Santa Katarina - Wikipedia
Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir[3].
Santa-Katarina | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Florianópolis |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 627 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-SC |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlar və italyanların törəmələridir.
Coğrafiya
redaktəİqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir. Ştatın ən hündür nöqtəsi Maru-da-Boa-Vistadıır (1827 m).
Tarixi
redaktəŞtat ərazisində ilk avropalılardan təşkil olunan yaşayış məntəqəsi ispanlar tərəfindən Santa-Katarina adasında salınmışdır. 1675-ci ildə portuqallar adanı ələ keçirmişlər.
Farrapus müharibəsi dönəmində 1839-cu ildə üsyançılar Santa-Katarinanı ələ keçirərək burada Julian Respublikasını qururlar. Dörd ay müddətində bölgə üsyançıların nəzarətində qalır[4].
XIX əsrdə Santa-Katarina ərazisinə avropadan çoxlu sayda avropalı miqrasiya etmişdir. Xüsusi ilə almanlar 1829-cu ildə ilk kəndlərini salmışlar[5]. Onların ardınca İtaliya, Polşa, Rusiya və digər Avropa ölkələrindən bölgəyə köç başlamışdır. Yenidən alman immiqrantları əraziyə köç etmişlər. Hazırda belə bir çox şəhərlərdə alman mədəniyyəti və dilinin təsiri müşahidə edilir.
İnzibati bölgü
redaktəİnzibati cəhətdən 6 mezoregiona və 20 mikroregiona bölünür.
İqtisadiyyat
redaktəBraziliya ştatları arasında dinamik inkişafa malikdir. Ştatın əsas gəlir mənbəyi kənd təsərrüfatı və xidmət sektorudur. Amerika qitəsində iri elektrik mühərrikləri istehasalı bölgə də həyata keçirilir.
Santa-Katarina ölkənən ən böyük kömür hasilatı ərazisidir. İl ərzində 5 mln ton kömür hasil edilir [6].
Ştat ərazisində avropada və tropik zonalarda əkilən biktilərin hasilatı həyata keçirilir. Burada dənli bitkilər, tütün, üzüm, maniok yetişdirilir[7].
Ştat ərazisində ətlik istiqamətli heyvandarlıq mövcuddur. Üstəlik ştat ərazisində meşətəsərrüfatı, mate tədarükü, avtomobil hissələrinin istehsalı, plasyik boru hazırlanması həyata keçirilir.
Turizm
redaktəŞtatın okeana çıxışının olması turist axınlarına səbəb olur. Ştatın sahilləri balinaların çoxalma dönəmində müşahidəsi üçün olduqca əlverişli ərazi hesab edilir[8].
İstinadlar
redaktə- ↑ https://www.ibge.gov.br/en/cities-and-states/sc.html.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ "Santa-Katarina". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
- ↑ «Farrapus üsyanı» 1835—45[ölü keçid]
- ↑ "Santa-Katatiba, russobras.com. saytında". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
- ↑ "Santa-Katarina". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
- ↑ "Santa-Katarina". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
- ↑ "BuenoLatina. Braziliya balinaların mövsümü müşahidəsinə hazırlaşır". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.