Saribas Qax - Wikipedia
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Sarıbaş | |
---|---|
41°31′27″ şm. e. 47°04′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.602 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur.[1] Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür.[2] İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay).[3] Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur.
Toponimikası
redaktəSarıbaş oykonimi, sadə.[2] Kənd əhalisinin çox hissəsi Cəlayir kəndinə köçmüşdür. Sarıbaş yaşayış məntəqələri Ermənistanda və Krımda da qeydə alınmışdır.[2]
Mədəniyyəti
redaktəKənd əhalisinin mədəniyyəti diffuz (qaynayıb qarışma nəticəsində yaranan) mədəniyyətdən təsirlənmişdir.
Filmoqrafiya
redaktə1955-ci ildə istehsal olunmuş "Alagöz yaylağında" filmi Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.[4]
Coğrafiyası və iqlimi
redaktəSarıbaş kəndi iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 7 | 8 | 12 | 19 | 23 | 26 | 28 | 28 | 25 | 21 | 14 | 10 | 18,4 |
Maksimum orta, °C | 0 | 1 | 4 | 11 | 17 | 21 | 24 | 24 | 19 | 13 | 7 | 2 | 11,9 |
Minimum orta, °C | −6 | −7 | −3 | 3 | 7 | 10 | 12 | 12 | 9 | 5 | 0 | −4 | 3,2 |
Mütləq minimum, °C | −15 | −17 | −13 | −5 | 1 | 4 | 7 | 7 | 2 | −3 | −8 | −13 | −4,4 |
Yağıntı norması, mm | 32 | 40 | 58 | 79 | 74 | 54 | 39 | 28 | 44 | 70 | 62 | 35 | 615 |
Mənbə: [1] |
Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal-qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir.[5] Qışı sərt, yayı isə mülayimdir.Yüksək dağlarla əhatə olunub.[6]
Əhalisi
redaktəHazırda Sarıbaş kəndinin əhalisi monoetnik olsa da tarixi mərhələlər üzrə burada məskunlaşmış müxtəlif etnik qrup və xalqların qaynayıb qarışması nəticəsində formalaşmışdır. Buna türk kökənli tayfalara mənsub bir neçə nəsil və saxurlar daxildir.[mənbə göstərin]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 49 təsərrüfatda hər iki cinsdən təxminən 131 nəfər əhali yaşamaqdadır.[7]
Görkəmli şəxsləri
redaktə- Abdullah Əhmədov — fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent.
- Amin Babayev — Kənd təssərüfatı elmlər doktoru, Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdürü.
- Fərid Məhərrəmov — Misir Əzhar Universitetinin dosenti.
- Seyfullah Əhmədov — fizik, Bakı Dövlət Universitetinin müəllimi.
İstinadlar
redaktə- ↑ Natiq Abbasov. Qədim azəri yurdu — Qax. Bakı: "Ağrıdağ" nəşriyyatı, 2000, səh.132.
- ↑ 1 2 3 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva və Şəms Qocayeva; Redaktor: Rübabə Əliyeva; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2007, 175 səh". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
- ↑ Линевич. И. П. Бывшее Елисуйское султанство. ССКГ, вып. 7.- Тифлис: 1873. с.10-15.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 65. (az.)
- ↑ "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
- ↑ "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |