Sandro Matsola - Wikipedia
Alessandro "Sandro" Matsola (it. Alessandro "Sandro" Mazzola; 8 noyabr 1942[1], Turin) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. Hal-hazırda RAI-də idman şərhçisi işləyir.
Sandro Matsola | |
---|---|
it. Sandro Mazzola | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1942[1] (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 179 sm |
Çəkisi | 74 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Karyera
redaktəÖz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı.
Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub.
Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.
İtaliya millisində 20 yşında debüt edib. Millidə 70 oyun keçirərək (1963–1974), 22 qol vurub.
Uğurları
redaktə- İtaliya çempionu: 1962/63, 1964/65, 1965/66, 1970/71
- Avropa Çempionlar kubokunun qalibi: 1963/64, 1964/65
- Qitələrarası Kubokun qalibi: 1964, 1965
- Avropa çempionu: 1968
- İtaliya çempionatının bombardiri: 1964/65
- Dünya çempionatının iştirakçısı: 1966, 1970, 1974
İstinadlar
redaktə- ↑ 1 2 Sandro Mazzola // Transfermarkt (çd.). 2000.
Xarici keçidlər
redaktə- FC Inter arxivi (ital.) )
- İtaliya Futbol Federasiyasının saytında Sandro Mazzola (ital.) )