Senna Alexandrina - Wikipedia
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü.
Senna alexandrina | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Senna alexandrina |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəSudanda yayılmışdır.
Botaniki təsviri
redaktəYerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur. Erkəkciklərin üçünün toz kisəsi yaxşı inkişaf edib, mayalanmağa qadirdir, dördü isə həşəratı özünə cəlb edmək üçündür. İyun-sentyabr aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Paxlası enli, oval, hamar, uzunluğu 5,5 sm, eni 2-6 sm, tünd qonur rəngli, çox toxumludur. Toxumun ölçüsü 0,5-0,8 sm-dir. Toxumla çoxaldılır.
Ekologiyası
redaktəİstisevən bitkidir, +100C temperaturda boyartımı dayanır, aşağı temperaturda məhv olur.
Azərbaycanda yayılması
redaktəDendrologiya İnstitutunun təcrübə sahəsində 1982-cı ildən introduksiya olunmuşdur.
İstifadəsi
redaktəAbşeronda yaşıllaşdırmada rast gəlinir. Dərman əhəmiyyətli dekorativ bitkidir. Yarpaqlarında, meyvələrində və gövdələrində antraqlikozidlər və onlardan əlavə üzvi turşular vardır. Yarpaqlarını qurudub, işlətmə xəstəliyində dərman kimi istifadə edirlər.