Sind Milliyyetciliyi - Wikipedia
Sind millətçiliyi - Sind Millətçilik hərəkatı kimi də tanınır (Sind dilində: سنڌي قومپرستي يا سنڌي قومي تحريڪ). Bu hərəkat başlanğıcını 1950-ci illərdən götürür. 1971-ci ildə Banqladeş müstəqilliyini əldə etdikdən sonra Qulam Murtaza Şah Syed millətçiliyə yeni istiqamət verdi və 1972-ci ildə "Jeay Sindh Mahaz"-ın əsasını qoydu.[1][1] O, Sindudeş ideyasını təqdim edirdi. Bu ideya sindlilər üçün ayrıca vətən, yəni müstəqillik tələb edirdi. Qulam Murtaza Şah Syed müasir Sind millətçiliyinin banisi hesab olunur.[2]
Millətçilik hərəkatı
redaktəSindin ümumi müstəqilliyi
redaktəSind millətçilik hərəkatının tələbləri içərisində geniş mədəni, iqtisadi və siyasi hüquqlardan siyasi muxtariyyətə və Pakistandan birbaşa ayrılmağa, Sindudeş adlanan müstəqil dövlət yaratmağa qədər tələblər var idi. Bu tələblər 1972-ci ildə Qulam Murtaza Şah Syed tərəfindən irəli sürülmüşdür ki, Sind separatçı qüvvələrinə Pakistandan Sindin ayrılmasına dəstək olsun.[3] 1972-ci ildə Sind millətçiliyinin banisi Qulam Murtaza Şah Syed "Jeay Sindh Mahaz (JSM)" təşkilatının əsasını qoydu. Sonradan JSM bir çox qollara ayrıldı. Əsasən Qulam Murtaza Şah Syedin də təklif etdiyi kimi sind millətçiliyinin müxtəlif siyasi analoqlardan əsasən ikisi - JSQM və JSMM siyasi mübarizəyə,[1] sind millətçilərinin bir digər fraksiyası olan və qara siyahıya daxil edilən Sindudeşin Azadlıq Ordusu terror təşkilatı isə Sindin Pakistandan tam azad edilməsi və Sindudeşin yaradılmasında silahlı mübarizəyə inanır. [4]
1940-cı il bəyannaməsinə görə Sind üçün hüquqlar
redaktəSind əyalətində bir çox millətçi partiyalar, separatçı millətçi partiyalar istisna olmaqla sind xalqının hüquqlarının 1940-cı il Lahor qətnaməsinə müvafiq olaraq Pakistan çərçivəsində həllini tələb edir.[5] Bu qətnamə 1940-cı ilin 23 martında “Britaniya Hindistanının Müsəlman Liqasının” 27-ci sessiyası zamanı qəbul edilib. Sonradan Hindistan milli konqresi bu sənədi rədd etsə də, bu sənədlə Pakistan müstəqillik yolunda ilk tutarlı addımı atıb. Qətnamə Britaniya Hindistanının süqutuna səbəb olub. Lahor qətnaməsinin qəbulu günü Pakistanda milli bayram kimi qeyd olunur.
Bu qətnaməni əsas tutaraq çıxış edən əsas tərəfləri Rəsul Buksom Palionun rəhbərliyi altında əvvəllər G.M.Sayedlə birgə işləmiş, Sayedin sindlilər üçün ayrıca vətən tələb etməsinə görə ondan ayrılan Avami Texrik, Sind Birləşmiş partiyalarına rəhbərlik edən Sayedin nəvəsi Sayed Cəlal Mehmud Şah və Qadir Maqsi rəhbərliyi altında Sinda Taraki Pasandi partiyası təşkil edir. [6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 ""Analysis: Sindhi nationalists stand divided". DAWN.COM. 4 December 2014. Retrieved 9 February 2017". 11 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ ""Making of the Sindhi identity: From Shah Latif to GM Syed to Bhutto". DAWN.COM. 10 September 2015. Retrieved 9 February 2017". 13 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ ""Analysis: Sindhi nationalists stand divided". DAWN.COM. 4 December 2014. Retrieved 9 February2017". 11 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ ""Baloch rebels inspire separatists in Sindh". www.thefridaytimes.com. Retrieved 10 February 2017". 3 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ ""Magsi demands equal rights for Sindh". www.thenews.com.pk. Retrieved 9 February 2017". 9 July 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ ""Analysis: Sindhi nationalists stand divided". DAWN.COM. 4 December 2014. Retrieved 9 February2017". 17 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.