Stronsium Sulfat - Wikipedia
Stronsium sulfat SrSO4 - sulfat turşusunun stronsium duzu.Təbiətdə selestin mineralı şəklində olur.
Stronsium sulfat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | O₄SSr[1] |
Molyar kütlə | 183.68 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 3.96 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 1606 °S |
Qaynama nöqtəsi | 309 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7759-02-6 |
PubChem | 3084026, 139207728 |
ChemSpider | 2341151 |
Fiziki xassələri
redaktəRombik sistemin rəngsiz kristalları (α-modifikasiya, 1157 ° C-ə qədər mövcuddur). Yüksək temperaturda, altıbucaqlı β-modifikasiyaya çevrilir.
Alınması
redaktəNatrium sulfatın stronsium hidroksidlə reaksiyası zamanı alınır:
Kimyəvi xassələri
redaktəSuda az həll olunur (0 ° C-də 100 ml suya 0,0113 qram). Xlor ionlarının iştirakı ilə həl olunması artır. 1580 ° C-dən yuxarı temperaturda parçalanır. Yalnız yüksək təzyiqlərdə əriyir, 6MPa-da ərimə nöqtəsi 1606 ° C-dir.
Stronsium sulfatın sulfat turşusu ilə reaksiya zamanı stronsium hidrosulfid alınır
Stronsium sulfatın, natrium karbonat ilə reaksiya zamanı stronsium karbonat və natrium sulfat alınır.
Tətbiqi
redaktəStronsium sulfat rezin və boyalar üçün doldurucu kimi istifadə olunur. Quyu qazma üçün istifadə olunan ağır mayelərin tərkibinə daxil olur.
Mənbə
redaktə- Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник. - Л.: Химия, 1977.С. 100
- Волков, А.И., Жарский, И.М. Большой химический справочник / А.И. Волков, И.М. Жарский. - Мн.: Современная школа, 2005. - 608 с
- ↑ Strontium sulfate (ing.).