Sate - Wikipedia
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır.
Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur. Tay satesinin əsas xüsusiyyətlərindən biri donuz əti seçimidir və Tayland üslubu yer fıstıq sousudur. İndoneziya sateni şirin soya sousu-kecap manis və lontong-düyü piroqu ilə servis olunur. Şri-Lankada isə yerli Malay qrupunun təsirləri nəticəsində bu qida yerli pəhrizin bir parçası halına gəlmişdir.
Sate İndoneziyada delikates sayılır. İndoneziyanın zəngin mətbəxində satenin müxtəlif növləri vardır və küçə yeməyi olaraq məşhurdur. Bu qidanı Çerçilərdən, küçədə çadır-restoranlarda və ya bahalı restoranlarda, xüsusi ənənəvi bayramlarda əldə etmək olar. Bu qidaya yaxın yeməklər Yaponiyada yakitori, Çində kǎoròu chuàn, Turkiyədə şiş kabab, Cənubi Afrikada Sosatie, Qafqazda tikə kababı misal göstərmək olar. 2011-ci ildə CNN Go tərəfindən tərtib edilən sorğuda 50 ən dadlı yeməkdən 11-ci yeri tutmuşdur.
Mənşə
redaktəMalay arxipelqında Yavadan ətraf ərazilərə yayılmış və nəticədə bir çox dəyişikliklərə məruz qalmışdır. XIX əsrin sonlarında sate Malakka boğazı vasitəsilə qonşu Malayziya, Sinqapur və Tayland ərazisinə keçdi. Ehtimal edilir ki, sate malay imiqrantları tərəfindən Cənubi Afrikaya yayılmış hansı ki hazırda Sosatie adlanır.
Hazırlanması
redaktəƏsasən istifadə olunan ət məhsullarına toyuq, quzu, keçi, qoyun, mal əti, maral əti, dovşan əti , dəniz məhsulları olaraq balıq, krevetlər, Kalmar daxildir. Bəziləri, həmçinin, tısbağa, timsah, at, kərtənkələ və ilan ətləri kimi daha ekzotik növ ətlərdən istifadə edirlər. Çöplər qızardılma zamanı yanmaması üçün əvvəlcədən suya salınır. Bu çöplərə əsasən 3–4 tikə yerləşir. Ətlər sarıkökdə marinadlaşdırıldıqda xüsusi sarı rəng alır. Digər məşhur marinadlaşdırma növü soya sousu və kokos yağından ibarət qarışımdır. Beləliklə şişə keçirilmiş ətlər ədviyyatlanır, marinadlaşdırılır və kömür ocağında qızardılır. Ədviyyatlı yer fıstığı sousu, qarnir olaraq lontong və ya ketupat (düyü piroqu), və soğan dilimləri, kök və xiyar turşusu ilə servis edilə bilər.
Növləri
redaktəSatenin vətəni İndoneziya olub, demək olar ki bütün regionlarda yayılmış və ölkənin ən məşhur milli yeməyi sayılır. Ölkədə bəzi restoranlar sateni özünə məxsus təqdim edir. Ponorogo, Sate Blora, Sate Khas Senayan restoranları buna misal ola bilər.
Quş ətindən növlər
Sate Ambal,
Sate Ayam,
Sate Banjar,
Sate Blora,
Sate Kulit,
Sate Madura,
Sate Ponorogo
Sate Taichan
Mal ətindən növlər
Sate Ampet,
Sate Babat,
Sate Burung Ayam-ayaman,
Sate Hati,
Sate Kikil,
Sate MakassarSate Ampet,
Sate Babat,
Sate Burung Ayam-ayaman,
Sate Hati,
Sate Kikil,
Sate Makassar,
Sate Buntel,
Sate Lembut,
Sate Manis,
Sate Maranggi,
Sate Matang,
Sate Sapi,
Sate Susu
Donuz ətindən növlər
Sate Babi,
Sate plecing
Dəniz məhsullarından növlər
Sate ikan tuhuk,
Sate Bandeng,
Sate Belut,
Sate Kerang,
Sate Udang
İçalat növləri
Sate Ampet,
Sate Babat,
Sate Burung Ayam-ayaman,
Sate Hati,
Sate Kikil,
Sate Makassar
İstinadlar
redaktə- Resepsi Diplomatik KBRI Athena(индон.)13 сентября 2013). — Официальный сайт посольства Индонезии в Греции.
- Tim Cheung Your pick: World's 50 best foods(англ.). CNN (7 September 2011). — Сайт CNN.
- Maryati.Sensasi sate kobra(индон.). Antara (23 сентября 2013). — Сайт Индонезийского информационного агентства "Антара".