Solmaz Meherremova - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhərrəmova Solmaz Səttar qızı (1949, Laçın) — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru.[1]
Solmaz Məhərrəmova | |
---|---|
Məhərrəmova Solmaz Səttar qızı | |
Doğum tarixi | |
Doğum yeri | Laçın, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | tarix elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Həyatı
redaktəAzərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir.
1980–1992-ci illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür (2006).
Elmi fəaliyyəti
redaktə1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır.
2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. [2]
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür.
Beş monoqrafiyanın (“XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin maddi mədəniyyəti və təsərrüfatı”- 2007-ci il, “XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında”-2020), Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “XIX-XX əsrin əvvəllərində Qarabağ və Şərqi Zəngəzurda sənətkarlıq və ticarət” (Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında – 2023), 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinə ithaf olunan (”Hacı Axund Molla Şükürün “Risaleyi-hüruf və xütut” - 2024), “XIX-XX əsrin əvvəllərində Qarabağ və Zəngəzurda etno-demoqrafik vəziyyət” ,150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, 2017-ci ildə Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla Türkiyədə nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", H.Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağın sənətkarlığı”, habelə bu yaxınlarda çapdan çıxmış "Qarabağın etnoloji tədqiqatı” adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir. Bir sıra beynəlxalq simpozium və konfranslarda etnologiya elminin problemlərinə dair maraqlı çıxışları (onlayn) olmuşdur.
Onun elmi rəhbərliyi altında 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya yazmış və hazırda dissertantlardan biri müdafiə ərəfəsindədir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.30 Dissertasiya Şurasının üzvü, ED 1.30 Dissertasiya Şurasının "Etnologiya" ixtisası üzrə elmi seminarının sədridir.
Azərbaycan etnoqrafiya elminin və milli-mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında fəal iştirak edərək radio və televiziya kanallarının təşkil etdiyi verilişlərdə vaxtaşırı çıxışlar etmiş, AzTV-nin çəkdiyi "Yun hörgüsü-keçə sənəti", "Spase" kanalının 2 seriyalı "Azərbaycan xalq rəqsləri", "Lider" kanalının "Novruz çərşənbələri" adlı elmi-populyar filmlərində məsləhətçi-mütəxəssis-etnoqraf kimi çəkilmişdir.
Təltif və mükafatları
redaktə2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adına, iki dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının, AMEA Rəyasət Heyətinin, AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin, AMEA Azad Həmkarlar Komitəsinin, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Laçın Rayon Təşkilatının, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərmanlarına, "Vətən eşqi", "Yeni şans" və "Azərbaycan əsgəri" qəzetlərinin, habelə "Mediya Araşdırma" və "Azərbaycan və Avropa"nın layihəsi əsasında "Azərbaycan ziyalısı" fəxri diplomlarına, "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Xarı Bülbül" medalına layiq görülmüş və təşəkkürlər almışdır.
İstinadlar
redaktə- ↑ "Arxeologiya və Etnoqrafiya İnstitutunun elmlər doktorları". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
- ↑ "Solmaz Məhərrəmova. XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnorrafik tədqiqi. Bakı: "Apostrof-A", 2020. 304 s". www.academia.edu. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.