Serb Respublikasinda Almanlar - Wikipedia
Serb Respublikasında almanlar (serb. Нијемци у Републици Српској, alm. Deutsche in Republika Srpska) — Serb Respublikası ərazisində yaşayan və işləyən alman əsilli əhali. Almanlar Serb Respublikası ərazisində yaşayan 12 milli azlıqdan biridir. Onların hüquqlarını dirgər azlıqların hüquqları kimi Serb Respublikasının milli azlıqlar soveti qoruyur. Serb Respublikası ərazisində cəmi 95 alman əsilli əhali yaşayır.
Tarixi
redaktəAlmanlar Bosniya və Herseqovina ərazisində ilk dəfə Avstriyanın işğalı dönəmində ayaq basmışlar. Onlar əsasən alman tacirlərdən ibarət idi. Ticarətlə əlaqədar olaraq bölgəyə ayaq basmışdılar. Tacirlərin böyük qismi Srema və Banata (həmçinin Vyortemberq) ərazilərindən gələnlər idilər. Onlar tərəfindən işğal olunmuş torpaqlarda Frans-Yozefsfeld adlı (hazırda Novo-Selo adlanır) kənd salınmışdır. 1907-ci ildə kəndin adı Petrovo-Pole olaraq adlandırılır. Bu ad isə I Pyotrın şərəfinə verilir. Almanlar burada 1942-ci ilə qədər yaşayırlar[1]. Müharibəyə qədər burada 2 min insan yaşayırdı (1931-ci il siyahıya alınmasına görə). Sonradan onlar almanlsr tərəfinfən işğal olunmuş Lodz əraxisinə köçmüşdülər[2]. Ещё с десяток немецких семей проживал в Биелине[3].
Qanunvericilik və idarə sistemi baxımından Avstriya-Macarıstan və Yuqasloviya arasnda kəskin fərqlər mövcud idi. Bu səbəbdən Bosniya və Herseqovinada dövlət kadr heyətinin böyük qismini almanlar tuturdu. Onlar ısasən kanselyari işləri, registrator, hakim, vəkil və digər hüquq sahələrində işləyirdilər. Bosniyada alman fermerlər yaşayışı olmayan səhrada Prnyavira yaxınlığında, Banya-Luki və Priedoradan qərbdə özlərinə təsərrüfat qurmuşdular. İlk illərdə 70 alman ailəsi Viyaka çayı yaxınlığında özlərinə məskən salmışdılsr. Digər ərazilərdə belə almanlar tərəfindən kəndlər salınmışdı. Onlar Qloqovas və Şibovska kındlərinin əsasınl qoymuşlar. Almanlar əsasən üzüm yetişdirilməsi və maldarlıqla məşğul olurdular. 1921-ci ilə qədər Qloqovase kəndində almanlara məxsus ibtidai məktəb fəaliyyət göstərirdi. Sonradan burada digər millətlərin nümayəndələridə təhsil almsğa başlamışdır[4].
Din
redaktəSerb Respublikasında yaşayan almanlar katolik məshəbində etiqad edirlər. Bu isə cənub almanları üçün xasdır. Serb Respublikası ərazisində almanlara aid olan iki alman katolik kildəsi vardır: Aleksandrovase (Laktaşi) və Nova-Topola (Qradişks)[5]. Novo-Selo kəndində isə bir məbəd olsa da, o müharibə zamanı bağlanmışdır.
Təşkilat
redaktəAlmanların Serb Respublikasında yerləşən yeganə cəmiyyəti 2005-ci ilin aprelində Banya-Luka şəhərində təşkil edilmişdir. Bu cəmiyyətin təşkilinin əsas hədəfi adət-ənənə, dil və mədəniyyətlərinin qorunmasıdır[6].
İstinadlar
redaktə- ↑ "BIJELJINA". İstifadə tarixi: 26. 9. 2014..[ölü keçid]
- ↑ "Nijemci u potrazi za korijenima". DW.DE. 2014-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26. 9. 2014..
- ↑ "Nijemci u Bijeljini - AUDIO » BHRT". BHRT. 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26. 9. 2014..
- ↑ Савез националних мањина Републике Српске: Нијемци Arxivləşdirilib 2017-04-07 at the Wayback Machine (serb.)
- ↑ Savez nacionalnih manjina Republike Srspske Arxivləşdirilib 2017-10-05 at the Wayback Machine (serb.)
- ↑ Ko su nacionalne manjine u Republici Srpskoj? Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine (serb.)