Soltan Memmedov - Wikipedia
Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.
Soltan Məmmədov | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1974 (50 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Həyatı
redaktəSoltan Teymur oğlu Məmmədov 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Sabunçu rayonu 80 №-li tam orta məktəbdə, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aspiranturasını bitirib. 2005-ci ildə isə "Xəzər" Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb.
Soltan Məmmədov ailəlidir, üç övladı var.
Fəaliyyəti
redaktəSoltan Məmmədov 1996–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində çalışıb. Daha sonra o, 1998–2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində işləyib.
2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000–2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir.[1]
Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.[2]
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 14 saylı Xəzər dairəsindən namizəd olan Soltan Məmmədov 47,20 % səslə VI çağırış Milli Məclisin deputatı seçilmişdir.[3] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Soltan Məmmədov Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin, Səhiyyə Komitəsinin üzvü, habelə Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.[4][5][6]
2024-cü il oktyabrın 8-də Azərbaycan — Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[7]
İstinadlar
redaktə- ↑ Bünyadzadə, Fənarə. "Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi yerli və beynəlxalq tərəfdaşlarla "PROACT-Care" layihəsinin birinci onlayn koordinasiya görüşünü keçirib". BMT Azərbaycanda (az.). 25 yanvar 2021. 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2021.
- ↑ "Heydər Əliyev Fondunun işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 6 may 2019-cu il tarixli 1164 nömrəli Sərəncamı" ( (az.)). 06.05.2019. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" ( (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 18-VIQR nömrəli Qərarı" ( (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 19-VIQR nömrəli Qərarı" ( (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 aprel 2020-ci il tarixli 63-VIQR nömrəli Qərarı" ( (az.)). 24.04.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.