Sovet Rusiya Imperiyasi Kitab - Wikipedia
Sovet Rusiya İmperiyası (türk. Sovyet Rusya İmparatorluğu) — Türkiyənin tanınmış siyasətçisi, yazıçısı Səməd Ağaoğlunun SSRİ-ə səyahətindən sonra xatirələri və təəsüratları əsasında yazdığı kitab.[1]
Sovet Rusiya İmperiyası | |
---|---|
türk. Sovyet Rusya İmparatorluğu | |
| |
Müəllif | Səməd Ağaoğlu |
Orijinalın dili | türkcə |
Orijinalın nəşr ili | 1967 |
Nəşriyyat | Baha Matbaası |
Səhifə | 189 |
Kitabın yazılması və məzmunu
redaktəS. Ağaoğlunun dönəmində Türkiyədə SSRİ-yə qibtə edən, oradakı rejimi dəstəkləyən müxtəlif sol partiyalar, təşkilatlar vardı. Belə bir vaxtda artıq 1960-cı il hərbi çevrilişindən sonra siyasətdən çəkilən Ağaoğlu xanımı ilə birlikdə 1966-cı ildə SSRİ-yə səyahətə çıxır. Döndükdən sonra isə səfər təəssüratlarını yazır və kitabını çəkinmədən "Sovet Rusiya imperatorluğu" adlandırır. Səbəbini isə özü belə yazır:[1]
Çünki SSRİ həqiqətən bir imperiyadır. Torpaqların genişliyi, hakim bir millətin tabeçiliyində olan millətləri, koloniyaları, ehtirasları, əməlləri ilə Romadan rus çarlığına qədər mövcud olmuş bütün imperatorluqlara bənzəyir. Onlardan fərqlənən rəngi özündən başqa imperiya istəməməsidir.[1] |
Kitabdan hissələr
redaktəQarabağla bağlı yazdıqları:
Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirlərmiş! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə əlbəttə, bir Allah, bir də Kommunist partiyası bilir.[1] |
O, Sovet imperiyasındakı qorxu mühitini də elə öz qohumlarının timsalında hiss etmişdi:
Bir çox şeylər soruşdum: “necəsiniz, yaxşısınız, rahatsınızmı?” Hamısı bu suallara təlaşlı hərəkətlərlə, tez-tez eyni cavabı verdilər: “Çox yaxşıyıq, çox rahatıq, pulumuz var, işimiz var”. Otelin foyesində görüşmüşdük. Tez-tez saatlarına baxırdılar. Bəziləri həkim idi, bir saat icazə ala bilmişdilər. Bəzilər məmur idi, idarədə işləri çox idi! Başa düşmüşdüm, bizimlə çox görünmək istəmirdilər.[1] |
Nəşr və tərcümə
redaktəİlk dəfə 1967-ci ildə İstanbulda "Baha" mətbəəsində işıq üzü görən kitab daha sonra çap edilməyib. Kitab düz əlli il sonra 2017-ci ildə bu dəfə İlğım yayınları tərəfindən tərcümə olunaraq çap edilir.