Samir Esedli - Wikipedia
Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri.
Samir Əsədli | |
---|---|
Vəzifədədir | |
14 fevral 2021-ci ildən | |
Sədr | Sabir Rüstəmxanlı |
Əvvəlki | Vəzifə təsis olunub. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1983 (41 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəSamir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub.
Evlidir. 1 qızı, 3 oğlu var.
Siyasi və ictimai fəaliyyəti
redaktə2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub.
2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub.
23 fevral-4 mart 2023-cü il tarixlərində ABS Konqresinin dəstəyi ilə Vasinqton və Little Rock səhərlərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində "Gənc liderlər" kursunu bitirmişdir.
Partiya fəaliyyəti
redaktə2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2001-ci ildən VHP Ali Məclisinin, 2003-cü ildən isə Siyasi Şuranın üzvdür.
2002–2004-cü illərdə VHP Gənclər Təşkilatının sədri, 2005–2007-ci illərdə isə partiya sədrinin gənclərlə iş üzrə müşaviri olub. 2007–2013-cü illərdə VHP Təşkilat Şöbəsinin müdiri olub. 2013-cü ildə Mərkəzi İcra Aparatının rəhbəri təyin olub. Hazırda VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəridir.
Seçkilərdə
redaktə2003-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə namizəd Sabir Rüstəmxanlının, 2013-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin ictimai vəkili olub.
2009–2014-cü ildə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü, bələdiyyənin sosial məsələlər və ekologiya komissiyasının sədri olub.
7 noyabr 2010-cu il tarixdə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin seçki dairəsi üzrə vahid namizədi olub.
Milli Məclisə seçkilərdə 2015-ci ildə 11 saylı Qaradağ seçki dairəsindən və 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.