Su 152 Taran - Wikipedia
Zireh: 30 mm (gövdənin önü, qüllənin önü)
SU-152 Taran | |
---|---|
| |
Tipi | Tank qatili |
Ölkə | |
İstehsal tarixçəsi | |
İstehsal illəri | 1965 |
İstehsal sayı | 1 |
Xüsusiyyətləri | |
Ağırlığı | 27 ton |
Zireh | 30 mm (gövdənin önü, qüllənin önü) |
Mühərrik |
V-54-105 dizel motor 353 kW (473 at gücü) |
Sürət | 63,4 km/saat |
Əsas silah |
152.4 mm-lik M-69 “Taran” yivli topu (9045 mm uzun lüləli) |
Uzunluğu | 6.87 m (gövdə) |
Eni | 3.12 m |
Hündürlüyü | 2.82 m |
Ekipaj | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş radiusu: 280 km
Transmissiya sistemi: mexanika
SU-152 “Taran” (СУ-152 “Таран”), 1965-ci ildə tamamilə məxfi surətdə yaradılmış SSRİ mənşəli tank qatilidir.
Tarixi
redaktə1965-ci ildə SSRİ ordusunun rəhbərliyi müəyyənləşdirdi ki, arsenalında olan T-54, T-55 orta tankları və T-10 ağır tankları ABŞ istehsalı olan M60 Patton və Böyük Britaniya istehsalı olan Chieftain tanklarının ön zirehini dağıtmağa qadir deyil. Məhz bu məqsədlə SSRİ rəhbərliyi bir neçə tank toplarının sınağına başladı: buraya yeni APDS mərmiləri ilə təchiz edilmiş və mövcud tank lülələri üçün fiqurlu mərmilər, 115-130 mm-lik kalibrlik yeni yivli və yivsiz tank lülələri və anti-tank raketləri daxil idi.
Bu layihələrdən biri SU-152 “Taran” idi. Zavod adı Object 120 (Объект 120) idi. Atış gücü və hərəkətlilik qabiliyyətinə görə bu tank digər düşmən tank qatilləri ilə müqayisədə daha üstün idi. SU-152 “Taran”ın qəbul edilməməsinin ən böyük səbəbi, həmin dövrdə, 125 mm-lik yivsiz tank lülələrinin və anti-tank raketlərinin effekttivliyinin kifayət qədər inkişaf etdirilməməsi idi.
Silahlanma
redaktəSU-152 “Taran”, güclü lülə əyləci ilə təchiz edilmiş, 9045 mm lülə uzunluğuna malik, 152.4 mm-lik çapa sahib M-69 “Taran” topuna malik idi. Bu top ümumi uzunluğu təxminən 10 metr olan, tamamilə qapalı zirehli bir müharibə maşınına quraşdırılmış olan hər növdən ən uzun silahdır. Silahın maksimum atəş açma mənzili 2050 metr təşkil edirdi. SU-152 “Taran” 22 ədəd APDS və yüksək patlayıcılı sursat daşıya bilirdi. Silahın yarı avtomatik bir mərmi yükləmə sistemi var idi və dəqiqədə 3-5 dəfə atəş açmağı bacarırdı. Yüksək patlayıcılı sursat 43,5 kq-lıq ümumi ağırlığa sahib idi ki, bunun da 10,7 kq-lıq hissəsi döyüş başlığının payına düşürdü. Bu top 12.5 kq-lıq APDS mərmisini (10.7 kq-lıq döyüş başlığı ilə birgə) 1720 metr/saniyə kimi yüksək sürətlə lülədən çıxışını təmin edirdi. M-69 “Taran” topu 90°-lik bir maililikdə 290 mm qalınlığa sahib RHA zirehini yüksək nüfuzla məhv etməyə qabil idi.[1]
İstinadlar
redaktə- ↑ "Опытная самоходная установка "Объект 120"". 2012-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.