Soyuq Gunes Film 2020 - Wikipedia
Soyuq Günəş — 2018-ci ildə çəkilmiş Ləzgi filmi. Filmdə Yarmət və Yarqunatın inanılmaz sevgi hekayəsindən bəhs olunur. Ssenari və prodüserinin müəllifi olan Sədaqət Kərimova, filmi şəxsi vəsaiti hesabına yaradılıb. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzləri haqqında təsvirlər verilib.
Soyuq Günəş | |
---|---|
Janr | Dram |
Rejissor | Məlahət Əhməd |
Prodüser | Sədaqət Kərimova |
İcraçı prodüser | Mübariz Əzizov |
Ssenari müəllifi | Sədaqət Kərimova |
Baş rollarda |
Sənan Kazımov – Yarmət İranə Kərimova – Yarqunat |
Operator | Elxan Rüstəmov |
Bəstəkar | Sədaqət Kərimova |
Geyim rəssamı | Sevda Məmmədova |
Distribütor | Qatfarfilm |
İlk baxış tarixi | 21 aprel 2021, YouTube platformasından |
Müddət | 125 dəqiqə |
Ölkə | Azərbaycan |
Dillər | azərbaycanca, ləzgicə, rusca |
İl | 2018 |
Rəng | rəngli |
Çəkiliş yeri | Həzrə |
Məzmunu
redaktəFilmdə Yarqunat və Yarmətin güclü sevgisindən bəhs olunur. Onların sevgisi o qədər güclü idi ki, heç kim bu sevgiyə mane ola bilməzmiş. Yarqunatın atası və anası qızlarını Osmana ərə vermək istəyirmiş. Ona görə ki, həyatın bütün nemətlərini qızının ayağının altına versin. Talehsiz qız, bir gün Osmana ərə gedərmiş. Və bir anda Yarmət bu evliliyə mane olarmış. Qadının biri həyətə yaxınlaşıb, alman faşistlərinin dava başlatdığını deyir. Sonra kəndin bəzi oğlanları alman faşistlərin Azərbaycana daxil olmaması üçün səfərbər olarmış. Yarqunat Osmanın evində olarkən, Yarmətin əsgər getdiyini bilmir və xəbər almırmış. Aradan 40 il ötür, Yarmət Yarqunatın qarşısına Sadir və Ləzgiyə ilə çıxır. Yarqunat bir anlıq şok keçirdib yerə yıxılır. Yarmət, Sadir, Ləzgiyə və Yarqunat ilə şam yeməyi yedikdən sonra Türkiyədəki ailəsinin yanına qayıdır. Bu hüznlü hekayənin də sonu belə bitir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Elşən Zeynallı
- Prodüser: Sədaqət Kərimova
- Ssenari müəllifi: Sədaqət Kərimova
- Quruluşçu operator: Elxan Rüstəmov
- Bəstəkar: Sədaqət Kərimova
- Səs operatoru: Əliabbas Qasımov
- Səs rejissoru: Teymur Kərimov
- Montaj: Nicat Qayıbov
- Rejissor: Məlahət Əhməd
- Qrim: Səadət Sadıqova
- İşıq: Ərşad Mehdiyev, Ramin Rəhimov
- İcraçı prodüser: Mübariz Əzizov
- Quruluş və geyim üzrə rəssam: Sevda Məmmədova
- Rejissor asisstenti: Əli Faiq
- Operator assistenti: Məmmədağa Sadıqov
- Fokus-puller: Aqil Məmmədov
- Sinxron səslər: Əliqulu Səmədov
- Kostyum: Gülxar Sadıqova
- Dərzi: Aida İbrahimova
- Rekvizit : Aynur Novruzbəyova
Rollarda
redaktə- İranə Kərimova — Yarqunat
- Firəngiz Babayeva — Yarqunatın qoca halı
- Mirsənan Kazımov — Yarmət
- Füzuli Hüseynov — Yarmətin qoca halı
- Qəmər Məmmədova — Eminat
- Ədalət Abdulsəməd — Məhəmməd
- Dilarə Fərəcullayeva — Avsiyat
- Niyaz İlyasoğlu — Həmdulla
- Könül Şahbazova — Yengə
- İlhamə Əhmədova —Salihat
- Elçin Əfəndi — Osman
- Məlahət Əhməd — Sona
- Şəhla Məmmədova — Tavat
- Aygün Fətullayeva — Qatfar
- Turəxanım Qasımlı — Suvar
- Gövhər Şabanova — Ləzgiyə
- Nəzrin Məmmədova — Mədinə
- Flora Hüseynova — Mədinənin qocalığı
- Araz Pirimov — Sadir
- Zeynal Zeynallı — Sadirin uşaqlığı
- Qurban Əhmədov — Şahmir
- Cabbar Kərimov — Qədir
- Cavid Tahirov — Vəlibəy
Çəkiliş yerləri
redaktə• Filmin çəkilişi Qusarın Həzrə kəndində olmuşdur.
Problemlər
redaktə2020-ci il martın 16-da filmin ləzgi və Azərbaycan dilində premyerası olacaqdı, lakin pandemiya səbəbindən premyera təxirə salınır. Film yaradıcıları pandemiyanın bitməsini real görmədikləri üçün, filmi YouTube platformasına yerləşdirməyi qərara alırlar.
Həmçinin bax
redaktə• Həzrə