Solomon Mixoels - Wikipedia
Solomon Mixayloviç Mixoels (idiş שלמה מיכאָעלס — Şloyme Mixoels, əsl soyadı Vovsi,16 mart 1890[1], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası[2] – 13 yanvar 1948[1], Minsk, Belorusiya SSR, SSRİ[2]) — yəhudi teatrında sovet teatr aktyoru və rejissoru, teatr pedaqoqu, ictimai xadimi, SSRİ xalq artisti(1939)[3], İkinci dərəcəli Stalin mükafatı laureatı(1946).
Solomon Mixoels | |
---|---|
שלמה מיכאָעלס | |
| |
Doğum adı | Шлоймэ Михелевич Вовси |
Doğum tarixi | |
Doğum yeri | Dinabuq, Vitebsk quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Minsk, Belorusiya SSR, SSRİ |
Vəfat səbəbi | Qətl |
Dəfn yeri | Moskva şəhəri, Yeni Don qəbiristanlığı |
Milliyyəti | Yəhudi |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Fəaliyyəti | aktyor, teatr aktyoru, teat pedaqoqu |
Fəaliyyət illəri | 1918-1948 |
Teatr | Moskva Dövlət Yəhudi Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1948-ci ildə o, İosif Stalinin əmri ilə SSRİ DTN əməkdaşları tərəfindən qətlə yetirilmişdir. Qətl yol-nəqliyyat qəzası kimi qələmə verilmişdir.
Həyatı
redaktə1890-cı il martın 4-də (16) Dinaburgda (indiki Dauqavpils, Latviya) ağac tədarükçüsü Mixel İdel-Zeliković Vovsi və həyat yoldaşı Eti Meerovna (Leibovna) Vovsinin ailəsində anadan olmuşdur [4]. Atası ikinci gildiya taciri İdel-Zelik Mixeleviç Vovsinin oğlu idi (1817 -?). Ailə Postoyalnaya küçəsindəki 107 nömrəli evdə yaşayırdı.
1903-cü ildə heder (oğlanlar üçün yəhudi ibtidai dini məktəbi) məzunu oldu. Aktyorun özünün dediyinə görə, "yalnız on üç yaşında sistematik olaraq dünyəvi elmləri və rus dilini öyrənməyə başlamışdır". 1905-1908-ci illərdə Riqa Real Məktəbində oxumuşdur. Həvəskar tamaşalarda iştirak etmiş, müstəqil şəkildə gimnaziyalarda konsert vermişdir. 1909-1910-cu illərdə - Riqada repititorluqla məşğul olmuşdur [5]. 1911-1913-cü illərdə Kiyev Ticarət İnstitutunda (indiki Vadim Getman adına Kiyev Milli İqtisad Universiteti) oxumuş, lakin onu bitirə bilməmişdir. O, tələbə iğtişaşlarında iştirak etdiyinə görə oradan qovulmuşdur. 1915-1918-ci illərdə Petroqrad Universitetinin Hüquq fakültəsində oxumuşdur.
1918-1919-cu illərdə Petroqradda təşkil edilmiş A.M.Qranovskinin yəhudi incəsənəti məktəbində təhsil almışdır. 1919-cu ildən - Yəhudi Teatr Studiyasının (Yəhudi Kamera Teatrı) səhnəsində çıxış etmişdir. O, özünün "İnşaatçı", "Kor" pyesində Meterlink (A.Qranovskinin qruluşunda), Ş.Aşanın "Amnon" və "Tomor", K.Quçkovun "Uriel Akosta" tamaşalarında oynayıb.
1920-ci ildə studiya ilə birlikdə Moskvaya köçmüşdür. 1925-ci ildə studiya Moskva Dövlət Yəhudi Teatrına çevrildi (Moskva DYT). 1928-ci ildə yəhudi teatrı ilə birlkdə Almaniya, Fransa, Belçika, Hollandiya və Avstriyada qastrol səfərlərində olmuşdur. 1929-cu ildə A.Qranovskinin xaricdən qayıtmaması səbəbi ilə bu teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsinə keçmişdir.
1931-ci ildən teatr işi ilə yanaşı teatr məktəbində müəllimlik də etmişdir (sonradan - Moskva Dövlət Yəhudi Teatr Məktəbi (MDYTM), 1941-ci ildən - professor [6]).
1939-cu ildən - SSRİ Xalq Komissarları Sovetində İncəsənət Komitəsinin Bədii Şurasının üzvü olmuşdur.
Müharibə illərində Yəhudi Teatrı ilə birlikdə 1941-ci ildə Daşkəndə evakuasiya edilmişdir. Burada o, təkcə Yəhudi Teatrının deyil, eləcə də Hamzə adına Özbək Dram Teatrının və Özbəkistan Dövlət Opera və Balet Teatrının işində yaxından iştirak etmişdir.
1942-ci ilin fevralında Sovet rəhbərliyinin təşəbbüsü ilə "dünyadakı yəhudi xalqını faşizmə qarşı mübarizəyə cəlb etmək" üçün Yəhudi Anti-Faşist Komitəsi (YAFK) yaradıldıqda bu komitənin ilk sədri olmuşdur. 1943-cü ildə SSRİ-nin hərbi əməliyyatlarına maliyyə dəstəyi almaq və təbliğat tapşırıqları ilə YAFK xətti ilə ABŞ, Kanada, Meksika və Birləşmiş Krallığa səfərlər etmişdir.
1944-cü ilin fevralında İ.Fefer və Ş.Epşteynlə birlikdə Krımda yəhudi muxtariyyətinin təşkili xahişi ilə İ.Stalinə məktub yazmışdır.
Ümumrusiya Teatr Cəmiyyəti Rəyasət Heyətinin və İncəsənət İşçiləri İttifaqının Mərkəzi Komitəsinin üzvü idi.
Qətli
redaktəÖlümündən dərhal sonra ictimaiyyətə yayılan rəsmi versiyaya görə, S.Mixoels 1948-ci il yanvarın 12-dən 13-nə keçən gecə Minskə ezamiyyətdə olarkən həmkarı, teatrşünas V.İ.Qolubov (Potapov) ilə birlikdə qəza nəticəsində həlak olmuşdur. Belə ki, onları ehtiyatsızlıq nəticəsində yük maşını vurmuşdur. S.Mixoels dövlət səviyyəsində dəfn edildi və onun xatirəsinə aid kolleksiyalar buraxıldı. Yəhudi Teatrına onun adı verildi (1949-cu ilin əvvəlində adı çıxarıldı). Lakin 1953-cü ildə İ.Stalinin ölümündən sonra Mixoelsin həlak olmasının bədbəxt hadisə nəticəsində deyil, qətlə yetirildiyi məlum oldu.
Qətlin səbəbi
redaktəTədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı [7].
Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qreenberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi [7]. 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi. Ardınca Aliluyevanın digər qohumları və yaxınları həbs olundu. Dekabrın 16-da Yevgeniya Qoldşteyn əleyhinə ifadə verdi və dekabrın 19-da o, saxlanıldı [8].
Dekabrın 23-də Abakumov Stalinin Vyaçeslav Molotov, Georgi Malenkov, Lavrenti Beriya, Andrey Jdanov, Aleksey Kuznetsov, Nikolay Voznesenski, Aleksey Kosıgin, daxili işlər naziri Serqey Kruglov və maliyyə naziri Arseniy Zverevin Kremldə görüşündə iştirak etdi. Tarixçi Qennadi Kostırçenko hesab edir ki, Abakumov bu görüşə Qoldşteynin sui-qəsd etirafını gətirmişdi[8].
Dekabrın 27-də Qreenberq həbs edildi [7]. Bundan əlavə sistematik döyülmələr və işgəncə hesabına istintaqçılar Qoldşteyn və Qreenberqdən Mixoelsin əleyhinə ifadə aldılar. 1948-ci il yanvarın 9-da dindirilmələrin protokolları Stalinə təqdim edildi [7].
Stalinin qərarı
redaktə1947-ci il dekabrın 27-də axşam çağı Stalin Abakumov və müavini general-leytenant Serqey Oqoltsovla gizli görüş keçirdi. Bu görüş Stalinin nazir arasındakı digər görüşlərdən fərqli olaraq, kənar şəxslər olmadan keçirildi və adi günlərdə olduğundan daha uzun sürdü - 20:20-dən 21:35-dək. Sonradan Abakumov və Oqoltsov ifadələrində bildirmişdilər ki, bu söhbət əsnasında Stalinin onlara Mixolesi öldürməyi və bunun avto qəza kimi təqdim edilməsini əmr etmişdir [9][10]. Abakumovdan Mixoelsin Minskə qarşıdakı səfəri haqqında məlumat aldıqdan sonra, 1948-ci il yanvarın 6-da Stalin telefonla Mixoelsi öldürmək və bunun avtomobil qəzasısı hadisəsi kimi təqdim etmək əmrini təsdiqlədi [8]. Dolayı olaraq bu söhbətin məzmununu Stalinin qızı Svetlana Aliluyeva təsdiqləmişdir.
Kostırçenko qətlin baş verdiyi gecə Siyasi Büro iclasının da keçirildiyini də qeyd edir. O, belə hesab edir ki, Stalin iclas iştirakçılarını dövlətin qisası aktı kimi təqdim edərək qətl barədə məlumatlandırmışdı. Çünki yanvarın 10-da Stalinin şəxsi köməkçisi Aleksandr Poskrebışev Abakumovun hazırladığı Mixoelsin casusluq ittihamlarını əks etdirən dindirmə protokollarını Siyasi Büro üzvlərinə və namizədlərinə göndərmişdi[9].
Əməliyyatın hazırlanması
redaktəOqoltsov sonradan Belarusun Dövlət Təhlükəsizlik Naziri Lavrenti Sanavaya deyirdi ki, əvvəlcə Mixoelsin Moskvada aradan götürülməsi qərara alınmışdı, lakin o, nadir hallarda tək qaldığından bu plandan imtina etməli olmuşdular [9].
Belə ehtimal edilir ki, əməliyyat yerinin Minsk olaraq seçilməsini Dövlət Təhlükəsizlik Nazirliyi planlaşdırmışdır. Elə bu səbəbdən Təhlükəsizlik Nazirliyinin məlumatlancısı “Potapov” təxəllüsü ilə dərc olunan teatrşünas Vladimir İliç (Volf Qilkoviç) Qolubov [11] Mixoelsi Leninqrad əvəzinə Minskə getməyə razı salmışdı. Bu ehtimalı yazıçı Aleksandr Borşaqovski və tarixçi Jores Medvedev irəli sürürlər. Lakin tarixci Qennadi Kostırçenko bununla razılaşmır, çünki 1953-cü ilin martında Beriya tərəfindən yaradılan istintaq komissiyasının materiallarında bu versiya təkzib olunur. Bu materiallara görə, Minskdə qətlin həyata keçirilməsinə dair qərar Mixoelsin gələcək səfəri barədə məlumat alındıqdan sonra qəbul edilmişdir [9].
Əməliyyatın planı və tərkibi Stalinlə razılaşdırılmışdır. Əməliyyata rəhbər general Ogoltsov təyin edilmişdir [9]. Oqoltsovdan başqa əməliyyat qrupuna bu şəxslər daxil idi:
- SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 2-ci Baş İdarəsinin "2-Z" şöbəsinin müdiri (xarici vətəndaşlarla əlaqəli qurumların əməliyyat məqsədləri üçün istifadəsinə nəzarət edən şöbə) Fedor Şubnyakov [12];
- SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin generalı Pavel Sudoplatovun rəhbərlik etdiyi DR təxribat şöbəsinin iki zabiti - polkovnik Vasili Lebedev və baş leytenant Boris Kruqlov;
- Oqoltsovun katibi mayor Aleksandr Kosırev;
- Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin mayoru Nikolay Povzun.
Şubnyakov, Lebedev, Kruqlov və Kosırev Oqoltsovla birlikdə yanvarın 8-də Moskvadan avtomobilə Minskə yola düşdülər. Povzun qrupa Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin üzvü kimi daxil idi [9][13]. Stalinin əmrinin təsdiqləməsini alan Abakumov, Minskə yola düşmə ərəfəsində, əməliyyat iştirakçılarına təlimatlar verdi. O, Çanavayı Minskdən çağırdı və Belarus Dövlət Təhlükəsizlik Nazirliyinin Stalinin şəxsi təlimatını və hökumətin əhəmiyyətli bir qərarının yerinə yetirməli olduğunu bildirdi [9].
Minskə gələrək respublika Dövlət Təhlükəsizlik Nazirliyininə baş çəkmədən qrup birbaşa Sanavanın bağında məskunlaşdı. İlk 3 gündə Lebedev, Kruqlov və Şubnyakov Mixoelsi izlədilər və gələcək qətl üçün hazırlıqlar gördülər [8].
Şubnyakovun sonradan yazdığı kimi, "Mixoels həmişə yerli ziyalıların böyük bir dəstəsinin əhatəsində olurdu. O, tez-tez Belarus Nazirlər Sovetinin avtomobilindən istifadə edirdi və İncəsənət Komitəsinin işçiləri onun yanından ayrılmırdı". Buna görə də Qolubov-Potapovun xidmətindən istifadə edərək aktyorun qaçırılması ilə bağlı qərar verildi. Bunun üçün Şubnyakov agentlə görüşdü və ona Mixoelsi Minskdə yaşayan uydurma bir şəxsi dostunu ziyarət etməyə inandırmağı tapşırdı [8].
Hadisələrin gedişi
redaktə1948-ci il yanvarın 2-də Mixoels ezamiyyət vərəqəsinin aldı və yanvarın 7-də Qolubov-Potapov ilə qatarla Moskvadan Minskə yola düşdü [9]. Onlar Stalin mükafatına namizəd olan Minsk teatrlarının tamaşalarında iştirak etməli idilər. Baxılmalı iki tamaşa var idi: əsas partiyasını Larisa Aleksandrovskayanın oynadığı Yevgeni Tiqotskinin "Alesiya" operası və Yanki Kupala adına Belarusiya Dram Teatrında Arkadi Movzonun qruluşunda baş rolda Boris Platonovun olduğu "Konstantin Zaslonov" tamaşası. Bu tamaşalara baxış 10 və 11 yanvar tarixlərinə planlaşdırılmışdı.
