Strelna - Wikipedia
Strelna (rus. Стрельна, alm. Strelne) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu.
Şəhər | |||||
Strelna | |||||
---|---|---|---|---|---|
|
|||||
59°51′13″ şm. e. 30°03′35″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | 1500 | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 812 | ||||
Poçt indeksi | 198515 | ||||
Digər | |||||
mo-strelna.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır.
Tarix
redaktə1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir[3]. Mülkün içərisində bir liman, su dəyirmanı, hovuz, istixana və kiçik ev kilsəsi var idi.
Strelna qəsəbəsi 1676-cı ilin İsveç materiallarına uyğun olaraq A.İ. Bergenhaym tərəfindən hazırlanmış İngermanlandiya bölgəsinin xəritəsində qeyd olunmuşdur[4].
XVIII əsrin əvvəllərində, I Pyotr, burada "Rus Versalı" adlanacaq şəhərdənkənar bir iqamətgah yaratmaq qərarına gəlir. Pyotrun hakimiyyəti dövründə, bu boş ərazilərdə I Pyotrun taxta sarayı yaradılmış (1711—1717), Böyük Konstantin sarayı (tikinti işləri 1720-ci ildə başladılmışdır) və onun ətrafındakı eyniadlı parkın isə əsası qoyulmuşdur (memarlar J.B. Leblond və Nikkolo Miketti; parkın sahəsi 140 hektardan çoxdur). 1722-ci ildə Pyotr sarayını qızı Yelizavetaya hədiyyə olaraq bağışlayır. Şəhərdənkənar iqamətgah rolu Peterhofa keçir, Strelnada yerləşən saraya isə sadəcə yolüstü istirahət mərkəzi statusu verilir, bununla belə 1917-ci ilə qədər buradakı bütün tikililər çar ailəsinə məxsus idi.
XVIII əsrin sonunda Strelna Böyük knyazın özəl mülkiyyətinə çevrilmişdir. 1797-ci ildə Birinci Pavel buranı özünün ikinci oğlu, böyük knyaz Konstantin Pavloviçə hədiyyə etmişdir. Məhz Konstantin Pavloviçin şərəfinə, saray özünün indiki adını qoruyub saxlamışdır. Bütün saray-park kompleksinin əsas dominantı Konstantin sarayı hesab olunur - onun tikintisi memar Mikettinin layihəsinə əsasən 1720-ci ildə başlamışdır. 1750-ci illərdə saray memar Bartolomeo Rastrelli tərəfindən tamamlanmış, 1803-cü ilin dəhşətli yanğın hadisəsindən sonra isə saray artıq A.N. Voronixin və L.Ruskanın bir sıra düzəlişləri ilə bərpa edilmişdir. Həmçinin 1847—1851-ci illərdə bina K.F. Meyer, A.İ. Ştakenşneyder və A.N. Brüllov tərəfindən yenidən qurulmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq. Strelna yaxınlığında daça məkanı meydana gəlir. 1830-40-cı illərdə Strelnada saray və malikanə binaları ilə dolu Orlov parkı yaradılmışdır (park 19 hektar sahəyə malik idi).
1941—44-cü illərdə şiddətli döyüşlər zamanı, qəsəbə alman qoşunları tərəfindən işğal olunaraq, buradan Leninqradın atəşə tutulması üçün böyük platzdarm yaradılmışdı. Orlov sarayı tamamilə məhv edilmişdir, ansamblın bütün park və binaları isə güclü dağıntıya məruz qalmışdı. Strelna və Peterhof 19 yanvar 1944-cü ildə Qırmızı Ordu tərəfindən azad edilmişdir.
Oktyabr inqilabından sonra, Konstantinov sarayında azyaşlılar üçün koloniya məktəbi və kiçik sanatoriya, müharibədən sonra bərpa olunan binada isə 1991-ci ilə qədər Arktika kolleci yerləşmişdir. Həmin kollec 90-cı illərdə artıq yararsız vəziyyətdə idi. 2003-cü ildə bura "Konqres Sarayı" adlı Dövlət kompleksi olaraq yenidən bərpa edilmişdir.
İqtisadiyyat
redaktəStrelnada soyuducu və paltaryuyan maşın istehsalı üzrə ixtisaslaşmış BSH Bosch und Siemens Hausgeräte GmbH alman şirkətinin zavodu yerləşir. Aparılan inşaat işlərinin gedişini nəzərdən keçirmək üçün Strelna qəsəbəsini Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko ziyarət etmişdi. Mətbuat xidmətinin məlumatına görə, xanım Matviyenko Strelnada yerləşən Noydorf (alm. Neudorf) sənaye bölgəsi üçün yaradılmış yeni müəssisənin bütün Petrodvorets rayonu üçün çox böyük əhəmiyyət daşıdığını vurğulamışdı[5]. O bunu bu cür izah edirdi[5]:
Bizdə yeni yüksək texnologiyalı bir istehsal yaradılmışdır. Zavodun tikintisi bütün bu ərazinin inkişafı ilə nəticələnərək, ərazidə yeni sənaye infrastrukturlarının yaradılmasına güclü təkan verəcək. |
Sankt-Peterburq bələdiyyəsinin Toponimiya Komissiyası Rusiyada Alman şirkətlərinin maraqlarını təmsil edən Bosch şirkətinin "Strelna qəsəbəsindəki küçələrin birinə Bosch-Siemens küçəsi adının verilməsi" təklifini nəzərə almağa söz vermişdi. Nəticədə isə, "Sankt-Peterburq toponimiyasının ənənələrini və rus dilinin qaydalarını nəzərə alan" komissiya üzvləri kommersantlara alternativ olaraq "Karl Simens küçəsi" variantını təklif etmişdilər[6].
Yuxarıda adı çəkilən "Noydorf" Xüsusi Texniki İnnovasiya İqtisadi Zonasının (XTİİZ) tikintisi qəsəbədə 2006-cı ildə başladılmışdır (Dekabr ayına artıq bütün infrastruktur işləri hazırlanmışdır).
Strelna vağzalı | "Şuvalovka" rus kəndi | Müqəddəs Üçlük monastırına daxil olan müqəddəs Savva Stratilat kilsəsinin əsas girişi | Saray-park kompleksində yerləşən bir çox daçalardan birisi | Konstantin sarayı |
Strelnanın saray-park ansamblları
redaktəSaraylar
redaktə- Konstantinov sarayı
- Lvov sarayı
- Orlov sarayı
- I Pyotrun Yay sarayı
Parklar
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom2_oktmo.rar.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "«Переписная оброчная книга Водской пятины 1500 года» стр. 648" (PDF). 2013-10-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-03.
- ↑ "Карта Ингерманландии: Ивангорода, Яма, Копорья, Нотеборга. Составлена в 1827 году по шведским архивам 1676 года". 2018-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.
- ↑ 1 2 "Пресс-служба губернатора. 6 марта 2007 г." 2008-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
- ↑ "Протокол заседания Топонимической комиссии № 18 от 23.04. 2007". 2008-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
Xarici keçidlər
redaktə- Стрельна на карте России
- Путеводитель по Петербургу. Стрельна Arxivləşdirilib 2007-12-20 at the Wayback Machine
- Стрельна: достопримечательности Arxivləşdirilib 2013-01-06 at the Wayback Machine