Salik Qanunu - Wikipedia
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur[1]. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Buradakı bəzi müddəalar
redaktə- Əgər kimsə kral qanunları əsasında məhkəməyə gəlməzsə, 15 solid təşkil edən 600 denari verməlidir.
- Azad adamlardan biri evdən kənarda 2 denari məbləğində nə isə bir şey oğurlayardısa, 600 denari verməlidir. Əgər qul evdən kənarda 2 denari məbləğində oğurluq edərdisə, oğurlanmış əşyanı geri qaytarmalı və dəymiş zərəri ödəməlidir. Bundan əlavə, 120 qamçı zərbəsi vurulmalıdır.
Mənbə
redaktə- "Orta Əsrlər Tarixi", Bakı, "Maarif" Nəşriyatı-1988. səh. 98.
- ↑ Hinckeldey, Fosberry, 1993. səh. 7