Stemford Bric - Wikipedia
Stemford Bric (ing. Stamford Bridge) — İngiltərənin paytaxtı London şəhərinin Fulhem borosunda yerləşən futbol stadionu. Stadiondan Çelsi FK-u ev stadionu kimi istifadə edir. Stadionun tutumu 41.798 nəfərdir. İngiltərənin ən böyük 9-cu stadionudur. Stadion Çelsi azarkeşlərinin qurduğu "Çelsi Stadion Sahibləri" (ing. Chelsea Pitch Owners) şirkətinə aiddir.
Stemford Bric | |
---|---|
| |
Tam adı | Stemford Bric stadionu |
Qeyri-rəsmi adı | "Körpü" |
Yeri | Fulhem, London, İngiltərə, Böyük Britaniya |
Təməli qoyulub | 1876 |
Açılış tarixi | 27 aprel 1877 |
Yenidən qurulma tarixi | 1904-1905, 1990. |
Memar | Arçibald Leytç |
Sahibi | "Çelsi Stadion Sahibləri" |
Tamaşaçı tutumu | 41.798 |
Ev sahibi komanda |
"London Atletik" FK (1877-1904) "Çelsi" FK (1905-h.h) "London Monarxs" FK (1997) |
Meydançanın ölçüləri | 103 x 67 m |
Ot örtüyü | təbii ot |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəStemford Bric İngiltərənin ən qədim stadionlarından biridir. Tikintisinə 1876-cı ildə başlanmış, açılışı isə 1877-ci ilin 28 aprelində başvermişdir. 1905-ci ildən burada "Çelsi" FK ev oyunlarını keçirir. "Körpü" ləqəbi ilə də tanınır.
Yenidənqurma
redaktəÇelsi rus milyarder Roman Abramoviçin əlinə keçməmişdən qabaq maddi sıxıntılar çəkən klub idi. Belə ki, komanda rəhbərliyi maddi problemlər üzündən stadionu itirməmək üçün Stemford Brici 1997-ci ildə "Çelsi Stadion Sahibləri" şirkətinə satmışdılar.
Bir neçə il sonra Çelsi dünyanın ən güclü futbol klublarından biri olmuşdur. Stemford Bric artıq komanda üçün kiçik idi. Bunun üçün stadion ərazisinin satılıb yenisi tikilməsi qərarlaşdırılmışdır.
Mitinqlərin 61.6 faizi satışa çıxarılmışdır.
Tribunalar
redaktəStadion 4 əsas tribunadan ibarətdir:
- Matyü tribunası
- Şərq tribunası
- Şed tribunası
- Qərb tribunası
Əsas oyunlar
redaktəİngiltərə Kubokunun finalları
redaktəYear | Azarkeş | Qalib | Finalçı | |
---|---|---|---|---|
1920 | 50.018 | Aston Villa | 1–0 | Haddersfild Taun |
1921 | 72.805 | Tottenhem Hotspur | 1–0 | Vulverhəmpton Uonderers |
1922 | 53.000 | Haddersfild Taun | 1–0 | Preston Nort End |
Beynəlxalq oyunlar
redaktəTarix | Ev sahibi | Hesab | Qonaq |
---|---|---|---|
11 dekabr 1909 | İngiltərə həvəskarlar komandası | 9-1 | Hollandiya |
5 aprel 1913 | İngiltərə | 1-0 | Şotlandiya |
20 noyabr 1929 | İngiltərə | 6-0 | Uels |
7 dekabr 1932 | İngiltərə | 4-3 | Avstriya |
11 may 1946 | İngiltərə | 4-1 | İsveçrə |
25 mart 2013 | Braziliya | 1-1 | Rusiya |
Qalereya
redaktə-
1905
-
Çelsi-Vest Bromviç oyunundan görüntü (1905, sentyabr)
-
Qərb tribunası
Xarici keçidlər
redaktə- Chelsea Stadium Tours Guide Arxivləşdirilib 2008-11-21 at Archive.today
- Stadium Guide Article
- Atmosphere at Stamford Bridge Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- Behind the scenes of Stamford Bridge Arxivləşdirilib 2010-03-06 at the Wayback Machine
- 3D model of Stamford Bridge