Siznek - Wikipedia
Siznək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd.[2]
Kənd | |
Siznək | |
---|---|
39°13′ şm. e. 46°28′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Zəngəzur mahalı]] |
Rayon | [[Qafan rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəRayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilində yerləşir.
Toponim Azərbaycan dilində «duman, çən» mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Sis sözü Siznək toponimində «siz» formasına düşmüşdür. s~z səs əvəzlənınəsi Azərbaycan dili üçün qanunauyğun haldır. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Əhalisi
redaktəKənddə 1897-ci ildə 179 nəfər, 1904 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır[3]. 1914-cü ildən azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur[4].
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz yurd-yuvasına dönə bilir. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər[3], 1959 - cu ildə 409 nəfər, 1979 - cu ildə 432 nəfər[5] azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrın sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olundular.
İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.154