Sabir Rustemxanli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sabir Xudu oğlu Rüstəmxanlı (20 may 1946, Hamarkənd, Yardımlı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının xalq şairi (2005), Vətəndaş Həmrəyliyi Partiyasının sədri (1992-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV və VI çağırış deputatı (1995–2015, 2020–2024).
Sabir Rüstəmxanlı | |
---|---|
Vəzifədədir | |
26 sentyabr 1992-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
24 noyabr 1995 – 24 noyabr 2015 | |
Seçki dairəsi | I çağırış — 70 saylı Yardımlı-Masallı II çağırış — Proporsional III və IV çağırış — 72 saylı Yardımlı–Masallı |
10 mart 2020 – 23 sentyabr 2024 | |
Seçki dairəsi | VI çağırış — 61 saylı Neftçala |
12 may 1993[1] – 1995 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Sirus Təbrizli |
4 oktyabr 1991[2] – 1993 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
5 fevral 1991 – 24 noyabr 1995 | |
Seçki dairəsi | XII çağırış — 81 nömrəli Mehmandarov adına |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1946 (78 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | dilçi, diplomat, şair, siyasətçi |
Həyat yoldaşı | |
Uşağı | 4 |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində dünyaya göz açıb. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilmişdir. 1974–1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
Ailəsi
redaktəEvlidir, dörd övladı var. Tənzilə Rüstəmxanlının həyat yoldaşıdır. Oğlu Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel Rüstəmxanlı ilə evlənmişdir. Onlar 2024-cü ildə boşanmışdır.[3] Cəmil Rüstəmxanlı Azəryol VK prezidenti olmuşdur.[4] Qızı Aydan Rüstəmxanlı isə müğənni Elçin Cəfərov ilə evlidir.[5]
Yaradıcılığı
redaktəErkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.
İctimai-siyasi fəaliyyəti
redaktə1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[6].
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir. 1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir.
1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür.
Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub.[7] 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçildi.
Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir.
Filmoqrafiya
redaktə- 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film)
- Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Babadağ (film, 2006)
- Cavad xan (film, 2009)
- Cavad xan. Filmin filmi (film, 2007)
- Daş (film, 1977)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Meşəyə insan gəlir (film, 1980)
- Musaküçə kəndinin sakinləri (film, 1973)
- Neft Daşlarının 25 illiyi
- Payızın 17 anı (film, 2007)
- Qayıdış (film, 1988)
- Suvenir (film, 1972)
- Talada ev (film, 1986)
- Tikilir, amma… (film, 1973)
- Uçuş xətti (film, 1987)
- Zəlimxan dastanı (film, 2007)
- Əsgər mahnıları
Kitabları
redaktə- "Tanımaq istəsən"
- "Xəbər gözləyirəm"
- Sevgim, sevincim
- "Gəncə qapısı"
- "Sağ ol, ana dilim!"
- "Qan yaddaşı"
- "Ömür kitabı"
- "Atamın ruhu"
- "Bu sənin xalqındır"
- "Zaman məndən keçir"
- "Xətai yurdu"
- "Göy Tanrı"
- "Bütövlük həsrəti"
- "Atamın ruhu" (təkrar)
- "Ölüm zirvəsi"
- "Difai fədailəri"
- "Sunami"
- "Əbədi Sevda"
- Dərdə əyilmə
- Şair və Şər
- Akademikin son əsəri (2017)
- Astar (2018)[8]
Mükafatları
redaktəSabir Rüstəmxanlı "Ömür kitabı" (1988) əsərinə görə 11 yanvar 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M. F. Axundov adına ədəbi mükafatına layiq görülüb.[9] 23 may 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[10] S. Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu ordeni almaqdan imtina etmişdir.[11] Buna baxmayaraq, 20 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə yenidən "Şöhrət" ordeni ilə təltif edilib[12]
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilib.[13]
İstinadlar
redaktə- ↑ "S. X. Rüstəmxanlının Azərbaycan Respublikasının mətbuat və informasiya naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
- ↑ "S.X.Rüstəmxanlı yoldaşın Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
- ↑ "Sabir Rüstəmxanlının oğlu rəsmən boşandı — FOTOLAR". 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ modern.az. "Məşhurların övladları: Sabir Rüstəmxanlının prezident oğlu - FOTOLAR". modern.az (az.). 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "Qızının ailəsinin dağıldığı deyilən deputatın oğlu da boşandı - FOTO". Oxu.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Arxivləşdirilib 2019-03-10 at the Wayback Machine Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Arxivlənmiş surət". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
- ↑ Real TV. "Sabir Rüstəmxanlının imza günü" (az.). Youtube.com. 21.12.2018. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
- ↑ Ахундов адына мүкафатларын јени лауреатлары // Коммунист. № 18 (20786). 21 јанвар 1989-ҹу ил. С. 4.
- ↑ Sabir Rüstəmxanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 2.- S.8.
- ↑ "Dövlət mükafatından imtina etmiş neçə ədibimiz var?". musavat.com. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-17.
- ↑ "S.X.Rüstəmxanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-08-27.
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.