Suceddim Ayini - Wikipedia
Sucəddim ayini (az.-əski. سو جدیم آیینی) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir.
Etimologiyası
redaktəSucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər.
Tarixi
redaktə1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir. Bu ayin Səfəvilərdən fərqli olaraq yaz dövründə icra edilirdi. Azərbaycan ədəbiyyatşünası Mirəli Seyidov Yer-Su təbiət varlıqları haqqındakı məqaləsində bu adəti qədim türk xaqanlarının suya girmələri və başqırdların üzərlərinə su atması ilə əlaqələndirir.
Sucəddim mərasimi, ola bilsin bilavasitə suya inamla bağlı olaraq Quba rayonunun Alpan kəndində Subaba adlı qədim bir türbə bu günə kimi mövcuddur. Bütün bu mərasimlər əkinçiliklə, maldarlıqla əlaqədar suya tapınmanın bir-birindən az fərqlərlə təzahür formalarıdır.
Həmçinin bax
redaktə- Abrizəgan bayramı. Oxşar Zərdüşt festivalı.
- Vardavar. Ermənistanda bir-birini su atılmaqla qeyd edilən festival.
İstinadlar
redaktə- Seyidov Mirəli. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 2018. 444 səh.
- M. A. Seyidov, "Eski Türk Kitabelerinde Yer-Sub Meselesi", (çev. S. Gömeç), A. Ü. D. T. C. F Tarih Araştırmaları Dergisi, c. 18, sayı: 29, s. 259, 1996.
- Akbaş Ercan, Ceren. "Türk Dünyası Atasözlerinde Mitolojik Izler." MasterThesis, October 30, 2020. https://tez.yok.gov.tr/UlusalTezMerkezi/tezDetay.jsp?id=Q-z_okijQZ7nyc3KhZqpGA&no=7R-NZdO3oQLNUZTgcQXEhg
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb. səh 20–21.