Sinesteziya - Wikipedia
Sinesteziya - Wikipedia - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sinesteziya — iki və daha artıq müxtəlif fiziki sahəyə məxsus qavrayışın birləşməsi, misalçün rəng və temperatur. Hər hansı hissiyyat orqanında alınan qıcıq vasitəsilə əmələ gələn refleksin həmin refleksə cavabdeh olan beyin arealı ilə birlikdə başqa bir hissiyyat orqanına məxsus beyin arealında da qavrama prosesinin getməsidir. Alınan qıcıqları birləşmiş şəkildə qavrayan insanlar sinestetiklər adlanır.
Etimologiya
redaktəYunanca syn (birlikdə) və aisthesis (hiss) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaranan synaisthesia sözü "birləşmiş hissetmə" olaraq tərcümə edilə bilər. Mənbə olaraq "hisssizlik, hissiyyat əskikliyi" mənasını verən anesthesia (anesteziya) sözü ilə eyni kökə mənsubdur.