Sabit Rehmanin Ev Muzeyi - Wikipedia
Sabit Rəhmanın Ev-Muzeyi — doğulduğu, boya-başa çatdığı ata mülkündə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 7 sentyabr 2000-ci il, № 163-li Qərarına əsasən Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilib.[2]
Sabit Rəhmanın Ev-Muzeyi | |
---|---|
Əsası qoyulub | 2001 |
Mövzu | Tarix |
Yerləşir | Şəki şəhəri, Ağvanlar məhəlləsi, 21 |
Kolleksiyası | 541 eksponat |
Telefon | (+994 24) 244-50-89 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[1] |
Muzey binası
redaktəBina Sabit Rəhmanın atası Rəhman Əfəndi XIX əsrin əvvəllərində 26 mart 1910-cu ildə inşa edilmişdir. Sabit Rəhman burada anadan olub.XX əsrin əvvəllərində əksər binalar və hasarlar çiy kərpicdən tikilirdi. Rəhman Əfəndi isə binanı daşdan tikdirib, sonra məhəllədə ilk daş hasar da çəkdirib. Elə bu səbəbdən də bu nəsil "Daşagirənlər" adlanırdı. Sabit Rəhmanın doğulduğu ev 2001-ci ildən muzey kimi fəaliyyət göstərir. Muzeydə 541 eksponant nümayiş etdirilir. Sabit Rəhmanın ömür yolunun Şəki və Bakı dövrləri ,ədəbi fəaliyyəti maraqlı eksponatlar vasitəsilə tamaşaçıya çatdırılır. Azərbaycanın böyük bəstəkarı Emin Sabitoğlu Sabit Rəhmanın oğludur. Muzeydə bəstəkara aid eksponatlardan ibarət ekspozisiya nümayiş etdirilir. Beləliklə muzeyə gələn tamaşaçı Azərbaycanın iki ziyalı oğlunun həyat və yaradıcılığı ilə tanış olur.[3]
Muzeyin ekpozisiyası
redaktəMuzeyin ekzpozisiyası2 mərtəbə, 4 otaq, 2 dəhlizdən ibarətdir. Birinci mərtəbədə iki otaq və dəhliz, otaqların birində gözəl naxışlarla işlənmiş buxarı və böyük divar sobası var. 2000-ci ildə bərpasına başlanan bina 2001-ci ilin iyun ayının 8-də Sabit Rəhmanın ev-muzeyi kimi istifadəyə verilib. Böyük ekspozisiya zalında Sabit Rəhmanın şəxsi əşyaları, üzərində yazıb-yaratdığı masa, uşaqlıq və gənclik illərində çaldığı royal nümayiş etdirilir. Üzeyir bəy Hacıbəyli vaxtilə Sabitin bu royalda ifasını dinləyib və çox bəyənib, ona bu işi davam etdirməyi məsləhət görüb. Lektoriya zalında Sabit Rəhmanın oğlu, 600-dən çox mahnının müəllifi bəstəkar Emin Sabitoğluna aid eksponatlar, üçüncü otaqda ailənin məişət əşyaları, dördüncü otaqda isə dramaturqun 50 illik yubileyində verilmiş hədiyyələr sərgilənir. Ev-muzeydə bütövlükdə 460-a yaxın eksponat saxlanılır.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Sabit Rəhmanın Ev-Muzeyi". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ Nazirlər Kabinetinin Qərarı[ölü keçid]
- ↑ "Azərbaycan muzeyləri". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ "Şəki İrs Reyestri". 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.