Yanvarın 8-də Mixoels və Qolubov Minskə onlarla bir gələn SSRİ İncəsənət Komitəsinin partiya təşkilatının katibi İllarion Baraşko ilə Belarus otelində yerləşdilər. Orada Dram Teatrının rəhbərliyi tərəfindən Mixoelsin şərəfinə ziyafət təşkil edildi [9][10].
Yanvarın 9-da, cinayətin ertəsi günü səhər saatlarında Sanavanın Moskvaya göndərdiyi xəbərə görə, Mixoels və Qolubov teatrda "Tevye-moloçnik" tamaşasına baxmış, sonra isə “tamaşa iştirakçıları ilə birlikdə Zarya restoranında səhər 4-ə qədər içki məclisi qurmuşdular” [10].
Ardınca Sanava yazır [10]:
Yanvarın 10-da - Dram Teatrının aktyoru Qlebovun evində ziyafət təşkil edilmişdir. Yanvarın 11-də günorta M.B.Sokolun evində nahar. "Alesiya" operasından sonra gecə yarısı Aronçik və Çayqorskaya ilə axşam yeməyi yemişdir. Yanvarın 12-də günortadan sonra Mixoels və Qolubov Qaydarin və Zalesski ilə birlikdə Zarya restoranında nahar etmiş, axşam 5-də isə "Belarus" otelinə getmişdilər. |
Yanvarın 12-də axşam rejissor Viktor Qolovçinerin də olduğu otel nömrəsinə bir telefon zəngi edildi. Qolubov telefonu götürdü və danışdıqdan sonra tələbə yoldaşının onu toya dəvət etdiyini və mütləq Mixoels ilə birlikdə getməli olduğunu bildirdi[14].
Təxminən saat 20:00-da Mixoels və Qolubov oteldən çıxdı və "mühəndis Serqeyev"in qurama toyuna yola düşdülər. Saat 21:00 radələrində onlar Kruqlovun idarə etdiyi maşına yaxınlaşdılar. Avtomobildə özünü Serqeyev kimi təqdim edən Şubnyakov da var idi. Mixoels və yoldaşı maşına əyləşdilər, bundan sonra Stepyankadakı Sanavanın bağına yola düşdülər [9].
Təxminən saat 22:00 radələrində Şubnyakov Oqoltsova gəlməkləri barədə məlumat verdi. O, Abakumova, ikincisi isə öz növbəsində Stalinlə zəng etdi və beləliklə aradangötürülmə üçün sanksiya alındı.
Qətlin konkret təfərrüatları müxtəlif mənbələrdə fərqli şəkildə təsvir olunur. Şubnyakov yazırdı ki, Mixoels və Qolubovun sərxoş olduqları üçün təkərlərin altına düşdükləri təəssüratını yaratmaq üçün onları bir stəkan araq içməyə məcbur etmişdilər [9]. Sanavanın 1948-ci il yanvarın 13-də yazdığı məktubda deyilir: "Mixoelsin mədəsində olan yeməkdə alkoqol tapılmamışdı. Qolubovdan isə çox zəif alkoqol qoxusu gəlirdi”[10]. İstintaqın ifadələrində deyilir ki, onlar Sanavanın bağında yük maşınının altına atılmışdılar. Şubnyakov "Kommersant-Vlast"ın müxbirinə müsahibəsində qurbanların başına dəyənəklə zərbələr vuraraq öldürdüklərini demişdir. Sonra cəsədlər Minskə aparılmış və otelin yaxınlığında bir küçəyə atılmışdır. Onların ölümü yük maşınının vurması səbəbi ilə təqdim olunmuşdur [9]. Oqoltsovun sözlərinə görə, qətlin birbaşa içraçıları Lebedev, Kruqlov və Şubnyakov idi [8].
Minskdə istintaq
redaktəCəsədlər yanvarın 13-də səhər 7:10-da Sverdlov küçəsindən Qarbarnaya küçəsinə (indiki Ulyanovskaya) gedən tramvay xətti yaxınlığında yolda aşkarlandı. Mərhumun sənədləri paltarlarının cibində olduğu üçün cəsədlərin kimliyi tez bir zamanda təsbit edildi [15][16].
Yanvarın 14-də SSRİ Daxili İşlər Naziri general-polkovnik Sergey Kruqlov Stalinə həlak olanların ölümünün avtomobil qəzası nəticəsində baş verməsi ilə bağlı məlumat verdi. Belarusiya SSR Daxili İşlər Nazirliyinin əməliyyat qrupları Mixoels və Qolubov-Potapovları əzən yük avtomobilinin Təhlükəsizlik Nazirliyinin qarajında olduğunu müəyyən etdilər. Bununla belə Belarusiya SSR Daxili İşlər Naziri general-polkovnik Serqey Belçenkonun istintaq işinə aktiv müdaxilə etmək cəhdinə Sanava mənfi münasibət göstərdi. Sanava bunun ona problemlər yaradacağı barədə xəbərdarlıq etdi və Kruqlov da istintaqda fəal olmamağı tövsiyə etdi [9].
By barədə istintaq materialları Belarusiya KQB-sinin arxivində bir neçə cilddə toplanmışdır. İstintaq nəticəsində çox sayda insanlar dindirildi, müxtəlif şübhəli şəxslər saxlanıldı və tədqiqata cəlb olundu və sonra sərbəst buraxıldı. Belarusiya tarixçisi Emanuel İoffenin yazdığına görə sənədlərə baxdıqda "aktiv axtarışlar təəssüratı alırsınız - lakin heç bir nəticə görməyəcəksiniz" [10]. İstintaq respublika milisinin rəisi S.D.Krasnenkonun birbaşa nəzarəti altında Fəhlə-Kəndli milisinin baş idarəsinin rəhbərinin keçmiş müavini İ.V.Bodunov tərəfindən aparılmışdır [17][18]. 1953-cü ildə həbsxanada yatan İvanov adlı birisi ifadəsində iddia etmişdir ki, 1948-ci ilin yanvar ayında Minsk şəhərinin ucqar bir yerində axşam saatlarında iki nəfərin ağ rəngli minik avtomobilindən necə atıldığının şahidi olmuşdur. İvanov gələnlərdən birini - yerli sahə müvəkili milis leytenant Kuroçkini tanıdığını iddia edirdi. O, avtomobildən atılanların kim olduğunu başa düşdüyünü və bu barədə bir neçə ildən sonra danışmaq qərarına gəldiyini bildirirdi [10][19].
