Stepan Zelinski - Wikipedia
Stepan Pavloviç Zelinski (rus. Степана Павловича Зелински
Stepan Pavloviç Zelinski | |
---|---|
Степана Павловича Зелински | |
Doğum tarixi | 13 avqust 1847[1] |
Doğum yeri | Moskva |
Vəfat tarixi | 22 oktyabr 1904 (57 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | etnoloq, iqtisadçı, tarixçi |
Əsərlərinin dili | Rus, |
İstiqamət | realizm |
Həyatı
redaktəİrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuşdur.
1881-ci ildə «Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar» (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş «İrəvan şəhəri» (54 səhifə), «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır.[2]
- «Гoрод Эривань» məqaləsi. (54 səhifə) 1881
- «Dərəçiçək» (14 səhifə),
- «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə)
- Экономический быт. гос. крестьян ШаруроДаралагезского уезда Эриванской губернии
- «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» 1882
- “Erməni xalq aşığı Vartan Xoyskinin nəğməsi” (Vartan Xoyski Cənubi Azərbaycanın Xoy şəhərindən Azərbaycanda məskunlaşdırılan ermənilərdəndir – H.H.) adlı məqaləsi[3]
İstinadlar
redaktə- ↑ Ստեփան Զելինսկի // https://avproduction.am/?ln=am&page=person&id=4051.
- ↑ [1]
- ↑ "Arxivlənmiş surət". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.