Seul Paytaxt Bolgesi - Wikipedia
Seul Paytaxt Bölgəsi(SCA), Sudoqvon (Koreya dili: 수도권; Hança: 首都圈; RR: Sudogwon) və ya Qyonqqi regionu (Koreya dili: 경기 지방; Hança: 京畿地方; RR: Gyeonggi Jibang) — Seul, İnçxon və Kyonqido daxil olan, Cənubi Koreyanın şimal-qərbində yerləşən bir metropoliten ərazisidir. 25 milyon əhalisi(2017-ci ilə görə) ilə dünyada 5-ci ən böyük metropoliten ərazisi yerini tutur. Sahəsi 11704km²(4519 kv mi)-dir. Cənubi Koreyanın mədəni, ticarət, maliyyə, sənaye və yaşayış mərkəzini təşkil edir. Ən böyük şəhəri təxminən 10 milyon əhalisi olan Seuldur, 2-ci yerdə isə 3 milyon əhalisi olan İnçxon.
Seul Paytaxt Bölgəsi | |
---|---|
37°34′00″ şm. e. 126°58′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 11704 km² |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiya və iqlim
redaktəPaytaxt Bölgəsi Han çayı vadisində bir düzənliyi tutur. Koreya yarımadasındakı ən məhsuldar torpaqlardan bəzilərini ehtiva edir, halbuki nisbətən az hissəsi kənd təsərrüfatı üçün istifadə olunur. Qimpo beynəlxalq hava limanı, ölkənin daha böyük əkin sahələrindən biri, Qimpo və Buçxon şəhərlərinin çox hissəsini təşkil edir.