Sinuziya - Wikipedia
Sinuziya (yun. synusia — birlikdə mövcudluq, cəmiyyət) — eyni bir ekobiomorfa aid olan növlərin biosenozda olan populyasiyaların məcmusu. Sinuziya məkanca və ekoloji cəhətdən fitosenozun ayrılmış (xüsusi) bir hissəsidir. Yalnız bir populyasiyadan və ya bir neçə populyasiyadan (məs. efemerlərin sinuziyası) ibarət ola bilər. Başqa cür sinuziyalar da ayırırlar: epifit şibyələrin sinuziyası, soprofit bitkilərin sinuziyası, cücülərin və başqa heyvanların sinuziyası.[1]
Terminin tarixi
redaktəİlk dəfə sinuziya termininə 1917-ci ildə isveçrəli geobotanik E. Rubelyanın mühazirələrində, çap şəklində isə 1918-ci ildə avstriyalı geobotanik Heelmuta Qamsanın kitablarında rast gəlinir. Sonralar isə bu termin XX əsrdə eston geobotanik Teador Limpapanın əsərlərində tez-tez işlədilir.
Sinuziyalıq
redaktəBiosenoza daxil olan ayrı-ayrı növ populyasiyalarının sahədə "ləkə" halında və ya qırıq-qırıq (kəsikkəsik) yayılması.
İstinadlar
redaktə- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət. Bakı: 2008