Rəsmi versiya
redaktəFevralın 11-də istintaqın rəsmi nəticələri SSRİ Daxili İşlər Nazirinin müavini İvan Serova təqdim edildi [20]:
Yanvarın 13-də BSSR Səhiyyə Nazirliyinin baş məhkəmə eksperti Prilutski və ekspert həkimlər Naumoviç və Karelina tərəfindən aparılan cəsədlərin yarılmasının məhkəmə-tibbi nəticələri Mixoels və Qolubov-Potapovun ölümünün ağır yük maşını ilə toqquşması nəticəsində baş verdiyini müəyyən etmışdir. Mərhumların bütün qabırğaları qırılmış, ağciyər toxumaları cırılmışdı. Mixoelsdə - onurğa sümüyünün, Qolubov-Potapovda isə çanaq sümüklərinin sınığı aşkar edilmişdir. Bütün zədələnmələri onlar həyatda olduqları zaman almışdılar. Cəsədlərin çürüməsinin başlamasına görə onların ölümü cəsədlərin araşdırılmasından 15-16 saat əvvəl, yəni yanvarın 12-də, təxminən 20:00 radələrində onlar oteldən ayrıldıqdan bir müddət sonra baş vermişdir. Mədədəki qidaların vəziyyəti bu yeməyin ölümdən iki saat əvvəl qəbu edildiyi və onların tərkibi restoranda onlara təqdim olunan menyuya uyğun olduğu təsdiqlənmişdir. Mixoels və Qolubov-Potapovun təsadüfən qəza nəticəsində həlak olmasından başqa bir səbəb istintaq müəyyən etməmişdir. |
Rəsmi olaraq da hər iki şəxsin qəzaq nəticəsində həlak olması elan edildi. Kostırçenko hesab edir ki, Sanavanın ifadələrində ki, ölüm vaxtı (22:00) ilə mütəxəssislərin rəyi ekspertlərin təsadüfən səhv etməsi və ya qəsdən manipulyasiyası və ya şahidin unutqanlığı nəticəsində izah edilə bilər. Ölüm günü Qolubov və Mixoels ilə görüşmək niyyətində olan şəxsin tapılması versiyaları (yəni mövcud olmayan "mühəndis Serqeyev" in axtarışı) SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə həvalə edildi - lakin sonra açıqlanmadan axtarış dayandırıldı [7].
Yanvarın 14-də Mixoelsin ölümü barədə radioda elan olundu və "Pravda"da Yəhudi Teatrının adından qısa xəbər dərc edildi [21]. Növbəti gün hakimiyyət orqanları bir sıra qəzetlərdə Mixoelsin ölümü barədə nekroloqlar dərc etdirlər. Nekroloqlarda o, "ömrünü Sovet xalqına xidmətə həsr edən böyük bir ictimai xadim" kimi təqdim edilmişdir. Bununla yanaşı ən yüksək partiya və dövlət xadimlərindən heç biri nekroloqu imzalamamışdı [15]. Dəbdəbəli cənazə mərasimi təşkil edildi [10] və onun xatirəsinə aid broşuralar nəşr olundu. Moskva Yəhudi teatrına onun adı verildi.
Cəmiyyətdə Mixoelsin ölümünün təsadüfi bir avtomobil qəzası olmadığı haqqında şayiələr gəzirdi [22][23][7]. Belə ki, Ayzik Platner Minsk yəhudilərinin Mixoelsin ölümünün "yəhudi ictimaiyyətini lidersiz qoymaq" məqsədi ilə rəsmi təşkil edilmiş qətl hesab etdiyini söyləyirdi [9]. Sonradan, "Yəhudi Anti-Faşist Komitəsi işi" nin istintaqı zamanı, istintaq materiallarında və qapalı məhkəmədə Mixoels "yəhudi millətçilərinin" sui-qəsdinin iştirakçılarından biri kimi təqdim edilmiş və 13 yanvar 1953-cü ildə ölümünün 5-ci ildönümü ilə əlaqədar olaraq "Həkimlər işi" məsələsində "Pravda" qəzetində bu açıq şəkildə elan edildi. 1949-cu ildə Yəhudi Teatrından Mixoelsin adı götürülmüşdür. Ölümdən sonrakı böhtan kampaniyası onun kitablarının kitabxanalardan yığışdırılması ilə davam etmişdir. 1953-cü il aprelin 6-da Stalinin ölümündən və "Həkimlər İşi"nə xitam verildikdən sonra elə eyni "Pravda" da böhtan kompaniyası təkzib edilmişdir [10].
Qətlin iştirakçılarının mükafatlandırılması
redaktəMixoelsin qətlinin təşkilatçıları və icraçıları dövlət ordenlərinə layiq görüldülər [10]. 1948-ci il oktyabrın 26-da "hökumətin xüsusi tapşırığını müvəffəqiyyətlə yerinə yetirdikləri üçün" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin gizli bir qərarı qəbul edildi. Qərar əsasən qətlin iştirakçıları: General-leytenant Sanava "Qırmızı Bayraq" ordeni, polkovniklər Şubnyakov, Lebedev və baş leytenant Kruqlov I Dərəcəli "Vətən Müharibəsi" Ordeni, mayor Povzun və Kosırev "Qırmızı Ulduz" ordeni aldılar[7]. Sərəncam yalnız general Oqoltsova şamil edilmədi. Çünki, eyni gün də o, fərqli səbəbə görə başqa bir mükafata layiq görüldü [24].
Qətlin üstünün açılması
redaktə1951-ci ilin noyabrında Daxili İşlər Nazirliyindəki təmizlik zamanı Şubnyakov həbs edildi. 1953-cü ildə martın 18-də həbsdən buraxıldıqdan sonra, o, Stalinin ölümündən sonra birləşdirilmiş Daxli İşlər və Dövlət Təhlükəsizlk Nazirliklərinin [24][25] rəhbəri olmuş Lavrenty Beriyanın adına Mixoelsin öldürülməsi ilə bağlı məruzə yazdı. Aprelin 2-də Beriya Sov.İKP Mərkəzi Komitəsinin Rəyasət Heyətinə S.M.Mixoels və V.I. Qolubovun qətlində iştirakçıların və məsuliyyəti olanların mühakimə olunmasına dair gizli məktub göndərdi. göndərdi. Məktub Rəyasət Heyətinin iclaslarına sədrlik edən Georgi Malenkova ünvanlanmışdı. Məktubda "Həkimlərin işi" prosesində Mixoelsə qarşı ittihamların saxtalaşdırıldığı barədə məlumatlar var idi. Daha əvvəl həbs edilmiş Abakumov dindirilmə zamanı Mixoelsin qətlinin Stalinin birbaşa göstərişi ilə həyata keçirildiyini və icraçıların Sanava, Oqoltsov və Şubnyakov olduğunu söylədi. Oqoltsov və Sanava Abakumovun ifadələrini təsdiqlədilər [10].
Qətlin iştirakçıları bunun üçün aldığı mükafatlardan məhrum edildilər. 1953-cü ilin aprelin 3-də Oqoltsov,4-də isə Sanava həbs edildi [38]. Abakumov 1954-cü il dekabrın 19-da bu işlə əlaqəsi olmadan güllələndi. Sanava 1955-ci ilin dekabrında həbsxanada öldü. Oqoltsov isə Beriyanın tutulmasından sonra sərbəst buraxıldı. Qətlin iştirakçılarına qarşı cinayət işi açılmadı və heç kəsə qarşı məhkəmə prosesi keçirilmədi [15][26][8].
Hadisənin 15-ci ildönümündə (1963) Mixoelsin öldürülməsi haqqında məlumat ilk dəfə Sovet mətbuatında yayımlandı: Litvada dərc edilən "Sovetskaya" qəzetində Mixoels haqqında bir məqalədə deyilirdi ki, o, "Beriyanın çirkin əməllərinin qurbanı olmuş və bu cinayət xalqın mənəvi və maddi mədəniyyətini məhv etməyə hesablanmışdı"[27]. Baxmayaraq ki, material əyalət qəzetində və yeganə nəşrdə dərc edilmişdi, sovet mətbuatında Mixoelsin öldürülməsi ilə bağlı material dərhal Qərbdə [28] əks səda verdi və dörd gün sonra "New York Times"də bir məqalə çıxdı [29].
Səbəbləri və əhəmiyyəti
redaktəStalinin həbs və məhkəmə yolu əvəzinə gizli qətlə üstünlük verməsinin səbəbləri siyasətçilər, elm adamları və tədqiqatçılar tərəfindən hələ də müzakirə olunur.
Xatirələrində N.S.Xruşşov Stalinin "antisemit" olmasını qəbul etmirdi və Mixoelsin öldürülməsinin səbəbini Krımda yəhudi muxtariyyətinin yaradılması səylərinə görə qisas hesab edirdi. O, yazırdı [30]:
Bəs Krımda yəhudi muxtariyyətinin yaradılması məsələsini qaldıran hörmətli insanlara qarşı amansız rəftar nə demək olar? Bəli, bu səhv təklif idi. Ancaq onlarla Stalin etdiyi kimi bu qədər amansız davranmaq? O, sadəcə imtina edə, insanlara bunu izah edə bilərdi və bu kifayət edirdi. Xeyr, o, bu təklifi fəal şəkildə dəstəkləyən hər kəsi fiziki olaraq məhv etdi. Yalnız Jemçujina hansısa bir möcüzə sayəsində sağ qaldı və uzun müddətli sürgün ilə canını qurtardı. Əlbəttə ki, bu cür hərəkət yalnız Stalin beynində yaşayan antisemitizmin yüksəlməsi nəticəsində mümkün olmuşdu. Yəhudi teatrının dahi sənətkarı, böyük mədəniyyət adamı olan Mixoels ilə amansız rəftar edildi. O, vəhşicəsinə qətlə yetirildi, gizli şəkildə öldürüldü, sonra qatillərini mükafatlandırdılar və qurbanlarını şərəflə basdırdılar: ağıl üçün bu anlaşılmazdır! Onun bir yük maşınının altına düşdüyünü və onun altına əzildiyini təsvir etdilər. Bütün bunlar bədii şəkildə ifa olundu. Bunu kim etdi? Stalinin adından Beriya və Abakumovun adamları. |
Aleksandr Borşaqovski yazır ki, Mixoelsin öldürülməsi Yəhudi Anti-Faşist Komitəsinin ləğv edilməsi yolunda ilk addım idi: “Bu işdə zərərçəkənlərin hər hansı bir siyahısı onun adı ilə açılmalıdır” [14]. Borşaqovski və Jores Medvedev hesab edir ki, qətlin təşəbbüskarı Abakumov idi və Stalin yalnız onun bu təşəbbüsünü dəstəklədi [8]. Eyni zamanda Medvedev Mixoelsin öldürülməsində iki partiya klanının mübarizəsinin mərhələlərindən birini görür: bir tərəfdən Beriya və Malenkov, digər tərəfdən - Molotov və onu dəstəkləyən Mikoyan, Kaqanoviç və Andreyev. Medvedevə görə Mixoels Molotova qarşı yönəlmiş bir sui-qəsdin qurbanı oldu [15].
Yakob Basin hesab edir ki, qətlin səbəbi Mixoelsin SSRİ-dəki yəhudilərin hüquqlarını qorumaqdakı fəaliyyəti və ölkədə və dünyada yüksək nüfuzu idi [31]. Qennadi Kostırçenko hesab edir ki, Stalinin bu qərarı təkcə artan repressiya və casus maniası ilə deyil, həm də yəhudi cəmiyyətinin mədəni elitasını çökdürmək və kütlələrə təsirini neytrallaşdırmaq istəyi ilə də yaranmışdır [9]. Kostırçenko bəzi alimlər arasında yayılan qətllərin səbəblərinin, Mixoels tərəfindən dəstəklənən Krımdakı Yəhudi Muxtariyyətinin layihəsi ola biləcəyi və ya İsrailin yaranmasına müsbət münasibət bildirməsi ilə bağlı rəyi təkzib edir.
"Krım versiyası" general Pavel Sudoplatovun xatirələrində də təsvir edilmişdir. Onun fikrincə, Krımda yəhudi muxtariyyətinin yaradılması layihəsi II Dünya müharibəsinin bitməsindən sonra Sovet-Amerika münasibətlərinin demək olar ki, əsas aspekti idi və Soyuq Müharibənin başlaması ilə Mixoels siyasi kursdakı dəyişikliyin qurbanı oldu. Lakin Kostırçenkoya görə Sudoplatovun versiyası heç bir sənədli mənbələr tərəfindən dəstəklənmir.
Mixoelsin qətlinin Fələstindəki vəziyyətlə bağlı ictimai fikri ilə əlaqəli ola biləcəyi barədə fikir qızının xatirələrində səsləndirilib. Bu versiyanı Jores Medvedev və Coşua Rubinşteyin da müdafiə edirlər [32].. Lakin Kostırçenko hesab edir ki, o zaman bu mövqe rəsmi mövqeyə uyğun idi və buna görə qətlin səbəbi ola bilməzdi [8]. Kostırçenko əmindir ki, Mixoelsin gizli qətlinin əsas səbəbi Soyuq Müharibə səbəbilə Stalində fərdi antisemitizmin baş qaldırması nəticəsində və ölkədə dövlət antisemitizminin güclənməsi oldu. Mixoelsin öldürülməsi "kosmopolitizmə qarşı mübarizə", yəhudi mədəniyyətinə, kadr təmizlənməsinə və yəhudilər əleyhinə kampaniyanın başlanğıcı oldu.
Hadisənin kontekstində həmçinin SSRİ-də 1947-ci ilin mayından 1950-ci ilin əvvəlinə qədər edam cəzasının ləğv edildiyi də qeyd edilmişdir. Yəni əgər rəsmi məhkəmə olsa idi, Mixoelsə ölüm cəzası verilə bilməzdi [24].
Tarixdə və mədəniyyətdə
redaktə1990-cı ildə Vayner qardaşları 1975-1977-ci illərdə yazdıqları "Yaşıl otda petlə və daş" kitabını nəşr etdilər. Əsərin süjeti Mixoelsin öldürülməsi ilə əlaqəli hadisələrin ətrafında qurulmuşdur [33].
1995-ci il yanvarın 14-də Solomon Mixoelsin ölümünün 47-ci ildönümünə həsr olunmuş "Əvvəl və sonra ..." verilişində müəllif və aparıcı Vladimir Molçanov "Mixoelsin məhv edilməsi aksiyasına Lubyanka generalı Pitovranov rəhbərlik etmişdir" deyə bildirmişdir. Yevgeni Pitovranov 1948-ci ildə Dövlət Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat idarəsinə rəhbərlik etmiş və polkovnik Şubnyakovun birbaşa rəisi olmuşdur. Molçanov Pitovranovun qətldə iştirakını təsdiqləyən sənədlərin "Reuters"in arxivində olduğunu iddia edirdi. Pitovranov Ostankino televiziya şirkətinə və Molçanova qarşı məhkəmə iddiası qaldırdı. 1995-ci ilin sentyabrında keçirilən məhkəmə prosesində ifadəsində Şubnyakov Pitovranovun bu işə heç bir aidiyyəti olmadığını və 1953-cü ildə Beriya qətlinin araşdırılması üçün müraciətinə qədər xəbəri olmadığını bildirdi[34][35][36]. Məhkəmədə Şubnyakov qətldə şəxsən iştirak etməsi barədə yalan danışdı (onun dediyinə görə onun vəzifəsi yalnız "Mixoelsin əhval-ruhiyyəsi və planları haqqında məlumat əldə etmək üçün Qolubov ilə əlaqə qurmaq, Oqoltsov ilə Sanavaya bu barədə məlumat vermək" idi. Şubnyakov heç vaxt peşman olmayaraq, 1998-ci ildə vəfat etdi [8].
Rus yazıçısı Viktor Levashov 1998-ci ildə "Mixoelsin öldürülməsi" adlı siyasi trillerini nəşr etdirdi. Qennadi Kostırçenko kitabın süjetinin bədii olduğunu və içindəki bütün "siyasi-casusluq ehtiraslarının" ya müəllifin öz fantaziyalarına və ya general Sudoplatovun əsassız xatirələrinə söykəndiyini yazır. Kostırçenko hesab edir ki, bu kitab keçmişi tərsinə çevirmək cəhdidir [37]. Etibarsız məlumat mənbələri arasında Kostırçenko Vadim Kojinov və Yuri Muxinin araşdırmalarını da daxil edir. Sonuncu özünün şovinist "Stalin və Beriyanın öldürülməsi" nəzəriyyəsində qətllə bağlı bütün sənədlərin saxtalaşdırıldığını iddia edir [8].
Mixoelsin ölümü ətrafında hələ də çox sayda şayiə və fərziyyələr mövcuddur. Belə ki, 2006-cı ildə Belarus KQB-sinin arxivindəki Mixoelsin son günləri barədə materialların dərc olunmasından əvvəl tənqidçi Boris Frezinski iddia etmişdir ki, 8 yanvar axşamı Mixoels guya tanışı Belarus Hərbi Dairəsinin komandanı general Sergey Trofimenko ilə görüşmüş və hətta bir gecə onun evində qalmışdır [21].
Cinayətin baş verdiyi Sanavanın bağ evi 2011-ci il iyunun əvvəlində sökülmüşdür [38].
Mixoelsin ölümünə bir neçə şeir də həsr edilmişdir. 1948-ci il yanvarın 16-da Mixoelsin dəfni günündə Pereç Markiş "Mixoels - sönməz çıraq" poemasını yazmışdır. Poemadan qısa parça [9]:
Sıxılmış sinə içində inadkar bir qışqırıq səslənir: - Əbədi! Sənin xəyanət ərəfəsindəyəm Öldürülmüş, cansız gedirəm. |
Zeev Bar-Sella və Maya Kaqanskaya hesab edir ki, 1948-ci ildə yazılmış Nikolay Zabolotskinin məşhur "Durnalar" poeması, Mixoelsin ölümünü təsvir edir [39].
Qətldən sonra
redaktə1948-ci ildə Yəhidi Anti-Faşist Komitəsi ləğv edildi və onun üzvlərinin əksəriyyəti tezliklə repressiyalara məruz qaldı.
1949-cu ilin iyulunda Moskva Dövlət Yəhudi Teatrı da bağlandı. Solomon Mixoels Moskvadakı Don qəbiristanlığında dəfn edildi.
1953-cü ilin əvvəllərində "Həkimlərin İşi" zamanı S.Mixoelsin əmisi oğlu, hərbi həkim M.Vovsi də həbs edildi. S.Mixoelsin özü də ölümündən sonra "Pravda" qəzetində həkimlərin sui-qəsdində iştirak etdiyi elan edildi. Sov.İKP Mərkəzi Komitəsinin aparatından kitabxanalardan S.Mixoels haqqında olan bütün kitabları və albomları çıxarmaq barədə göstəriş verildi. Bir ay sonra İ.Stalinin ölümü ilə bu işdə həbs olunanlar sərbəst buraxıldı. S.Mixoelsin adı qadağan olunmuşlar siyahısından çıxarıldı. Ancaq Moskva Dövlət Yəhudi Teatrı heç vaxt bərpa edilmədi.
Ailəsi
redaktə- Əkiz qardaşı - Efim Mixayloviç Vovsi (1890-1959), vəkil, Moskva Sirkinin hüquqşünası.
- Böyük qardaşları - Moisey (Moyşe) (1882-?) Və Lev (Leyb), aktyor (səhnə adı Lev Nevolin).
- Əmisi oğlu - Miron Semyonoviç Vovsi (1897-1960), terapevt, tibbi xidmət general-mayoru (1943), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1948).
- Birinci həyat yoldaşı - Sara Lvovna Kantor (1900-1932), jurnalist və ictimai xadim Lev Osipoviç Kantorun (1849-1915) qızıdır.
- Qızı - Nina Solomonovna Mixoels (1925-2014), rejissor, Rusiya Teatr Sənəti İnstitutunun müəllimi.
- Qızı - Nataliya Solomonovna Vovsi-Mixoels (1921–2014), teatrşünas, "Atam Solomon Mixoels" kitabının müəllifidir (1997).
- Kürəkəni - Moisey Samuiloviç Vaynberq (1919-1996), bəstəkar, pianoçu, RSFSR xalq artisti (1980).
- İkinci həyat yoldaşı - bioloq Anastasiya Pavlovna Pototskaya (1907-1981).
Mükafatları və fəxri adları
redaktə- RSFSR əməkdar artisti (1926)
- RSFSR xalq artisti (1935)
- SSRİ xalq artisti (1939)
- Stalin mükafatı II Dərəcə (1946) - Z.Şneranın "Freylexs" pyesini səhnələşdirdiyinə görə
- Lenin ordeni (1939)[40]
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1946)
Teatrda işi
redaktəAktyor
redaktə- 1919, 1921 - K.Gutskova tərəfindən qoyulan "Uriel Akosta" - Uriel Akosta
- 1921 - Şalom Aleyhemanın "Mazltov" - reb Alter
- 1921, 1927 - Şalom Aleyhemanın "Agentlər" - Menahem Mendel
- 1922 - A.Qoldfadenin "Cadugər" - Qoçmah
- 1923 - Şolom Aleyhemanın "200 min" - Şimele Soroker
- 1925 - İ-L.Pereçin "Köhnə bazarda gecə" - Badhen
- 1923 - "200 min" Şolom Aleichem - Simele Soroker
- 1927 - M.Moyher-Sforimanın "III Veniaminin səyahəti" - III Veniamin
- 1930 - D.Berqelson tərəfindən hazırlanmış "Kar" - Kar
- 1931 - M.Danielin "Dörd gün" - Yulis
- 1931 - V. Şekspir "Kral Lir" - Kral Lir
- 1934 - E.Labişin "Milyoner, diş həkimi və yoxsul adam" - diş həkimi Qredan
- 1937 - P.Markiş tərəfindən qoyulan "Ovadisin ailəsi" - Zavel Ovadis
- 1938 - Şolom Aleyhemanın "Süd satan Tevye" - Süd satan Tevye
Rejissor
redaktə- 1931 - P.Markişin "Nit qadayqet"
- 1931 - M.Denielin "Dörd gün" (S.Radlovla birlikdə)
- 1936 - M.Kulbackın "Quldur Boytre"
- 1927 - P.Markişin "Ovadisin ailəsi"
- 1937 - S.Qalkinin "Sulamif"
- 1938 - Şalom Aleyhemanın "Süd satan Tevye" (1938 - MDYT, 1940 - T.Şevçenko adına Xarkov Ukrayna Dram Teatrı)
- 1940 - M.N.Danielin "Solomon Maymon"
- 1941 - Şalom Aleyhemanın "Səyyah Ulduzlar"
- 1943 - H.Əlimcanın "Mukanna" (Xəmzə adına Özbək Dram Teatrı)
- 1944 - İ.Dobruşinin "Gözəl hekayə"
- 1945 - Z.Şneeranın "Freylexs"
- 1946 - İ.Feferin "Çıxmayan günəş"
- 1946 - A.Bratın və Q.Linkovun "Meşələr səs-küy salır"
Filmoqrafiya
redaktə- 1925 - Yəhudi Xoşbəxtliyi - Menahem Mendel
- 1932 - Natan Beykerin qayıtması - Sale Bekker
- 1935 - "Ay daşı" (Pamir) - bələdçi
- 1936 - "Sirk" - luy-lay ifa edən sirkdə bir tamaşaçı,
- 1938 - "Oppenheim Ailəsi" - Yakobi, Oftalmoloq
Arxiv görüntüləri
redaktə- 1989 - Yəhudi qəbiristanlığı (sənədli)
- 1990 - Solomon Mixoels. Faciədən mənzərələr (sənədli)
- 1997 - Stalinin şəxsi düşməni. 1948 ("XX əsr: Rus sirləri" seriyasından) (sənədli)
- 2008 - Öldürülmüş teatrın sarsıntıları (sənədli)
Xatirəsi
redaktə- 1989-cu il fevralın 12-də Moskvada Solomon Mixoels adına Beynəlxalq Mədəniyyət Mərkəzi açıldı. Təl-Əviv və Dauqavpilsdə onun adını daşıyan küçələr var.
- 1990-cı illərdə rejissor M.Averbux S.Mixoelin xatirəsinə həsr olunmuş "Stalinin şəxsi düşməni" filmini çəkdi.
- 2001-ci ildə N. Boltyanskinin "Solomon Mixoelsə həsr olunur" mahnısının da daxil olduğu "Xəbərdarlıq" adlı diski çıxdı.
- A. və G.Vayner qardaşları S. Mixoelsin qətlinə əsaslanan "Yaşıl otda petlə və daş" romanını yazmışdılar.
- A.Qaliç "Qatar" mahnısını S.Mixoelsin xatirəsinə həsr etmişdir.
- "Veltmeyster Akkordion" pyesində ifa olunan M.Mermanın "Kral Lirin ölümü" mahnısı S.Mixoelsə həsr edilmişdir ("II Dünya Müharibəsi"; Minskdəki Yanka Kupala adına Milli Akademik Teatrı tərəfindən səhnələşdirilmişdir) [41].
- 1998-ci ildə SSRİ xalq artisti Mikhoels Solomon Mixoelsin xatirəsini əbədiləşdirmək üçün Belarus Nazirlər Sovetinin 332 nömrəli qərarı qəbul edilmişdir. Minskdəki M.Qorki adına Dövlət Akademik Rus Dram Teatrının binasında xatirə lövhəsinin qoyulması planlaşdırılırdı [42]. Lakin bu qərar hələ də yerinə yetirilməyib [41].
Ədəbiyyat
redaktə- Костырченко Г. В. Тайная политика Сталина: власть и антисемитизм. — 2. — М.: Международные отношения, 2003. — 784 с. — ISBN 9785713310714.
- Костырченко Г. В. Сталин против «космополитов». Власть и еврейская интеллигенция в СССР. — М.: Российская политическая энциклопедия, 2010. — 432 с. — ISBN 978-5-8243-1103-7.
- Медведев Ж. А. Убийство Соломона Михоэлса // Сталин и еврейская проблема. Новый анализ. — М.: Права человека, 2003. — С. 10—26. — 288 с.
- Борщаговский А. М. Обвиняется кровь. — Прогресс, 1994. — 398 с., журнальный вариант Борщаговский А. М. Обвиняется кровь // Новый мир. — 1993. — № 10.
- Костырченко Г. В. «Дело Михоэлса»: новый взгляд (начало) // Лехаим : журнал. — М., 2003. — № 10 (138). — ISSN 0869-5792.
- Иоффе Э. Г. «Новые материалы о гибели Михоэлса» // Лехаим : журнал. — 2006. — № 11 (175). — ISSN 0869-5792. Архивировано 20 июня 2013 года.
- Михоэлс: Статьи, беседы, речи. Статьи и воспоминания о Михоэлсе / Ред.-сост. К. Л. Рудницкий. — 2-е изд. испр. и доп. — М.: Искусство, 1981. — 557 с.
- Гринвальд Я. Б. Михоэлс. — М.: Государственное издательство „Дер Эмес“, 1948. — 96 с.
- Котлярова М. Е. Плечо Михоэлса: Воспоминания актрисы ГОСЕТа. — М.: Библиотечка газеты «Тарбут», 2003. — 240 с.
- Левашов В. В. Убийство Михоэлса: Роман. — М.: Агентство «КРПА „Олимп“», 2002.
- Вовси-Михоэлс Н. С. Мой отец Соломон Михоэлс: Воспоминания о жизни и гибели. — М.: Возвращение, 1997.
- Гейзер М. М. Михоэлс : Жизнь и смерть. — М.: Журналистское агентство «Гласность» Союза журналистов РФ, 1998.
- Гейзер М. М. Соломон Михоэлс. — М.: изд. «Прометей» МГПИ им. В. И. Ленина, 1990. — ISBN 5-7042-0197-0
- Загорский М. Михоэлс. — М.; Л., 1927.
- Иванов В. В. ГОСЕТ: политика и искусство. 1919—1928. — М.: РАТИ/ ГИТИС, 2007. — 464 с., илл. ISBN 978-5-91328-019-0
- «Мне было завидно, что люди могут смеяться» : Письма С. М. Михоэлса и С. Э. Радлова (1929—1934). Публ., вст. ст. и коммент. В. В. Иванова // Мнемозина. Документы и факты из истории отечественного театра XX века. — Вып. 4 / Ред.-сост. В. В. Иванов. — М.: Индрик, 2009. — С. 506—532. ISBN 978-5-91674-027-1
- «…Огненное колесо душевной муки». М. И. Сизова. Памяти Соломона Михайловича Михоэлса. Приложение: Письмо С. Э. Радлова М. И. Сизовой (1933) / Публ., вступ. статья и коммент. В. В. Иванова // Мнемозина. Документы и факты из истории отечественного театра XX века. Вып. 5 / Ред.-сост. В. В. Иванов. — М.: Индрик, 2014. С. 821—832. ISBN 978-5-91674-321-0
- Лобков Е. Откровенный разговор. — Челябинск, 2012. — С. 151—172.
- Евтушенко Е. А. Шекспир о Михоэлсе // Новый век. — 2002. № 2. — С. 329—330.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119149745 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Звание присвоено Указом Президиума Верховного Совета СССР от 31.03.1939 «О присвоении С. Михоэлсу звания народного артиста СССР»
- ↑ Метрические записи и ревизские сказки семьи Вовси доступны на сайте еврейской генеалогии JewishGen.org. В различных записях отчество матери указывается как Мееровна и Лейбовна.
- ↑ "Михоэлс Соломон Михайлович - Киносозвездие - авторский проект Сергея Николаева". 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
- ↑ «Присуждение учёных званий выдающимся мастерам театрального искусства». «Известия» № 87 (7463) от 13 апреля 1941 года
- ↑ 1 2 3 4 5 6 7 Костырченко, Тайная политика Сталина, 2003
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Костырченко, Дело Михоэлса, 2003
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Костырченко, 2010
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Иоффе, 2006
- ↑ "Надгробный памятник В. И. Голубова (1908—1948) на Востряковском кладбище". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
- ↑ "Шубняков, Фёдор Григорьевич". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
- ↑ "Повзун Николай Федорович". История пограничной службы. Государственный пограничный комитет Республики Беларусь. 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-8-19.
- ↑ 1 2 Борщаговский, 1994
- ↑ 1 2 3 4 Медведев, 2003
- ↑ "Оперативная информация министра внутренних дел СССР советскому руководству о смерти С. М. Михоэлса". Фонд Александра Яковлева. 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-6.
- ↑ "Arxivlənmiş surət". 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Arxivlənmiş surət". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ Версия о лейтенанте Курочкине — явный вымысел, никто из сотрудников белорусской милиции к этому сверхсекретному делу не привлекался.
- ↑ "Главное управление милиции — руководство МВД СССР о результатах официального расследования смерти С. М. Михоэлса". Фонд Александра Яковлева. 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-6.
- ↑ 1 2 Борис Фрезинский. "Генерал Трофименко и актер Михоэлс. Минск. 1948". Народ Книги в мире книг. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-10.
- ↑ Рубинштейн Д. Разгром Еврейского антифашистского комитета. СПб: Академический проект. пер. с англ. Л. Высоцкого. 2002 [Stalin's Secret pogrom]. səh. 5—6. ISBN 5-7331-0254-3.
- ↑ "Еврейский антифашистский комитет". Международная школа преподавания и изучения Катастрофы. Яд ва-Шем. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-7-14.
- ↑ 1 2 3 Жирнов Е. Посмертная автокатастрофа // Коммерсантъ-Власть. № 2 (254). Коммерсантъ. 27.01.1998. 38. 2013-06-20 tarixində arxivləşdirilib.
- ↑ "Убийство Михоэлса и начало «разработки» ЕАК госбезопасностью". Зарубежье. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-3.
- ↑ Клейн Б. "Реванш сталинистов". Каскад. 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-3.
- ↑ Л. Е. Лурье. Выдающийся художник-реалист. Памяти С. М. Михоэлса // Советская Литва (Вильнюс), 1963, 13 января
- ↑ М. Н. Золотоносов. Гадюшник: Ленинградская писательская организация: избранные стенограммы с комментариями . М.: НЛО, 2013, с. 450
- ↑ Moscow Confirms Police Killed Mikhoels, Yiddish Actor, in '48 // The New York Times, 1963, January 17, P. 5
- ↑ Хрущёв Н. С. Книга 2 часть 3. От дня Победы до XX съезда. Один из недостатков Сталина // Время. Люди. Власть (Воспоминания). В 4 книгах. М.: Информационно-издательская компания "Московские Новости". 1999. ISBN 5-900036-03-0.
- ↑ Басин, Яков Зиновьевич. İl 1948, или Смерть Короля Лира. Витебск: Мишпоха. Февраль 1999.
- ↑ Рубинштейн Д. Разгром Еврейского антифашистского комитета. СПб: Академический проект. пер. с англ. Л. Высоцкого. 2002 [Stalin's Secret pogrom]. səh. 142. ISBN 5-7331-0254-3.
- ↑ Вайнер А. А., Вайнер Г. А. Вступительная статья Разгона Л. Э. «Ничего, кроме правды…» // Петля и камень в зеленой траве (20000 nüs.). М.: «ИКПА». 1990. səh. 416. ISBN 5-85202-027-3.
- ↑ Абрамов В. Е. П. Питовранов и контрразведка в послевоенное сталинское десятилетие // Контрразведка. Щит и меч против Абвера и ЦРУ (3100 nüs.). М.: Яуза, Эксмо. 2006. səh. 336. ISBN 9785699112821.
- ↑ Чекист утверждает, что не причастен к убийству Михоэлса. Коммерсантъ. 9 сентября 1995. səh. 020.
- ↑ Влиятельный чекист обиделся на журналиста. Коммерсантъ. 11 августа 1995. səh. 015.
- ↑ Костырченко Г. В. «Дело Михоэлса»: новый взгляд (окончание). М.: Лехаим. 2003.
- ↑ Киеня С. "В Минске избавляются от «проклятых» мест". Интерфакс. 2013-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-7.
- ↑ Бар-Селла З.]], Каганская М. Летят журавли.... № 3(239). Лехаим. март 2012.
- ↑ Указ Президиума Верховного Совета СССР от 31 марта 1939 г. «О награждении работников Московского Государственного Еврейского театра»
- ↑ 1 2 "Рубинчик В. О Михоэлсе и Беларуси". Belisrael. Народны iзраільска-беларускi сайт / אתר ישראלי בלארוסי עממי (ingilis). 2018-01-12. 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-14.
- ↑ Савет Міністраў. "Пастанова". 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.