Seyval - Wikipedia
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur.
Seyval | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Seyval |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xüsusiyyətləri
redaktəBel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir.
Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir.
Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir.
Boğazlıq dövrü 10,5–12 aydır.
Cütləşmə dövrü aprel-avqust aylarına təsadüf edir. Seyvallar 300 metr fərinliyə üzə bilirlər və su altında 20 dəqiqə qala bilirlər. Onların sürəti 25 km/s təşkil edir. Dünyanın bütün okeanlarında yaşayırlar. Əsasən suyun temperaturu 8–25° S olan ərazilərdə üzürlər. Sahildən bir qədər aralıda, açıq dənizdə yaşayırlar.
Təsərrüfat əhəmiyyəti
redaktəGöy balina və Finval ovunun kəskin azalmasından sonra əsas təsərrüfatına çevrilmişdir. 1986-cı ildən ovuna qadağa qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
Ədəbiyyat
redaktə- Вюрц М., Репето Н. Дельфины и киты. — М.: АСТ, 2003. — 168 с. — ISBN 88-8095-967-0.
Mənbə
redaktə- Seyval Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine
- The IUCN Red List of Threatened Species: Balaenoptera borealis Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine