Sind Sahligi - Wikipedia
Sind şahlığı — "Mahabharata" və "Harivamsa-Purana" epik kitabında xatırlanan qədim hind şahlığı.[1]
Haqqında
redaktəSind şahlığı müasir Pakistan ərazisində, qədim Hindistanda Sind (Hind) çayın sahilləri boyu ərazidə yerləşirdi. Hesab edilir ki, Sind şahlığının əsası Vrsadarbh tərəfindən qoyulmuşdu.
O Sivi oğullarından biri idi. Mirçandaninın müəllifi olduğu "Qədim Sind düşüncələri"nə əsasən, sonralar Sind kimi tanınan Tulsianis yerdə, indiki Mithankot şəhərinin ərazisində (cənubi Pəncabda) yerləşirdi. Şahlığın sakinləri sindus və ya sindxavami adlandırılırdı. "Sindhu" hərfən "dəniz" mənasını bildirir. "Mahabharata" epik kitabına əsasən, Cayadratha (Duryodhananın bacısının əri) Sindus Suviras və Sivis şahı idi. Ehtimal ki, Sauvira və Sivi sindhu şahlığına yaxın iki şahlıq idi və Cayadrata onları bir müddət işğal etməyə müyəssər olmuşdu. Sindhu və Sauvira, görünür, bir-biri ilə vuruşan iki vuruşan dövlət idilər.[1]
Adın mənası
redaktə"Sindhu" hərfən "dəniz" mənasını verir. Hal-hazırda da belə qəbul edilir ki, Veda sanskritində danışan (deyən) qədim arilər Afrikanın, Ərəbistanın və İranın dəniz sahilləri boyunca miqrasiya etmək təcrübəsinə malik idilər və, beləliklə, onlar dəniz konsepsiyasıyla tanış idilər. "Sindhu" adı ilk dəfə bu dənizi göstərmək üçün istifadə edilmişdi. Maraqlıdır ki, sonralar Ərəb dənizi adı ilə tanınan dəniz əvvəllər sindu Saqara adlanmışdı. Beləliklə, əvvəlcə "dəniz" mənasını verən Sindhu sözü dəniz kimi görünən böyük çayın adına da verilmişdir.[1]
Mahabharata dastanında Sind şahlığı
redaktəSindhu (bxodji, sindhu, pulindaki) Bxarata Varşanın ayrı şahlığı kimi xatırlanır (6: 9). Kasmiras, Sindhu Sauviralar, Qandharalar və ya Qandharva Bxarata Varşa şahlığı kimi xatırlanır (6: 9). Sindhu və Sauvira çox yerlərdə birləşdirilmiş ölkə kimi xatırlanır (5:19), (6:51), (6:56), (7: 107), (8:40) və (11:22).[1][2]
Mədəni yaxınlıq
redaktəMədəniyyət nöqteyi-nəzərindən, Sind şahlığı Mədrəsə bənzər kimi xatırlanırdı, Karnaya əsasən "Prastalas, Mədrəs, Qandhara, Aratta, onlar, kimi Xasalar, Vasatilər, Sindhular və Sauviralar adlandırır, öz davranışlarına görə günahkar kimi xatırlanırdılar (8:44) "Həmişə Vahikasdan çəkinmək lazımdır, yaxşılıq hüdudundan kənar olan o çirkli insanlar, Himavata və Qanqdan, Sarasvati və Yamunadan, Kurukşetra və Sindhudan, onun beş çay hövzəsindən uzaqda yaşayırdılar" (8:44)[1]
Hərbi vərdişlər
redaktəQandxaralar, Sindhular və Sauviralar nizələrlə daha yaxşı vuruşurdular. Onlar cəsur və böyük gücə sahib idilər. Onların orduları bütün güclərə qalib gəlmək bacarığına sahib idi. Usinarlar böyük güc və hər növ silah sahibi idilər. Şərq sakinləri hərbi fillərin kürəyində döyüşə bilir və qorxusuz mübarizənin bütün üsullarına bələd idilər. Cənublular əldə qılınc vuruşa bilirdilər" (12:100)[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "From Sindhu To Hindu". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
- ↑ 1 2 "Ganguli, Kisari Mohan, translator (1896). The Mahabharata of Krishna-Dwaipayana Vyasa. Kolkata: Pratap Chandra Roy. Retrieved 15 September 2015. (Krishna-Dwaipayana Vyasa)". 27 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2019.