Xarici keçidlər
redaktə- Toni Di-Qiuliyan, "German 21 cm/45 (8.27") SK L/45" (azərb. "Alman 21 sm/45 (8.27") SK L/45", 29 fevral, 2008). NavWeaps.com. Alınma tarixi: 30 mart 2013.
- Toni Di-Qiuliyan, "German 15 cm/45 (5.9") SK L/45" (azərb. "Alman 15 sm/45 (5.9") SK L/45", 6 iyul, 2007). NavWeaps.com. Alınma tarixi: 30 mart 2013.
- Toni Di-Qiuliyan, "German 8.8 cm/45 (3.46") SK L/45, 8.8 cm/45 (3.46") Tbts KL/45, 8.8 cm/45 (3.46") Flak L/45" (azərb. "Alman 8.8 sm/45 (3.46") SK L/45, 8.8 sm/45 (3.46") Tbts KL/45, 8.8 sm/45 (3.46") Flak L/45", 16 aprel, 2009). NavWeaps.com. Alınma tarixi: 30 mart 2013.