Sibuyan Adasi - Wikipedia
Romblon adası (ing. Sibuyan Island) — Sibuyan dənizində yerləşən ada. İnzibati baxımınddan Filippinin Romblom vilayətinə daxildir. Sahəsinə görə ölkənin 23-cü ən böyük adasıdır. Ada sahəsinin 140 km² meşələr əhatə edir. Bu ümumilikdə Sibuyan adası ərazisinin 33% -ni təşkil edir. Əsasən mərkəzi və şimalındakı bu meşələri qorumaq məqsədilə Guardian-guiting Milli Parkı təşkil olunmuşdur. Parkın ərazisi 157 km²-dir.
Sibuyan adası | |
---|---|
ing. Sibuyan Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 465 km² |
Uzunluğu |
|
Eni | 20 km |
Hündür nöqtəsi | 2058 m |
Əhalisi | 59.274 nəfər (2015-ci il) |
Yerləşməsi | |
12°25′00″ şm. e. 122°35′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya, təsvir və tarix
redaktəSibuyan adası dairəvi formaya malikdir. Onun ölçüləri: 29 x 17 km. Sahəsi 465 km²-dir[1]. Ən hündür zirvəsi Quitinq-Quitinq dağıdır. Dağın tərcümədə mənası mişardiş dağıdır. Zirvə dəniz səviyyəsindən 2058 m hündürlükdə yerləşir[2]. Dünyada hündürlüyünə görə adalar arasında 73-cüq yerdədir. 2015-ci il məlumatına görə adada 59 274 nəfər yaşayır. Sibuyanda üç iri yaşayıəş məntəqəsi vardır: San Fernando (2010-cu il siyahıya alınmasına görə 22 466 nəfər), Kajidiokan (21 198 nəfər) və Maqdivanq (13 584).
Adanın mərkəzi hissəsini təbiət parkı tutur. Parkın ümumi sahəsi 157 km²[3]-dir.
Yaxınlığında yerləşən adalar: Romblon adası ondan 12 km şimal-qərbdə, Tablas 35 km qərbdə, Mastabe adası isə 61 km şərqdə yerləşir. Romblon adasından eyni adlı boğazla ayrılır. Adadan cənubda kiçik Krista de Qallo adası vardır. Ada bütünlüklə Sibuyan dənizi ilə əhatələnmişdir.
21 iyun 2008-ci ildə ada yaxınlığılnda «Ulduzlar şahzadəsi» adlı bərə qəzaya uğramışdır. Nəticədə 800 nəfər sərnişin ölmüş və ya itkin düşmüşdür[4].
Fauna, flora və ekologiya
redaktəSibuyan adası hər zaman sanki dünyadan təcrid olunmuş vəziyyətdə olmuşdur. Filippinin heç bir ərazisi ilə eyni xüsusiyyətləri paylaşmamışdır. Bu özəllikləri səbəbindən Sibuyanı «Asiya Qalapaqosu». Ada ərazisinin üçdə birini əl dəyilməmiş meşələr tutur. Botaniklərin tətqiqatlarına görə meşənin hər hektarına 1551 ağac düşür. Burada 123 növ müşahidə edilir. Onlardan 54 növü Sibuyanın endemik növüdür. Adada ümumilikdə 700 növ borulu bitkiyə rastlanılır. Burada 131 növ quşa rast gəlinir. 10 növ isə iriqanadlılar yarımdəstəsinə[5] aiddir.
Adadan axan çaylar, qollar və bulaqlar şirin su mənbəyidir. Bir başa istifadə edilir[6]. yerli əhali bunfdan məmundur və təbiətin bu cür qalmasının tərədarıdırlar. Bu səbəblə 2006-cı ildə təbiətqoruma təşkilatını qurmuşlar (ing.)[7].
-
Sibuyan adası
-
Nepenthes sibuyanensis — Sibuyan endemiki
İstinadlar
redaktə- ↑ Sibuyan Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine (ing.)
- ↑ Mt. Guiting-Guiting (2,058+) Arxivləşdirilib 2016-07-04 at the Wayback Machine (ing.)
- ↑ Mount Guiting-Guiting Natural Park Arxivləşdirilib 2016-09-18 at the Wayback Machine (ing.)
- ↑ Gesunkene Fähre hatte tonnenweise Gift geladen Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine (alm.)
- ↑ Sibuyan adası Arxivləşdirilib 2016-09-19 at the Wayback Machine (rus.)
- ↑ Towards sustainable forest management and poverty alleviation in the Philippines Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ing.)
- ↑ Mining in the Philippines. Concerns and conflicts Arxivləşdirilib 2018-01-30 at the Wayback Machine (ing.) на сайте iucn.org, июль—август 2006
Mənbə
redaktə- Adanın rəsmi saytı (ing.)