Serafim Veckanov - Wikipedia
Serafim Veçkanov[1] — (tam adı: Serafim Yemelyanoviç Veçkanov, rus. Серафим Емельянович Вечканов; 6 avqust 1914, Kakine Qaqinski kəndi, Nijnenovqorod vilayəli — 20 oktyabr 1965, Moskva) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü.
Serafim Veçkanov | |
---|---|
rus. Серафим Омелянович Вечканов | |
Doğum tarixi | 6 avqust 1914 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 oktyabr 1965 (51 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, jurnalist, siyasətçi |
Üzvlüyü |
|
Bioqrafiyası
redaktəSerafim Veçkanov 6 avqust 1914-cu ildə Nijnenovqorod vilayəti, Kakine Qaqinski kəndində, kəndli ailəsində anadan olmuşdur. Öz doğma kəndində kənd məktəbini bitirdikdən sonra 1928-ci ildə Velikoaratskaya kəndli gənclərin təhsil aldığı məktəbə daxil olur. Bu məktəbdə əsasən mordoviya əsilli uşaqlar təhsil alırdı. Daha sonra regional müəllimlər kursunu bitirərək Lukoyanov rayonu Novoe İvansev kənd məktəbində ibtidai müəllimi işləmişdir. 1932-ci ildə Mordoviya Dövlət Universitetinə daxil olur. Üç kurs oxuduqdan sonra «Erzyan Kommuna» qəzetinin bir ədəbi əməkdaşı olaraq işə başlamışdır. 1936-cı ildə Qırmızı Orduya aktiv hərbi xidmətə çağırıldı. Ordudan 1941-ci ilə buraxıldıqdan sonra Mordoviya kitab nəşriyyatının redaktoru vəzifəsində çalışır. Böyük Vətən müharibəsinin ilk günlərindən etibarən Serafim Veçkanov bir çox başqa Mordovalı yazıçı kimi öz doğma torpaqlarını müdafiyəsinə qatılmışdır. 1944-cü ildə xəstəlik səbəbi ilə ordudan xariç edilir. Saranska qayıtdıqdan sonra ilk olaraq Mordgizin redaktoru təyin edilir. Sonralar isə «Suran tolt» jurnalının ("Sur gecələri") redaktoru və 1959-1964-cü illərdə isə Mordoviya muxtar Sovet Sosialist Respublikasının Yazıçılar Birliyinin sədri olur. 1938-ci ildən SSRİ yazıçılar ittifaqının üzvüdür.
Fəaliyyəti
redaktəVeçkanovun yaradıcılığı 1930-cu illərdən başlayır. İlk şeirləri Lukoyanov rayonunda nəşr edilən «Veysen semyaso» («Tək bir ailədə») qəzetində işıq üzü görür. 1932-ci ildən isə «Erzayn Kommuna» («Erzyan kommunası») və «Syatko» («Qığılçım») qəzetlərində mütəmadi dərc edilir. Müharibədən öncə iki şer topluisu işıq üzü görür. İlk şeir kitabı 1933-cü ildə dərc edilən «Moront uşotkoso» («mahnının əvvəli») adlanır. 1940-cı ildə ikinci "Mon teştem" ("Mənim ulduzum") kitabı məşr edilir. Onun əsərləri kəskin sosial yönüm və aktuallığı ilə fərqlənir. 1946-cı ildə Veçkanov müharibə illərində yazılmış 16 şeirdən ibarət olan "Kaştaz" kolleksiyasını nəşr etdirir. Şeirlər vətən sevgisi ilə doludur, müharibə vəziyyətində bir insanın qəhrəmanlıq xarakterini ortaya qoyur. Onlar incə tərkibi, orijinal poetik tapıntıları və şifahi şeir ənənələrin innovativ istifadəsi ilə fərqlənirlər. Əsl poetik tapıntıları «Qeroy alya» («Qəhrəman») poemasında görmək olar. Burada döyüşçülərin xarakterini göstərmək üçün simvolizm və allegorikadan geniş istifadə edir. Veçkanovun müharibə sonrakı əsərlərində poetik bacarıq, tematik müxtəliflik, obraz parlaqlığı, ideoloji dərinlik hiss edilir. Bu dövrdə erzyan dilində «Maney» («Günəş», 1955), «Çipalı» (1961), «Veçnoy tol» («Əbədi məşəl», 1964), rus dilində isə «Stixi» (1952) və «Solnışko» (1960) şerlər toplusu işıq üzü görmüşdür. Şairin şeirləri həyatın təsdiqlənməsi, insanın sonsuz imkanlarına inam, öz doğma xalqının və dövlətinin gələcəyi üçün məsuliyyət hissi ilə seçilir. Veçkanov lirik qəhrəmanları üçün əməyinin yaradıcı gücünə inam xarakterikdir. Veçkanov özünü rus şeirinin Erzya dilində qabiliyyətli tərcüməçisi kimi göstərdi və şeirləri rus, çuvaş, mari, eston və macar dillərinə tərcümə olundu.
İctimai fəaliyyət, mükafatlar
redaktəVeçkanov Sovet İttifaqının XXII qurultayında, Mordoviya MSSR Ali Şurasının (1960 - 1964) deputatı seçilmişdir. Mordoviya MSSR Əməkdar incəsənət işçisi adına layiq görülmüş və 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
23 oktyabr 1965-ci ildə Saranskda vəfat etmiş elə oradaca dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ "Serafim Yemelyanoviç Veçkanov". 2020-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
Mənbə
redaktə- Вечканов Серафим Емельянович // Библиотека мордовской литературы Arxivləşdirilib 2020-03-17 at the Wayback Machine
- Вечканов, Серафим Емельянович // Мордовская библиотека
- Евстигнеева Г. П. Корреспондент войны // Патриоты Мордовии
- Информационный листок «Кадык гайги седейшкавань лирикась…»: к 100-летию С. Е. Вечканова[ölü keçid] // Национальная библиотека им. А. С. Пушкина Республики Мордовия
- Невыдуманные истории из жизни пишущей братии // Молодёжный журнал «Странник»
- Прончатова Л. В. Репортер войны // Патриоты Мордовии