Slak Kakosyan - Wikipedia
Slak Kakosyan (erm. Սլակ_Կակոսյան; 25 yanvar 1936, İrəvan – 24 avqust 2005) — Ermənistan ilahiyyatçısı, keşişi, etanizm neopaqan hərəkatının lideri.[1][2]
Slak Kakosyan | |
---|---|
Doğum tarixi | 25 yanvar 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 24 avqust 2005 (69 yaşında) |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, keşiş |
Həyatı
redaktəSlak Kakosyan 25 yanvar 1936-cı ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun nəsli Taron vilayətindən Slkunyats sülaləsindən gəlirdi. Kakosyan 1961-ci ildə erməni dilinin saflığını qorumaq məqsədi daşıyan "Mesrop Maştots" tələbə təşkilatını yaratmışdır. 1964-cü ildə sovet hakimiyyəti onu Sibirə deportasiya etmişdir.[3] Kakosyan İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. O, uzun illər Qaxsu kəndində erməni dili və ədəbiyyatı müəllimi, sonra İrəvanın müxtəlif universitetlərində müəllim işləmişdir. Kakosyan 1979-cu ildə sovet davranışına tabe olmadığı üçün ölkədən deportasiya edilmiş və ABŞ-da köçmüşdür. Burada o, Qaregin Njdenin həyat və yaradıcılığını öyrənmiş və "tsağakronizm" ideologiyasını qəbul etmişdir. Kakosyan 1988-ci ildə Ermənistana qayıtmışdır. O, 1990-cı ildə "etanizm" erməni neopaqan hərəkatı üçün bir icma yaratmışdır. Bu icma elə həmin il dövlət qeydiyyatına alınmışdır. Kakosyanın əsas əsəri "Saziş kitabı"dır. O, 24 avqust 2005-ci ildə vəfat etmişdir.[4]
Əsərləri
redaktə- "Saziş kitabı"
- "Ararat mifologiyası"
- “Erməni dili parlamenti”
- "Nitq" və s.
İstinadlar
redaktə- ↑ Յուլյա Անտոնյան, «Արորդիների ուխտ»` նեոհեթանոսությունը Հայաստանում Arxiv surəti 30 mart 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine, Հայաստանի կրոնները՝ religions.am կայքից Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine
- ↑ Антонян Юлия Юрьевна, "ВОССОЗДАНИЕ" РЕЛИГИИ: НЕОЯЗЫЧЕСТВО В АРМЕНИИ, Laboratorium - Журнал социальных исследований № 1, 2010, стр.103–128. (rus.)
- ↑ "Սլակ (Էդվարդ) Կակոսյան". 2019-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
- ↑ Ուխտագիրք արորդյաց, Արորդիների ուխտ, Լուսակն, 2005, 528 էջ։
Անմիջական ընթերցման համար՝ Ուխտագիրք Arxivləşdirilib 2019-03-12 at the Wayback Machine։