Sibirde Narinci Qar 2007 - Wikipedia
Sibirdə narıncı qar – 2007-ci ilin fevralında Rusiyada baş vermiş anomal hadisə. 31 yanvar 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətindəki 1500 km2 əraziyə narıncı qar yağmışdır. Narıncı qar Tomsk və Tümen vilayətlərində də müşahidə olunmuşdur. Narıncı qarın yağmasına səbəb olan hadisə naməlumdur. Bir versiyaya görə buna səbəb Qazaxıstanda baş vermiş fırtınanın gətirdiyi çirkli maddələrdir.[1]
Təsvir
redaktəNarıncı qar pis qoxulu, yağlı idi və normal səviyyədən 4 dəfə çox dəmir saxlayırdı. Qarın böyük qismi narıncı olsa da, qırmızı və sarı qar da müşahidə olunmuşdur. Qarın yağdığı ərazidə 27 min nəfər yaşayırdı. İlk öncə narıncı qarın sənayə çirklənməsi, raket gündərilməsi və ya nüvə qəzası ilə əlaqədar olaraq yağdığı güman olunurdu. Lakin daha sonra narıncı qarın toksik olmadığı müəyyən edilmiş, lakin insanlara həmin qardan istifadə etməmək tövsiyə olunmuşdur.[2] Rəngli qar Rusiyada çox nadir müşahidə olunsa da, qara,[3] göy, yaşıl və qırmızı rəngli qarın yağması halları yaşanmışdır.[4]
Səbəb
redaktəNarıncı qarın səbəbi dəqiq bilinməsə də, Qazaxıstandakı qum fırtısının səbəbkar olduğu güman olunur. Qar üzəridə aparılmış testlər zamanı Rusiyaya yuxarı stratosfer qatından daxil olmuş qum və gil hissəcikləri tapılmışdır.[3] Narıncı qarın Baykonur kosmodromundan göndərilən raket səbəbi ilə yağdığı iddia edilsə də, bu iddia təkzib edilmişdir.[5]
Rusiyada ətraf mühit mühafizəçiləri isə narıncı qarın sənayə çirklənməsi və metallurgiya artıqları səbəbi ilə yağdığını iddia etmişdilər.[3] Narıncı qarda normal səviyyədən 4 dəfə çox nitrat, turşu və dəmir tapılmışdır. Lakin səbəbkarın yerini müəyyən etmək qeyri-mümkündür, çünki ərazidə bir çox sənaye müəssisəsi yerləşir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Harding, Luke. "Orange snow causes concern in Siberia". The Guardian. 2 February 2007. 12 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ "Russia probes smelly orange snow". BBC. 2 February 2007. 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ 1 2 3 4 Blomfield, Adrian. "'Putrid' orange snow falls in Siberia". The Telegraph. 3 February 2007. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ "ZetaTalk Chat Q&A for February 21, 2015". Zetatalk. 21 February 2015. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ "Soyuz rocket missions in 2007". Russian Space Web. 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
2007 Jan. 18: Russia launched its first space mission of 2007, sending a 7,290-kilogram cargo ship toward the International Space Station, ISS. The Soyuz U rocket, carrying the Progress M-59 spacecraft, lifted off from Site-1 in Baikonur Cosmodrome on January 18, 2007, at 05:12:13 Moscow Time (02:12 UTC; 09:12 p.m. EST on Jan 17)