Slavomir Ravic - Wikipedia
Slavomir Raviç (1 sentyabr 1915[1], Pinsk, Minsk quberniyası[d] – 5 aprel 2004[2][1][…], Nottinqem) Polşa ordusunun leytenantı, Polşanın Alman-Sovet qoşunları tərəfindən işğalından sonra Rusiya NKVD (Xalq Daxili İşlər Komissarlığı) tərəfindən həbs edilib. 1941-ci ildə o və digər 6 nəfər Sibirin QULAQ düşərgəsindən qaça bilmişdilər və onlar cənub istiqamətinə təxminən 6500 km məsafəni ayaqla qət edərək uzun səyahətlərinə başladılar. Onlar Gobi səhrasından, Tibet və Himalay dağlarından keçərək 1942-ci ilin qışında Britaniya Hindistanına çata bildilər. 2006-cı ildə BBC-nin Sovet mənbələrindən əldə etdiyi qeydlərə istinadən verdiyi məlumata görə, 1942-ci ildə SSRİ-də əfv olunan Polşalılar arasında Raviç də olmuşdur. O sonradan Xəzər dənizi üzərindən keçərək İranda qaçqınlar düşərgəsinə gəlib çatmışdır.
Slavomir Raviç | |
---|---|
Sławomir Rawicz | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1915[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 aprel 2004[2][1][…] (88 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Leytenant |
Döyüşlər | İkinci dünya müharibəsi |
2009-cu ilin mayında Birləşmiş Krallıqda yaşayan İkinci Dünya Müharibəsi veteranı polşa əsilli Vitold Qlinski, Raviçin başına gələn bu hadisələrin doğru olduğunu söyləmiş və bu hadisələrlə tək Raviçin deyil, özünün də üzləşdiyini vurğulamışdır. Qlinskinin iddiaları müxtəlif mənbələrdən sorğu-sual edilmişdir. Müharibə dövründə Hindistana göndərilmiş Britaniyalı kəşfiyyatçı Rubert Mayne, 1942-ci ildə Kəlkətədə özlərini Sibir düşərgələrindən qaçmış kimi qələmə verən 3 taqətdən düşmüş insandan müsahibə almışdı. Mayne həmişə “The Long Walk” (Uzun Yürüş) adı verilmiş bu hekayəyə inanmış, lakin 1 il sonra bu hekayəni danışan şəxslərin adını unutmuşdu.
Həyatı
redaktəSlawomir Raviç 1915-ci ildə Varşavada mülkədar ailəsində anadan olmuşdur. Özəl ibtidai təhsil alan Raviç daha sonra 1932-ci ildə memarlıq üzrə öz təhsilini davam etmişdir. Raviç 1937-ci ildə Polşa ordusuna qoşulmuş və yeniyetmə zabitlər məktəbinə daxil olmuşdu. 1939-cu ilin iyulunda o Vera adlı xanımla ailə həyatı qurdu.
Nasist Almaniyası və Sovet İttifaqının Polşanı məğlub etdiyi bir vaxtda Raviç öz vətəninə qayıtdı və burada 1939-cu ilin 19 noyabrında NKVD tərəfindən həbs edildi. O ilk öncə Minsk, sonra sorğu-sual üçün Xarkov, daha sonra isə Moskvada Lubyanka həbsxanasına göndərildi. O casusluqda günahlandırılırdı və etiraf etməsi üçün işgəncələr edilirdi. Raviç və onun kimi minlərlə insan casusluq adı ilə 25 il müddətinə Sibir həbsxana düşərgəsində ağır işlərdə işlədilmişdi. 2006-cı ildə tədqiqatçılar Raviçin Rus NKVD zabitini öldürmə və öz vətənini müdafiə etmə adı altında ittiham olunduğuna dair sənədləri ortaya çıxarmışlar.
Raviç ilə yanaşı minlərlə insan İrkutska göndərildi və Arktikanin 650 km cənubunda yerləşən 303 saylı Qulag düşərgəsinə gəldilər. Onun bu düşərgədə əsas vəzifəsi məhbuslar üçün barrakların tikilməsi, Rus ordusu üçün xizəklərin hazırlanması və düşərgə komendantının radiosunun təmiri və idarə edilməsi idi.
Sibirin QULAQ Düşərgəsindən qaçışı
redaktə“The Long Walk” (Uzun Yürüş) kitabında Raviç 1941-ci ilin çovğununda özünün və digər 6 yoldaşının düşərgədən cənub istiqamətə necə qaçdığını təsvir edir. Bu qaçaqlar dəstəsində 3 polşalı əsgər, 1 latviyalı mülkədar, 1 litvalı memar və “Cənab Smit” adlandırılan 1 amerikalı metro mühəndisi var idi. Onlar Sibirdən Hindistana getmək üçün Qobi səhrası və Himalay dağlarından keçməli oldular. Dəstənin dörd üzvündən ikisi Qobi səhrasında, digər ikisi isə Himalay dağında vəfat etdi.
