Sev Ve Inan Kitab - Wikipedia
Sev və inan — Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətlərinin yer aldığı, ümumilikdə 3-cü kitabı.
Sev və inan | |
---|---|
| |
Müəllif | Ceylan Mumoğlu |
Mövzu | Şəxsi inkişaf və motivasiya |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2018 |
Nəşriyyat | XAN |
Səhifə | 100 |
ISBN | 9080224093201 |
Elektron versiya |
Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb.
Kitab 2020-ci ildə "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının elan etdiyi yay oxu marafonunun oxunacaq kitablar siyahısında yer alıb.[1]
Məzmun
redaktəKitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu "sevgi" və "inam" kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub.
Satış
redaktə"Kitabevim.az" kitab mağazaları şəbəkəsində Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2019-cu ilin may ayı ərzində ən çox satılan 15 yerli müəllifin kitablarının siyahısında 12-ci olub.[2]
İstinadlar
redaktə- ↑ "Nəşriyyat oxu marafonu elan etdi: Kitab oxu, 1000 manat qazan". 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
- ↑ "Ən çox satılan kitabların siyahısı açıqlandı". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
Xarici keçidlər
redaktə- Ceylan Mumoğlunun rəsmi saytında Sev və İnan Arxivləşdirilib 2019-12-17 at the Wayback Machine (az.)
- Google Books-da Sev və inan
- Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.