Skapolit - Wikipedia
Skapolit (Na, Ca)4 (Cl, CO3) [Al (Si, Al) Si2O8]3 — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Skapolit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d] |
Sıxlıq | 2,655 ± 0,09 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Marialit (Ma) – Na8 [(Cl2, SO4, CO3) | (AlSi3O8)6] — meyonit (Me) – Ca8 [(Cl2, SO4, CO3)2 | (Al2Si2O8)6] izomorf sırasının dəyişkən tərkibli mineral növüdür.
Növ müxtəliflikləri
redaktəQlavkolit – skapolitin mavi və ya göyümtül-bənövşəyi, stroqanovit – bozumtul-yaşıl növ müxtəliflikləri.
Xassələri
redaktəRəng – ağ, boz, açıq-sarı, yaşılımtıl, bozumtul-yaşılımtıl, mavi, tünd-göy, yaxud qırmızı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; ayrılma müstəvilərində sədəfiyədək; Şəffaflıq – işıqkeçirən, tutqun, nadir hallarda – şəffaf; Sıxlıq – 2,60–2,75; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {100} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqlı; Morfologiya – kristallar: prizmatik kristallarının en kəsiyi, adətən, kvadrat formalı olur; Mineral aqreqatları: dənəvər, sıx, şüalı, lifli kütlələr, druzalar.
Mənşəyi və yayılması
redaktəƏn çox kontakt — metasomatik (skarnlar; dəmir filizi və şeelit yataqları) və metamorfik (mərmərlər, qneyslər, qranulitlər, şistlər, amfibolitlər) əmələgəlmələrdə yayılmışdır. Bəzən alp tipli damarlarda, peqmatitlərdə, habelə hidrotermal-dəyişilmiş əsasi süxurlarda, druzalar şəklində vulkanik süxur boşluqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, qranatlar, piroksenlər, kalsit, floqopit, epidot, apatit, daşkəsənit, vollastonit, maqnetit, kobaltin, şeelit və b. Mineralın tapıldığı yerlər: Madaqaskar adası; Tosatal (İtaliya); Tunaberq (İsveç); Parqas ad. (Finlandiya); Arendzal (Norveç); Pribaykalyedə Slyudyanka və Bıstraya çay hövzələri, Uralda İlmen dağları (Rusiya) və b. Azərbaycanda Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında qeyd edilir.
Tətbiqi
redaktəGözəl boyanmış növ müxtəliflikləri qiymətli zərgərlik daşıdır.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.