Serb Respublikasinda Turizm - Wikipedia
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır.
Təbiət gözəllikləri
redaktəƏrazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır. Bu çaylar zəngin balıq ehtiyyatlarına sahibdir[1].
Təbiətinin digər gözəlliyi isə onun zəngin heyvanlar aləminə sahib olmasıdır. Burada maral, qaban, tülkü, dovşan, çöl ördəkləri və kəkliklərə rast gəlmək olur. Bu canlıların böyük əkrədiyyətin Balkan yarımadasının bu hissəsində qışlayırlar. Mrakovisa dağının zirvəsində müharibə qurbanlarının şərəfinə memorial abidə qoyulmuşdur.
Serb Respublikasının ərazisində «Suteçka» Milli parkı yerləşir. Burada min illik meşənin ərazisi 1291 ha-dır[2][3][4][5]. Park onun ərazisindən axan eyni adlı çaydan almışdır. Çay Zelenqora, Leliya, Maqliç və Voluyka dağları arasından axır.
Respublikanın ən böyük şəhəri Banya-Lukadır. Bura inzibati, iqtisadi və təhsil mərkəzi rolunu oynayır. Burada məşhur Balkan pendiri istehsal edilir. Kastel qalası şəhərin ən qədim tikilisidir. Resspublikanın ən cənub şəhəri Trebinedir. Srbas şəhərində isə Bardaça adlı quş qoruğu vardır.
Herseqovinanın ən görməli yerləri kilsə və monastrlardır. Onlar milli qoruma altındadır. Monastır Tvrdoş və Dobriçevo XV əsr, Lovnisa isə XIII əsrə aiddir.
Statistia
redaktəİllərə görə turistllər
redaktəİl | Ümumi turistlər | Cavabdehlər | Xaricilər |
---|---|---|---|
2006 | 191 934 | 118 997 | 72 937 |
2007[6] | 222 729 | 132 057 | 90 672 |
2008 | 241 145 | 139 961 | 101 184 |
2009[7] | 226 957 | 133 047 | 93 910 |
2010 | 236 286 | 141 201 | 95 085 |
2011 | 237 794 | 140 405 | 97 389 |
2012 | 241 214 | 139 239 | 101 975 |
2013 | 253 653 | 140 886 | 112 767 |
2014[8] | 260 160 | 141 898 | 118 262 |
2015 | 294 781 | 158 571 | 136 210 |
2016[9] | 323 908 | 166 063 | 157 845 |
Xarici ölkə turistləri
redaktə2016-cı ilə oln məlumat:
Yer | Ölkə | Turistlər |
---|---|---|
1 | 45 209 | |
2 | 19 594 | |
3 | 16 701 | |
4 | 16 375 | |
5 | 5 564 | |
6 | 5 527 | |
7 | 4 898 | |
8 | 4 754 | |
9 | 3 217 | |
10 | və | 2 253 |
Digərləri[10] | 33 753 |
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Туризам у Српској Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine, Приступљено 14. 8. 2015.
- ↑ Туристичка организација Републике Српске Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine, Приступљено 23. 4. 2013.
- ↑ Стање прашума Лом и Јањ у другој половини -{XX}- вијека[ölü keçid], Приступљено 23. 4. 2013.
- ↑ ПРЕГЛЕД ФЛОРЕ ПРАШУМСКОГ РЕЗЕРВАТА „ЛОМ“[ölü keçid], Приступљено 23. 4. 2013.
- ↑ Презентација општине Дринић Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Приступљено 23. 4. 2013.
- ↑ "2007-2011 statistika" (PDF). 2017-01-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- ↑ "2009-2013 statistika" (PDF). 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
- ↑ "2011-2015 statistika" (PDF). 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
- ↑ "2016 Statistika" (PDF). 2017-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.
- ↑ "Статистика 2016" (PDF). 2017-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-20.