Sirab Mineral Suyu - Wikipedia
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı.[1]
Tədqiqi
redaktəSirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir.
I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır.
Balneoloji tərkibi:
II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır.
Balneoloji tərkibi:
III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, mərgümüşlü, yüksək dərəcədə minerallaşmış, hidrokarbonatlı – xlorlu, natriumludur. Saxalindəki Sineqorsk və Culfadakı Darıdağ tipli sularla yaxındır.
Balneoloji tərkibi:
Sirab mineral su yatağının ehtiyatı 1966-cı ildə 1053 m³/gün təsdiq edilmişdir. Sudan mədə-bağırsaq, qaraciyər və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Qaynağı və tərkibi
redaktəSirab bulağı Naxçıvan şəhərinin 14,6 km şimal-şərqində, Sirab kəndi ərazisində, hündür dağların qoynunda, Kəlbəağıl vadisində 250 metr dərinlikdən qaynayır.
Təbii mineral suyun əsas komponentləri və onların konsentrasiyası aşağıdakı kimidir:
Mineral konsentrasiyası | ||
---|---|---|
Minerallar | Konsentrasiyası | |
mq/L | ||
Maqnezium | 37,9-56,9 | |
Kalsium | 214-320 | |
Natrium | 112-168 | |
Kalium | 5,90-8,86 | |
Sulfatlar | 146-218 | |
Hidrokarbonat | 852-1278 | |
Xloridlər | 23,3-35,0 |
Nailiyyətləri
redaktəSirab mineral suyu bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanıb. Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011" sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində Sirab mineral suyu Qızıl medala layiq görülmüşdür.
İxracat
redaktəSirab suyu Azəbaycanla yanaşı Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Ukrayna və Avropa İttifaqı üzvlərindən Litva bazarına ixrac edilir.
- ↑ "Sirab mineral su yatağı". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-22.