Solidarnost Samara Arena - Wikipedia
Solidarnost Samara Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir.[2] 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir.
Solidarnost Samara Arena | |
---|---|
Qeyri-rəsmi adı | Samara Arena |
Yeri | Samara, Rusiya |
Təməli qoyulub | 2014 |
Tikilib | 2018 |
Açılış tarixi | 28 aprel 2018 |
Tikinti xərcləri | 320 milyon $ |
Sahibi | Samara hökuməti |
Tamaşaçı tutumu |
44918 (rəsmən) 41970 (2018 FİFA Dünya Kuboku)[1] |
Ev sahibi komanda | Krılya Sovetov Samara FK |
Meydançanın ölçüləri | 105 × 68 m |
Ot örtüyü | SISGrass (hibrid ot) |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsvir
redaktə- Stadionun meydançası: 27 ha
- Tamaşaçı tutumu: 44918 nəfər
- VİP tamaşaçı tutumu: 1125 nəfər
- Premium oturacaqlar: 75 ədəd
- Ümumi sahə: 160498,1 m²
- Hündürlük: 60 m
- İnşa edən şirkət: Sport-Engineering
- Dizayner: TerrNIIgrazhdanproekt
Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir. Oturacaqların hamısı damla örtülü vəziyyətdədir. Stadionun diametri 330 metrdir. Arenanın damının ümumi kütləsi 13000 tondur. Sahəsi isə 76000 m²-dir. Arenanın bünövrəsi monolitik dəmir-beton döşəmədir. Stadion 4 mərtəbəlidir: yuxarı və aşağı səviyyəli açıq stendlər və onların arasında iki örtülü skybox.
Tamaşaçılar öz yerlərinə stadionun müxtəlif girişlərindən çata bilərlər.
Stadion təbii ot örtüyünə malikdir. Ot örtüyü altdan isitmə və avtomatik irriqasiya (özünü sulama) sistemləri ilə quraşdırılıb.
Mövqe
redaktəFİFA-ya təqdim edilən ilk təklifdə stadion şəhərin cənubundakı yaşayış məntəqəsi və infrastrukturu olmayan bir adada tikiləcəkdi. [3] O vaxtı, bu adaya gediləcək körpü belə yox idi
Bu seçim tənqidə səbəb oldu və buna görə stadionun şəhərin şimalında tikilməsi planlaşdırıldı. Tikiləcək ərazinin 27 ha olması düşünülürdü, lakin sonralar bu rəqəm böyüyərək 240, sonralar isə 930 hektardır.[4] Ərazinin genişləndirilməsi qərarı Samara sakinlərindən məsləhətləşmədən əvvəl verilmişdir. Planlaşdırılan binaların çoxusunun idmanla heç bir əlaqəsi yox idi.[4]
Arena şəhərin şimal qərb hissəsində yerləşir. Stadion şəhərin ən yüksək nöqtəsində yerləşir. Tikilinin dəmiryol stansiyasından uzaqlığı 15, Kurumoç Beynəlxalq Aeroportundan isə 32 kilometrdir. Stadionun cənubunda sıx yaşayış məntəqələri yerləşir. Volqa mikrorayonu 1978-ci ildə tikildi və 1980-ci illərin ortalarına öz inkişaf zirvəsinə çatdı. Mikrorayon 19-cu əsrdən bəri yaxşı tanınan Yablonka kənd-fermasının ərazisində tikilmişdir. Kəndin ilk sakinləri Polşa, Rusiya və Ukraynanın müxtəlif bölgələrindən gələnlər idi. Hətta Sovet hakimiyyəti dövründə "dini uyuşdurucu" (dini yaymaq istəyən insanlara verilən təqsir) cinayəti ilə günahlandırılanlar da buraya sürgün edilirdi. 1930-cu ildə kənd sakinləri özlərinin kollektiv "Iskra" fermasını yaratdılar.[5] Hal-hazırda Yablonka Taşkentskaya küçəsində yerləşir.
2018 FİFA Dünya Kuboku zamanı
redaktəCədvəldəki vaxtlar Samara saatı ilə verilir.
Tarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
17 iyun 2018 | 16:00 (UTC+4) | Kosta-Rika | 0–1 | Serbiya | E qrupu | 41432[6] |
21 iyun 2018 | 16:00 (UTC+4) | Danimarka | 1–1 | Avstraliya | C qrupu | 40727[7] |
25 iyun 2018 | 18:00 (UTC+4) | Uruqvay | 3–0 | Rusiya | A qrupu | 41970[8] |
28 iyun 2018 | 18:00 (UTC+4) | Seneqal | 0–1 | Kolumbiya | Group H | 41970[9] |
2 iyul 2018 | 18:00 (UTC+4) | Braziliya | 2–0 | Meksika | 1/8 Final | 41970[10] |
7 iyul 2018 | 18:00 (UTC+4) | İsveç | 0–2 | İngiltərə | 1/4 Final | 39991[11] |
İstinadlar
redaktə- ↑ "Samara Arena". FIFA. 12 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 June 2018.
- ↑ Stadium names for the 2018 FIFA World Cup Russia™ confirmed Arxivləşdirilib 2017-11-11 at the Wayback Machine. FİFA.
- ↑ "Design: Samara Arena – StadiumDB.com". stadiumdb.com. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.
- ↑ 1 2 "Документация по планировке территории - Самарская область - ГОСТОРГИ - закупки, торги, тендеры". www.gostorgi.ru. 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.
- ↑ "ЯБЛОНЬКА ДИКО РАСТУЩАЯ- Прошлое и настоящее Приволжского микрорайона". drugoigorod.ru. 14 dekabr 2013. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Matç hesabatı – E qrupu – Kosta Rika - Serbiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 17 iyun 2018. 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2018.
- ↑ "Matç hesabatı – C qrupu – Danimarka - Avstraliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 21 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 iyun 2018.
- ↑ "Matç hesabatı – A qrupu – Uruqvay - Rusiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2018. 2018-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Matç hesabatı – H qrupu – Seneqal - Kolumbiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 28 iyun 2018. 2018-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 iyun 2018.
- ↑ "Matç hesabatı – 1/8 Final – Braziliya - Meksika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 2 iyul 2018. 2018-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 iyul 2018.
- ↑ "Matç hesabatı – 1/4 Final – İsveç - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2018. 2018-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 iyul 2018.