“The Long Walk” kitabında 11 aylıq uzun və yorucu gəzintidən sonra sağ qalmış 4 nəfər 1942-ci ilin martında Britaniya Hindistanına gəlib çatması və burada Qurka patrulu ilə rastlaşması daha sonra həmin patrulun onları Kəlkətə şəhərindəki xəstəxanaların birinə aparması qeyd olunur. Cənab Smit öz gələcəyi haqqında Raviçdən soruşduqda o yenidən Polşa ordusuna qoşulacağını bildirir. Xəstəxanadan ayrılan kimi hərə öz yolu ilə gedir. Rusiya düşərgəsində üzləşdikləri işgəncələr onlarda daimi xəstəlik əmələ gətirmişdi.
II Dünya Müharibəsində fəaliyyətləri
redaktəRaviçin sözlərinə görə o, Hindistandan İraqa gəlir, daha sonra 1942-ci ilin 24 iyulunda Kerminidə yenidən Polşa ordusuna qoşulur. O, Polşa qoşunlarının tərkibində İraqa qayıdır və Fələstinə doğru hərəkət edir. O burada vaxtını sağalma prosesinə və hərbi məktəbdə təhsil almaqla keçirirdi. General Vladislav Anders ona Britaniyaya getməsini və Böyük Britaniyada Polşa Hava Qüvvələrində pilot kimi təlimlər almasını məsləhət görmüşdü.
Tarixi qeydlər
redaktəSovet qeydləri Polşa ordusunun əsgəri olmuş Raviçin həqiqətən SSRİ-də məhbusluq həyatı yaşamasını təsdiq etmiş, lakin onun hansı səbəbdən həbs olunması və həbsxananın dəqiq yeri ilə bağlı detallar “The Long Walk” kitabında yazılanlardan fərqlidir. Polşa Ordusunun qeydlərinə əsasən, Raviç kitabın əsas süjet xəttisinə zidd olan 1942-ci ildə İran gedə bilmək üçün SSRİ-ni tərk etdi. Sağlamlığı ilə əlaqəli məsələlərdən savayı, onun Fələstinə gəlməsi faktlarla təsdiq olunur. Hindistana qaçış hekayəsi də Raviçin özündən gəlir.
Müharibədən sonrakı illərdə Kəlkətədə kəşfiyyat şöbəsinin kapitanı olmuş Rupert Mayne, Sibir Qulag düşərgəsindən qaçan 3 çəlimsiz adamı sorğu-sual etmiş, ancaq Mayne onlardan birinin Raviç olub-olmamasını müəyyən edə bilməmişdi
Müharibədən sonra
redaktəMüharibədən sonra Raviç İngiltərənin Nottingem şəhərinin Sandiakre vilayətində məşkunlaşmış və Nottingem Dizayn Mərkəzində çalışmışdır. 1947-ci ildə Marjori Qreqory adlı xanımla ailə həyatı qurmuş və 5 uşaq sahibi olmuşdur. 1970-ci illərin əvvəllərində o İncəsənət və Dizayn üzrə Nottingemm Trent Universitetində Arxitektura Keramikalar kursuna getmiş və texnik vəzifəsinə qədər yüksəlmişdir. 1975-ci ildə ürək tutması onu vaxtından əvvəl təqaüdə çıxmağa vadar etmişdi. O ailəsi ilə sakit həyat tərzi sürmüş və 2004-cü ilin 5 aprel tarixinə, yəni ölümünə qədər email üzərindən öz sevənlərinin suallarını cavablandırmışdır.
Harold Nikolson “The Long Walk” kitabını gözdən keçirdikdən 3 həftə sonra Raviçin müharibədən sonrakı həyatı haqqında oxucuların suallarına cavab olaraq "Long Walker" adı altında öz qısa məqaləsini “The Observer” qəzetində çap etdirir. 2010-cu ilin sonlarında çıxan və müəllifi Peter Vayn olan “The Way Back” adlı film sujet xəttini bu hekayədən almışdır.
"The Long Walk"(Uzun Yürüş) kitabı
redaktəRonald Dovning “The Long Walk” kitabını Raviç ilə aralarında baş tutan söhbətlər əsasında yazmışdır. Bu kitab 1956-cı ildə Birləşmiş Krallıqda çap edilmiş, yarım milyondan çox nüsxəsi bütün dünyada satılmış və 25 dilə tərcümə edilmişdir. 1958-ci ildə oxucular və kitabsevərlər klubu üçün buraxılışı və 1960-cı ildə məktəblər üçün ədəbiyyat sahəsində istifadə olunması yönündə Longmans və Qrin bu kitabın “qısa” versiyasını işləyib hazırlamışlar. Bütün bunlar kitabın məşhurlaşmasına yardım etmişdir. 1980-ci illərin sonlarında bu kitabın qısa versiyası çapa göndərilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Slavomir Rawicz // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə
redaktə- Walking the talk , Life of Sławomir Rawicz BBC News, International version
- Strandberg, Mikael və b. "The Long Walk Articles". MikaelStrandberg.com. (#explicit_et_al) This is an excellent collection of articles relating to The Long Walk, the movie 'The Way Back' based on the book, Linda Willis' Looking For Mr. Smith, and related materials.
- The Greatest Escape - war hero who walked 4,000 miles from Siberian death camp