Sehadete Mekuli - Wikipedia
Sehadete Mekuli (alb. Sehadete Mekuli; 16 oktyabr 1928, Oxrid – 12 noyabr 2013, Priştina) — Alban ginekoloq, professor və ictimai fəal. Albanların Yuqoslaviya federasiyası daxilində daha çox muxtariyyət tələb etdiyi 1981-ci il Kosova etirazları zamanı yaralı tələbələrə qulluq göstərən zaman məşhurlaşır. Bunun üçün Yuqoslaviya rəhbərliyi tərəfindən Priştina Universiteti Tibb Fakültəsindəki professorluq dərəcəsindən məhrum edilir və 1988-ci ildə erkən təqaüdə çıxmaq məcburiyyətində qalır. Mekuli İsmail Kadarenin 1985-ci ildə yazdığı "Elçilər dondu" (alb. Krushqit jane te ngrire) qəhrəmanı Teuta Şkrelinin prototipidir[1]..
Sehadete Mekuli | |
---|---|
alb. Sehadete Mekuli | |
Doğum tarixi | 16 oktyabr 1928 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 noyabr 2013 (85 yaşında) |
Vəfat yeri | |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | ginekoloq |
Bioqrafiyası
redaktəSehadete Doko 16 oktyabr 1928-ci ildə Oxrid (indiki Şimali Makedoniya) şəhərində anadan olub. 1947-ci ildə doğma şəhərindəki orta məktəbi bitirir və daha sonra Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetində tibb təhsili alır və 7 yanvar 1954-cü ildə məzun olur. Elə həmin il 1 aprel tarixindən etibarən Sehadete Priştina xəstəxanasında ginekoloq və mamaça vəzifəsində çalışır. 1960-cı ilin martında Belqradda ginekologiya ixtisası alır. 1960-1962-ci illərdə Sehadete Priştina xəstəxanasında Ginekoloji və Doğuş şöbəsinə rəhbərlik edir. 1963-cü ildə siyasi səbəblərdən xəstəxanadan istefa verir və Priştina Sağlamlıq Evində dispanserin (xalq dispanserinin) rəhbəri olur. 1968-ci ilin yanvarında Sehadete Priştina Xəstəxanasında əvvəlki vəzifəsinə qayıdır[2]. Qızların sanitariya məlumatlarını yaxşılaşdırmaq üçün məktəblər və yataqxanalar üçün bir sıra mühazirələr üzərində işləyir.
Priştina Universitetinin açılışından sonra Mekuli 1970-ci ildə meydana çıxan tibb məktəbinin rəhbəri seçilir. 1973-cü ildə Belqrad Universitetində doktorluq dərəcəsini alır və 1976-cı ildə Priştina Universitetində dosent olur. Mekuli Kosovo Həkimləri Dərnəyinin yaradılmasına kömək və “Praxis medica” tibbi jurnalının nəşrinə rəhbərlik edir. 1972-ci ildən etibarən Priştina Universitetinin Tibb Fakültəsindəki ginekoloji klinikasının müdiri işləyir. Mekulinin 31 məqaləsi tibbi jurnallarda dərc edilmişdir.
Kosovoda 1981 etirazları
redaktə1981-ci ildə Mekuli albanların Yuqoslaviya daxilində daha çox muxtariyyət tələb etdikləri 1981-ci ildəkı Kosova etirazları zamanı polis tərəfindən yaralanan alban tələbələrə yardım göstərir[3]. Yaralıların müalicəsində "çox canpəşanlıq göstərməkdə" və tələbələrin tələblərini dəstəkləməkdə[4] günahlandırılır. Bu səbəbdən Priştina Universitetindəki professor vəzifəsindən istehfa vermək məcburiyyətində qalır və 1988-ci ilin oktyabrında erkən təqaüdə çıxır. 1989-cu ildə Kosovonun muxtariyyəti ləğv edildikdən sonra klinikanın bütün tibb işçiləri buradan qovulur. 1996-cı ildə Mekuli Teresa Ana xeyriyyə fondu ilə birgə ginekoloji və mamalıq klinikası açır. Bura Kosovanın hər yerindən çox sayda ginekoloqu cəlb edir
Şəxsi həyat
redaktəSehadete Mekuli alban şairi Esad Mekuli (1916-1993) ilə evlənir. Onların iki övladı olur. Sehadete Mekuli 12 noyabr 2013-cü ildə Priştinada dünyasını dəyişir[2].
İstinadlar
redaktə- ↑ Robert Elsie. Historical Dictionary of Kosovo. Scarecrow Press. 15 ноября 2010. səh. 82. ISBN 978-0-8108-7483-1. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
- ↑ 1 2 "Përcillet në shtëpinë e fundit Prof.dr. Sehadete Mekuli" (alban). Koha Ditore. 12 ноября 2013. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.
- ↑ Kullashi, Muhamedin. "LIMPIEZA ÉTNICA EN LA EX-YUGOSLAVIA" (PDF) (ispan). praxis.univalle.edu.co. səh. 88. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). (note 16)
- ↑ "Ka vdekur në Prishtinë prof dr. Sadete Mekuli (1928–2013)". Radio Television of Kosovo (alban). 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 марта 2021.