Sanqalan Dag - Wikipedia
Bu məqalə əsasən "Sanqalan" kimi tanınan Səndələn dağı haqqındadır. Ağsu rayonunun Sanqalan kəndi üçün Sanqalan (kənd) səhifəsinə baxın. |
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi.
Sanqalan | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 929 m |
Yerləşməsi | |
40°32′22″ şm. e. 48°34′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon |
|
|
|
|
Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir.
Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.)
Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
İstinadlar
redaktəHəmçinin bax
redaktə Dağ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |