Sarixanli Vedibasar - Wikipedia
Sarixanli Vedibasar - Wikipedia - Haqqında Məlumat
Sarıxanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]
Sarıxanlı | |
---|---|
Ölkə | Ermənistan |
Tarixi
redaktəRayon mərkəzindən 14–16 km cənub-şərqdə, Araz çayının sahilində, Vedi çayından axan arxın yaxınlığında, Əliməmməd kəndinin yanında yerləşirdi.
Toponim təklə türk tayfasının bir qolunu təşkil edən sarıxanlı etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
redaktəKənddə 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 338 nəfər, 1897-ci ildə 358 nəfər, 1904-cü ildə 160 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 204 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ilin yazında kəndin sakinlərini tam surətdə ermənilər tərəfindən qovmuşdur. Həmin vaxtdan kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.72
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88–89, 156–157