Saturn Ib - Wikipedia
Saturn IB (bir B kimi oxunur, həmçinin təkmilləşdirilmiş Saturn I olaraq da tanınır), Amerika Kosmik Agentliyi NASA tərəfindən Apollon layihəsi üçün yaradılmış və istifadə edilmiş Saturn raket ailəsinin bir modelidir. Apollon layihəsi, Skylab kosmik stansiyası və ABŞ/SSRİ Apollon Soyuz Test Layihələrində istifadə olunmuşdur.
Əvvəlki Saturn I-dən fərqli olaraq, ikinci raket mərhələsi S-IV daha güclü S-IVB ilə əvəz edilmişdir. Beləliklə, yanacaq çəni qismən doldurula bilən bir Apollon Komanda/Xidmət Modulu (KSM) və ya yanacaq çəni tamamilə doldurula bilən bir Ay Modulu (AM) aşağı yer orbitində ilkin uçuş sınaqlarını həyata keçirmək üçün işə buraxılma imkanları əldə edilmiş, aya uçuş üçün tələb olunan daha böyük Saturn V raketi hazırlanmazdan qabaq ehtiyac təmin edilmişdir.
Eyni S-IVB üst eşelonunu paylaşan Saturn IB və Saturn V Apollon kosmik gəmisi üçün müştərək bir interfeys təqdim etmişdirlər. Yeganə böyük fərq, Saturn IB-dəki S-IVB-nin bütün yanacağını yer orbitinə çıxmaq üçün istifadə etdiyi halda, digər tərəfdən Saturn V-dəki S-IVB-nin yanacağının yalnız bir hissəsini yer orbitinə çıxmaq üçün istifadə etməsi və qalan hissəsini Ay yolçuluğu üçün yenidən işlədərək istifadə etməsidir.
Saturn IB iki ekipajsız KSM suborbital uçuşu, bir ekipajlı LM orbital uçuşu və ilk ekipajlı KSM orbital missiyası (tapşırıq) (əvvəlcə Apollon 1 olaraq planlaşdırılmışdı, daha sonra Apollon 7 olaraq uçdu) həyata keçirmişdir. Həm də bir orbital tapşırıq əsnasında (AS-203) yüklənmədən buraxıldı, buna görə S-IVB-yə dəyişiklik olaraq daha çox maye hidrogen yanacağı yüklənmişdir. Bu missiya, Saturn V-də olduğu kimi S-IVB-nin yenidən başladıla bilən bir versiyasını istifadə etmişdir və beləliklə, çəkisiz bir mühitdə maye hidrogenin davranışı müşahidə edilmişdir.
1973-cü ildə, Apollon ay proqramının bitməsindən sonrakı ildə üç Apollon KSM/Saturn IB Skylab kosmik stansiyasına ekipaj daşımışdır. 1975-ci ildə son Apollon/Saturn IB müştərək ABŞ və SSRİ Apollon Soyuz Test Layihəsinin Apollon ayağını başlatmışdır. Bir Apollo KSM/Saturn IB mümkün Skylab xilasetmə missiyası üçün istehsal edilib hazırlanmış, lakin heç bir zaman uçuşu baş verməmişdir.
Təriflər
redaktəNASA, daşıyıcı raketi, raket mərhələləri və kosmik gəmini işə salan idarəetmə sistemlərinin məcmusu olaraq təyin etmişdir.