Shenyang J 11 - Wikipedia
Shenyang J 11 - Wikipedia - Haqqında Məlumat
Shenyang J-11 (çin: 歼-11) NATO kod adı Flanker B+ olan Sovet istehsalı Su-27 qırıcısının əsasında yaradılmış tək oturacaqlı, iki mühərrikli döyüş təyyarəsidir. İstehsalı Çin Xalq Respublikasının Şenyan Aviasiya Korporasiyası tərəfindən həyata keçirilir. Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri bu təyyarənin yeganə istifadəçisidir.
Shenyang J-11 | |
---|---|
Tipi | Qırıcı |
İstehsalçı | Şenyan Aviasiya Korporasiyası |
İlk uçuş | 1998 |
İstismara verilmə tarixi | 1998 |
İstimarının bitmə tarixi | davam edir |
İstismarçılar | Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1998 - davam edir |
Buraxılış sayı | 253+[1][2] |
Vahidinin qiyməti | 30 milyon ABŞ dolları |
Baza modeli | Suxoy Su-27 |
Vikianbarda əlaqəli mediafayllar |
Variantları
redaktə- J-11A: İndiyə qədər 104 ədəd istehsal olunmuşdur. İstehsalının sonrakı illərində raket xəbərdarlıq sistemi ilə təchiz olunmuşdur. Rəsmən təsdiq olunmayan modernizasiya əməliyyatlarına təyyarənin kokpitinin, həmçinin R-17 və PL-10 raketləri üçün atəşi idarəetmə sistemlərinin inkişaf etdirilməsi daxildir.[3] Bu variantın digər adı J-11-dir.[4]
- J-11B: Çin istehsalı texnologiyalarla təchiz olunmuş yerli istehsal olan bu döyüş təyyarəsi WS-10A mühərriklərinə sahib olan ilk J-11 variantıdır.[5] Kompozitlərdən daha çox istifadə olunması səbəbilə təyyarənin gövdə hissəsi nisbətən yüngüldür.[6] Yeni avionika, şüşə kokpit, raket xəbərdarlıq sistemi və oksigen generator sistemi ilə təchiz olunmuşdur.[7] Gələcəkdə AESA radarla təchiz olunması planlaşdırılır.
- J-11BS: J-11B-nin iki oturacaqlı variantıdır. 2012-ci ildə aktiv istifadə olunan J-11B və J-11BS variantlarının ümumi sayı 120-dən çox idi.[8]
- J-11BH: J-11B-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır.[9] İlk dəfə 2010-cu ilin may ayında ictimaiyyətə təqdim olunmuşdur.[6][10]
- J-11BSH: J-11BS-nin Hərbi Dəniz qüvvələri üçün nəzərdə tutulmuş variantıdır.[9]
- J-15: J-11B-nin əsasında yaradılmış aviadaşıyıcılar üçün nəzərdə tutulmuş variantdır. Prototipi 2001-ci ildə Ukraynadan satın alınmış Su-33 təyyarəsinin əsasında yaradılmışdır.[11] J-11B variantında olan avionikadan burada da istifadə olunur.
- J-16: 2000-ci ildə Rusiyadan satın alınmış Su-30MKK döyüş təyyarəsinin əsasında istehsal olunmuş iki oturacaqlı variantdır.[12] J-11BS-nin başqa bir variantı olduğu açıqlanmışdır.[13][14]
- J-11D: Əvvəlki variantlara nisbətən daha ağır hava-hava tipi raketlərdən atəş açmaq qabiliyyətinə malikdir. Təsdiq olunmayan məlumatlara əsasən bu variant inkişaf etdirilmiş REM (radioelektron mübarizə) sisteminə və modernizasiya olunmuş WS-10A mühərrikinə sahibdir.[15]
İstifadəçilər
redaktə- Hərbi Hava Qüvvələri: 95 ədəd J-11A, 110-dan çox J-11B və J-11BS
- Hərbi Dəniz Qüvvələri: 48 ədəd J-11B VƏ J-11BS
Taktiki-texniki xüsusiyyətləri
redaktəÜmumi parametrlər
redaktə- Heyət: 1
- Uzunluğu: 21.9 m
- Qanad qolayı: 14.7 m
- Hündürlük: 5.92 m
- Qanadının sahəsi: 62.04 m²
- Boş çəki: 16,380 kq[16]
- Yüklü çəki: 23,926 kq
- Maksimal qalxma çəkisi: 33,000 kq
- Yanacaq tutumu: 9,400 kq[17]
- Güc təminatçısı: 2 × Lyulka AL-31F və ya Woshan WS-10A "Taihang" mühərrikləri
Uçuş keyfiyyətləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ International Institute for Strategic Studies: The Military Balance 2014, p.236
- ↑ International Institute for Strategic Studies: The Military Balance 2014, p.235
- ↑ Fisher, Richard D., jr. "Images suggest upgrades to China's early series J-11s". IHS Jane's 360. 11 March 2015. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ Wong, Kelvin. "Airshow China 2014: AVIC unveils FC-31 export fighter concept". IHS Jane's 360. 12 noyabr 2014. 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ Fisher, Richard D. Jr. "China showcases new weapon systems at 3 September parade". IHS Jane's 360. 4 sentyabr 2015. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ 1 2 Parsons, Ted. "Chinese naval J-11s spotted in the open". IHS Jane's 360. 10 may 2010. 12 May 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ Kopp, Carlo. "Shenyang J-11B/BH/BS/BSH Flanker B/C+". ausairpower.net. 27 yanvar 2014. 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ Richard D. Fisher, Jr. "China Modernizes Air Force On Dual Tracks". Aviation Week & Space Technology. 19 mart 2012. 2013-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ 1 2 Yeo, Mike. "PLAN holds snap drills in South China Sea". IHS Jane's 360. 2 noyabr 2015. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
- ↑ Fulghum, David A. "New Chinese Ship-Based Heavy Fighter Readied For Flight Tests". Aviation Week Network. 27 aprel 2011. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Chinese Counterfeiters Nail Another Russian Jet Fighter". strategypage.com. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ John Pike. "J-16 (Jianjiji-16 Fighter aircraft 16) / F-16". 2011-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
- ↑ Fisher, Richard D., jr. "Images show J-11D variant with possible new radar". IHS Jane's 360. 5 may 2015. 20 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Sukhoi Su-27 Flanker Specifications". Sinodefence.com. 2010-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Sukhoi Company (JSC) – Airplanes – Military Aircraft – Su-27SÊ – Aircraft performance". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
- ↑ "Sukhoi Su-27 Flanker". Fighter-planes.com. 2011-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
Xarici keçidlər
redaktəVikianbarda Shenyang J-11 ilə əlaqəli mediafayllar var.
- J-11 fighter, Chinese PLAAF Arxivləşdirilib 2011-09-09 at the Wayback Machine
- A Flanker by any other name Arxivləşdirilib 2012-07-04 at the Wayback Machine by Bai Wei Air Forces Monthly, May 2012