Sergey Bodrov Ata - Wikipedia
Sergey Bodrov (rus. Сергей Бодров) — sovet və rus kinorejissoru, ssenaristi, prodüseri və aktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.[1][2]
Sergey Bodrov | |
---|---|
rus. Сергей Бодров | |
Doğum tarixi | |
Doğum yeri | Xabarovsk, RSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Uşağı | |
Fəaliyyəti | rejissor, ssenari müəllifi, kinoprodüser |
Fəaliyyət illəri | 1974-cü ildən |
Mükafatları | |
IMDb | ID0091076 |
Vikianbarda əlaqəli mediafayllar |
Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası.
Həyatı
redaktəSergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb.[3] 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub.[4] 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib.[3] Elə həmin ildə də Kommunist Partiyasına üzv olub.[5]
1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz").[3] Sonralar onun ssenariləri əsasında iyirmidən çox film çəkilib.[3]
Sergey Bodrov 1980-ci illərdə özünü rejissor kimi sınamağa başlayır və "Otun içində şirin şirə" (1984), "Qeyri-peşəkarlar" (1985) (Turində keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatını qazanıb), "Mən sənə nifrət edirəm" (1986), "Dələduz" (1989) və "SER" (1989) filmlərini çəkir. Sergey Bodrov 90-cı illərdə ABŞ-yə köçür və orada öz həyat yoldaşı Kerolin Kavalero ilə birlikdə işləməyə başlayır.[3] O, 1992-ci ildən Los-Ancelesdə yaşayır və işləyir.[3]
Birinci Çeçen-Rus Müharibəsi barədə çəkdiyi "Qafqaz əsiri" filmi 1997-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyası da daxil olmaqla beş nominasiyada "Nika" mükafatını əldə etmişdir.[6] Film bundan əlavə, "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.[1]
Sergey Bodrov bir neçə hekayə və felyetonlar toplusunun müəllifidir. 1991-ci ildə Fransada onun "Azadlıq = cənnət" adlı kitabı nəşr olunub.[3]
Oğlu — aktyor və kinorejissor Sergey Bodrov (1971–2002), rejissoru olduğu "Rabitəçi" filminin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub.[7][8][9]
Filmoqrafiya
redaktəİl | Filmin adı | Vəzifəsi | Qeydlər |
---|---|---|---|
1960 | İlk görüş | Aktyor | Epizodik rol |
1974 | Müharibə səsləri | Rejissor | Qısametrajlı film |
Fitil | Ssenarist | Kinojurnal № 139 | |
1978 | Boşboğaz | ||
1979 | Mənim Anfisam | ||
1981 | Mexanik Qavrilovun sevimli qadını | Ssenarist, aktyor | Matros rolunda |
1983 | Gənc insanlar | Ssenarist | |
Uzun süd yolu | |||
1984 | Ən vacib şəxs | ||
Otun içində şirin şirə | Rejissor, ssenarist | ||
Yurka — komandirin oğlu | Ssenarist | ||
1985 | Ərə getməyin, qızlar | ||
Yaşıl təpələrdəki evim | |||
Qeyri-peşəkarlar | Rejissor, ssenarist | ||
1986 | Bəyaz və çilli özgə | Aktyor | Epizod |
Mən sənə nifrət edirəm | Rejissor, ssenarist | Telefilm | |
1988 | Köməyə, qardaşlar! | Ssenarist | |
Fransız | |||
1989 | Dələduz | Rejissor, ssenarist | |
SER | |||
Dəli | Ssenarist | ||
…Və bütün məhəbbət | |||
Oğul | |||
1990 | San-Remodakı bizim adam | ||
1991 | Cənnət quşu | ||
1992 | Ağ kral, qırmızı kraliça | Rejissor, ssenarist | |
Mən mələkləri görmək istəyirdim | |||
1994 | Kimisə sevmək | Ssenarist, assosiativ prodüser | |
1995 | Gizli məktublar | Rejissor köməkçisi | |
1996 | Qafqaz əsiri | Rejissor, ssenarist, prodüser | |
1999 | Azad qaçan | Rejissor | |
Şərq-Qərb | Ssenarist | ||
2001 | Gəl bu işi tez görək | Rejissor, ssenarist, prodüser | |
Bacılar | Ssenarist | ||
2002 | Ayı öpüşü | Rejissor, ssenarist, prodüser | |
2004 | Şiza | Ssenarist, prodüser | |
2005 | Köçəri | Rejissor | |
2007 | Monqol | Rejissor, ssenarist, prodüser | |
Sərxoş dənizçi | Sənədli film | ||
2008 | Pullar | Ssenarist, prodüser | |
İnsan hüquqları haqqında tarixçələr | Rejissor, ssenarist, prodüser | Kinoalmanax ("Səs" bölümü) | |
Mustafa Şokay | Ssenarist | ||
Morfi | Aktyor | Epizod | |
2009 | 42. Təxəyyülün bir sıçrayışı | Rejissor | Kinoalmanax (1 novella) |
2010 | Yakudzanın qızı | Rejissor, ssenarist, prodüser | |
2014 | Yeddinci oğul | Rejissor | |
Dinləmə | Prodüser | Qısametrajlı film | |
Darxan | Sənədli film | ||
2015 | Kuboklar cəngavəri | Aktyor | Sergey rolunda |
2020 | Kalaşnikov | Ssenarist, prodüser | |
2022 | Sərbəst nəfəs alın | Rejissor, ssenarist | İstehsaldadır |
İstinadlar
redaktə- ↑ 1 2 "The 69th Academy Awards (1997) Nominees and Winners". oscars.org. 15 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2015.
- ↑ "Nominees & Winners for the 80th Academy Awards". Oscars.org. 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
- ↑ 1 2 3 4 5 6 7 "Сергей Бодров-старший. Биографическая справка". Ria.ru.
- ↑ Журнал "Крокодил", № 36, 1970 год
- ↑ БОДРОВ Сергей Владимирович Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с., 96 л. ил.
- ↑ "Лауреаты Национальной кинематографической премии «НИКА» за 1996 год". Kino-nika.com. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "Список погибших в Кармадонском ущелье — Прочее — Сергей Бодров-младший — Последний герой нашей эпохи". 2013-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ "10 лет кармадонской катастрофе: ученые спорят о том, что убило 125 человек, включая Бодрова-младшего". NEWSru.com. 2012-09-20. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
- ↑ "Collapse of the Kolka glacier". NASA Earth Observatory. 2008-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-19.