Samir Sedaqetoglu - Wikipedia
Hüseynov Samir Sədaqət oğlu (21 iyul 1975, Kərgəlan, Lənkəran rayonu) — Azərbaycan yazıçısı, publisist, jurnalist.
Samir Sədaqətoğlu | |
---|---|
Hüseynov Samir Sədaqət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kərgəlan Lənkəran |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəHüseynov Samir Sədaqət oğlu 21 İyul, 1975-ci ildə Lənkəranda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakültəsini bitirib. Bir müddət "Qanun" jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə "Sənət" qəzetini təsis edib və həmin nəşrin baş redaktoru olmuşdur. Hazırda bu qəzet fəaliyyət göstərmir.
Yazıçı, publisist, dramaturqdur. "İtən vaxt" kitabının (2003) müəllifidir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc naşiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyatzadə adına "Uğur" mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun "İtən vaxt" monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb.
Bundan əlavə "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu və həmin qəzetdə çap edilmiş "Avropa və biz" yazısının müəllifi Rafiq Tağı 2006-cı il noyabrın 10-da həbs ediliblər. 4 may 2007-ci ildə Sabail Rayon Məhkəməsi "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 4 il, yazıçı Rafiq Tağı isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli biliniblər (milli, irqi və dini ədavətin qızışdırılması).
Samir Sədaqətoğlu isə məhkəmədə nə dinin, nə də dövlətin təməl prinsiplərinin qorunduğunu söyləmişdir: "Mənim iki övladım var. Nə evim var, nə də ailəmə qazanc gətirənim" deyən baş redaktor özünün və R. Tağının həyatının təhlükədə olduğunu bir daha xatırladıb: "Kənardan mesajlar alıram ki, həbsdə sizi rahat qoymayacağıq. Ona görə də həbsdə bizim təhlükəsizliyimiz təmin olunmalıdır".
İlham Əliyevin 28 dekabr 2007-ci ildə imzaladığı əfv fərmanı ilə Samir Sədaqətoğlu və Rafiq Tağı əfv ediliblər.
2015-ci ilin 15 Fevralından 18 dekabr 2017 arası Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat katibi çalışıb.