Sidiklik - Wikipedia
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyası daşıyır və sidiyin toplanmasını təmin edir. Kiçik çanaqda kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında, qadınlarda isə qasıq bitişməsi ilə uşaqlıq (anatomiya) və uşaqlıq yolunun arasında yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı və arxaya baxan dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki-ön və arxa səthi, iki- sağ və sol kənarı vardır. Ön səthi qasıq birləşməsinə və arxa səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır. Sidikliyin dibi konus şəklində daralır və sidiklik boynu — lat. cervix vesicae adlanır. Buradan sidik kanalının daxili dəliyi -lat. ostium urethrae internum başlayır. Sidikliyin hündürlüyü 13-15 sm və ən böyük köndələn diametri 10-11sm-ə bərabərdir; tutumu kişilərdə 750 sm³ və qadınlarda 650 sm³, bəzi şəxslərdə bir litrə qədər olur; patoloji hallarda isə daha da artıqdır. Kişilərdə sidiklik armud formasında olur. Qadınlarda isə sidiklik dal tərəfdən uşaqlıqla basıldığı üçün yastılaşır, eni kişilərinkindən bir qədər artıq olur, yan tərəflərində lat. recessus lateralis adlanan ciblər əmələ gəlir.
Sidiklik | |
---|---|
| |
Latınca | Vesica urinaria |
Yunanca | Cystis |
Qrey | subyekt 28 1227 |
Sistem | İfrazat |
Vena |
lat. plexus venosus vesiculis lat. venae vesicales |
Sinir | lat. plexus vesicalis inferior |
Limfa | qalça limfa düyünləri |
Embrional | Urogenital sinus |
MeSH | Bladder |
Dorlands/Elsevier | Urinary bladder |
Vikianbarda əlaqəli mediafayllar |
Peritona münasibəti
redaktəSidiklik boş olduqda yalnız arxa səthi peritonla örtüldüyü üçün ekstraperitoneal orqanlardan hesab olunur. Sidiklik dolu olduqda onun zirvəsi qasıq bitişməsindən 4-5 sm yuxarı qalxır, özü ilə bərabər peritonu qaldırır. Nəticədə sidiklik arxa və yan tərəfdən peritonla örtülür və mezoperitoneal vəziyyət alır.
Divarının quruluşu
redaktəSidikliyin divarı selikli qişa (lat. tunica mucosa), selikaltı əsas (qat) (lat. tela submucosa), əzələ qişası (lat. tunica muscularis), adventisiya (lat. adventicia) və arxa səthində seroz qişadan (lat. tunica serosa) təşkil olunmuşdur.
Selikli qişa
redaktəKeçid epiteli və xüsusi səhifədən ibarətdir. Bu qişada keçid epitellə örtülmüş çox sayda büküşlər, az sayda selikli qişa vəziləri və limfa follikulları yerləşir. Sidiklik boş olduqda selikli qişa büküşləri sıx və qalın olur. Sidiklik dolduqda isə divarları naziləşir və selikli qişa büküşləri hamarlaşır. Lakin sidikliyin dibinin arxa divarı (sidik axarlarının sidik kisəsinə açılan yerləri və sidik kanalının çıxdığı nahiyə arasında) selikaltı qişadan məhrum olduğu üçün selikli qişada büküşlər yoxdur. Burada selikli qişa birbaşa əzələ qişasına birləşir. Bu sahə əsası yuxarı, zirvəsi aşağı baxan üçbucağa oxşayır və sidiklik (Lietto) üçbucağı adlanır. Sidiklik üçbucağının - lat. trigonum vesicae, əsasında sidik axarlarının sidikliyə açılan dəlikləri, zirvəsində isə sidik kanalının daxili dəliyi yerləşir. Məhz bu sahədə selikli qişanın xüsusi səhifəsində sidik axarlarında olan vəzilərə bənzər vəzilər yerləşir.
Selikaltı əsas
redaktəKövşək birləşdirici toxumadan ibarət olub əzələ qişası ilə hüdudlanır. Bu qişanın əzələ səhifəsi olmadığından selikli qişa ilə selikaltı əsas arasında aydın görünən sərhəd yoxdur.
Əzələ qişası
redaktəKəskin sərhədləri olmayan, spiral şəkildə istiqamətlənmiş, nisbətən çarpazlaşan saya əzələ dəstələrindən təşkil olunmuş üç qatdan (xarici və daxili boylama, orta həlqəvi qatlar) ibarətdir. Saya əzələ hücerələri çox vaxt iyvari, şaxələnmiş formada olur. Birləşdirici toxuma arakəsmələri əzələ qişasının qatları və əzələ dəstələri arasında yerləşərək onları ayırır. Sidik kanalı başlanan yerində əzələ qişasının orta-sirkulyar qatı sfinkter- sidikliyi büzən əzələ(lat. m.sphincter vesicae) əmələ gətirir. Sidikliyin əzələ qişası tam yığıldıqda sidiyi sidiklikdən çıxarı, ona görə onlara sidik qovucu əzələ-lat. m.detrusor urinae, deyilir.
Xarici qişa
redaktəBu qişa üst-arxa və hissəvi olaraq yan tərəflərində seroz qişadan ibarətdir. Sidik kisəsinin qalan hissələri adventisiya qişası ilə örtülmüşdür.
Yaş və fərdi xüsusiyyətləri
redaktəYenidoğulmuşlarda və südəmərlərdə sidiklik iyəbənzər formada olur. Uşaqlarda isə əvvəlcə armudabənzər, sonra yumurta şəklində olur. Yenidoğulmuşlarda sidikliyin tutumu 50-80 ml-dir. 5 yaşlı uşaqlarda 180 ml-ə, 12 yaşda 250 ml-ə çatır. Sidiklik yenidoğulmuşlarda və erkən uşaqlıq dövründə qarın boşluğunda yerləşir. Bu yaş dövründə onu qarın boşluğu orqanlarından hesab etmək olur. Çanaq inkişaf etdikcə, kiçik çanaq dərinləşir, nəticədə sidiklik tədricən aşağı enir. Sidikliyin tam şəkildə kiçik çanaq boşluğuna enməsi yeniyetmə dövrünə təsadüf edir. Yenidoğulmuşlarda sidikliyin dibi olmur. Sidik kanalı kisənin ən dərin hissəsindən başlayır. Yaşa dolduqca sidikliyin dibi formalaşır və sidik kanalının daxili dəliyi ondan uzaqlaşır.
Vaskulyarizasiyası və innervasiyası
redaktəMənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |