Soqdian - Wikipedia
Soqdian — e.ə. 424–423-cü illərdə hakimiyyətdə olmuş Əhəməni hökmdarı. Altı aydan çox davam etməyən qısa hakimiyyəti və səltənəti Ktesiya yazıları ilə öyrənilmişdir. Yazılara görə o, I Artakserksin Babil cariyəsi Alogynedən qeyri-qanuni oğluydu.
Soqdian | |
---|---|
E.ə. 424 – E.ə. 423 | |
Əvvəlki | I Artakserks |
Sonrakı | II Dara |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. V əsr |
Doğum yeri | |
Vəfat tarixi | E.ə. 423 |
Vəfat yeri | Persepolis |
Vəfat səbəbi | yanaraq ölmə[d] |
Fəaliyyəti | suveren[d] |
Atası | I Artakserks |
Anası | Alogyne |
Ailəsi | Əhəmənilər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArtakserks ölümü
redaktəI Artakserksin həyatda olduğunu xatırladan son daş kitabə e.ə. 424-cü il dekabrın 24-nə aiddir. Onun ölümündən sonra ən azı üç oğlu taxta çıxmışdı.
Onlardan birincisi olan II Kserksin Damaspiadan olan yeganə qanuni oğlu və birinci varisi olduğu bildirilir. II Kserksnin hökmranlığı yalnız Pers əyalətində tanınmışdı.
İkincisi Soqdian idi və onun yalnız Elamda tanındığı düşünülür.
Üçüncü I Artakserksin cariyəsi Cosmartidenenin oğlu və Hirkan satrapının hakimi olan II Dara idi. II Dara yarı-bacısı olan Pərisat (Pərişad) ilə evlənmişdi ki, o, I Artakserks və Babil cariyəsi Andianın qızı idi. II Daranın adı çəkilən ilk qeyd e.ə. 423-cü il 10 yanvar tarixinə aiddir.
Soqdian Doğum: ? Vəfat: e.ə. 423
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Artakserks |
Əhəmənilər imperiyası Şahı e.ə. 424- e.ə. 423 |
Xələfləri II Dara |